Alternative content

16:57 26 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyədə general Polad Həşimov adına parkın açılışı olub
Türkiyədə general Polad Həşimov adına parkın açılışı olub
ANA SƏHİFƏ / CƏMİYYƏT
20:26 28.10.2020

Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətindən ölkəmizə xain hücumları nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin generalı Polad Həşimovun əziz xatirəsi Türkiyədə əbədiləşdirilib.

AZƏRTAC xəbər verir ki, Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni park salınıb.

Parkın açılış mərasimi Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, onların ruhuna dualar oxunub.

Osmanqazi bələdiyyəsinin sədri Mustafa Dündar və Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Ruslan Abdullayev mərasimdə çıxış ediblər.

Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin tarixi köklərindən danışan bələdiyyə sədri Mustafa Dündar Azərbaycan Ordusunun göstərdiyi şücaətdən bəhs edərək əminliklə vurğulayıb ki, işğal altındakı torpaqlarımızın tam şəkildə azad olunacağı gün çox yaxındadır. Türkiyə tarixin bütün dövrlərində olduğu kimi, yenə də Azərbaycanın yanındadır.

General Polad Həşimovun adının əbədiləşdirilməsi ilə bağlı qəbul olunmuş qərara görə minnətdarlığını bildirən səfirliyin müşaviri Ruslan Abdullayev diqqətə çatdırıb ki, Türkiyə tərəfindən göstərilən siyasi və mənəvi dəstək Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanıb.

Çıxışlarda general Polad Həşimovun rəşadətli ömür yolu və onun timsalında bütün hərbçilərimizin göstərdiyi qəhrəmanlıq yüksək dəyərləndirilib. Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri ölkələrimizin və xalqlarımızın birgə inkişafına təkan verib, dövlətlərimizin gücünü artırıb. Əminliklə qeyd olunub ki, Azərbaycanın işğal altındakı torpaqları tezliklə tam şəkildə azad olunacaq, dövlət bayraqlarımız Qarabağın hər bir guşəsinə əzəmət verəcək.

Qeyd edək ki, general Polad Həşimov adına park Bursanın Osmanqazi Bələdiyyə Məclisinin qərarı ilə salınıb.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM