Alternative content

06:02 29 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:18 29.11.2020 DƏMİR YUMRUQ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistanın uşaqlara qarşı müharibəsi davam edir
Ermənistanın uşaqlara qarşı müharibəsi davam edir
ANA SƏHİFƏ / SİYASƏT
01:04 28.10.2020


Fransız səyyahı qraf De Şole yazırdı: "Ermənilərin yoxsulluğunun və əzab-əziyyət çəkməsinin məndə onlara qarşı böyük rəhm yaratmasına baxmayaraq, onların haramzadəliyi, kələkbazlığı o dərəcədə iyrənc, alçaqlıqları o dərəcədə biabırçı, o qədər hiddətləndirici idi ki, mən heç vaxt onlara bağlana bilmədim”.

Mübaliğəsiz demək olar ki, tarix boyu ermənilərlə qarşılaşan, onları tanıyan yazıçıların, səyyahların, tarixçilərin, ümumiyyətlə, hər bir şəxsin bu millətlə bağlı fikir və düşüncələri belə olub. Bəli, namərdlik, hiyləgərlik, acgözlük, fitnəkarlıq, qorxaqlıq, məkrlilik kimi bir çox yaramaz xüsusiyyətlər erməni genetikasının əsas kodudur.

Təəssüf ki, Azərbaycan xalqı bu cür vandal xüsusiyyətli bir düşmənlə qonşuluqda yaşamaq kimi talesiz bir qismətə sahibdir və bu bəxtsizliyinin də illər boyu acısını çəkib.

Dünyaya qan tökmək missiyası ilə gələn faşist ideologiyalı erməni vandallarının törətdikləri 1918-ci il mart soyqırımı, 1992-ci ilin Xocalı soyqırımı, əsir götürdükləri soydaşlarımızın başına gətirdikləri müsibətlər heç kəsin yadından çıxmayıb, dünya durduqca erməni adının qarşısına qara ləkə kimi vurulub.

Tarix boyu azərbaycanlılar erməni millətçi-şovinistlərinin etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb, tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib. Və bütün bunlar kütləvi qırğınlarla, insanlığa yaraşmayan vəhşiliklərlə müşayiət olunub.

Onların azərbaycanlı mülki əhalinin, xüsusilə də uşaqların başına açdıqları müsibəti dilə gətirməyə belə insan çətinlik çəkir. Çünki buna ürək dözmür. Amma erməni faşistlər bu cür çirkin əməlləri gözlərini belə qırpmadan törədirlər və bununla fəxr edirlər...


Döyüşdən qaçan düşmən silahını mülki əhaliyə tuşlayır


Erməni isminin sifəti hər zaman qorxaq olub. Açıq savaşda, hünər meydanında, döyüşdə, cəngdə, üz-üzə mübarizədə görə bilməzsən onları. Onlar fürsətcil, əliyalın insanlar üzərində güc sınayan, uşaqlara silah tuşlayan, gecə qaranlığında, yatmış insanlara hücuma keçən namərd xislətlilərdir. Hər zaman belə olub, bəd əməlliklərinə, xainliklərinə xas olaraq döyüş meydanındakı məğlubiyyətlərinin acısını mülki insanlardan almağa çalışıblar.

Lələtəpədə, Günnütdə, bu ilin iyul ayında Tovuzda rəşadətli Ordumuz tərəfindən hərb meydanında layiqli cavab alaraq yerinə otuzdurulan ermənilər yenə də mənfur əməllərindən əl çəkmirlər. Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. Sentyabrın 27-dən etibarən hərbi təxribatlara başlayan işğalçı Ermənistanın faşist rejimi "ənənəsinə” sadiq qalaraq yenə də çirkin simasını göstərir, şəhər və kəndlərimizi, dinc əhalini hədəf almaqdan çəkinmir. Qəhrəman əsgərlərimiz tərəfindən döyüş meydanında it kimi qovulan bu qorxaqlar son çarə kimi yenə də məkrli planlara, təxribatlara əl atırlar. Belə ki, Azərbaycan Ordusunun düşmənin yalnız hərbi obyektlərini nişan almasına baxmayaraq, Ermənistanın silahlı qüvvələrinin hədəfi mülki əhalimizdir.

Ermənistan özünün israrlı xahişləri əsasında razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini hər dəfə pozaraq Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutur, mülki evləri və sosial obyektləri dağıdır. Tarix boyu olduğu kimi, yenə də erməni vandallarının hədəfi qocalar, körpələr, uşaqlardır...

Ermənistan ordusunun Gəncədə əhalinin sıx yaşadığı məntəqələri raket atəşinə tutması nəticəsində ağır yaralanmış və müalicə olunduğu xəstəxanada vəfat edən Rusiya Federasiyası vətəndaşı 13 yaşlı Artur Mayakov da ermənilərin törətdikləri növbəti qanlı terror aktının qurbanıdır. 16 yaşlı yeniyetmə İsmayılzadə Orxan isə oktyabrın 24-də Ermənistan ordusu tərəfindən Tərtər şəhərinə "Smerç” raketi atılması nəticəsində evlərinin həyətində həlak oldu. Düşmənimizin nə qədər alçaq, murdar xislətli olduğunu bütün dünya bir daha gördü.


Qatil ermənilər 10 fidanımızın ömrünü yarıda qırdı


Baş Prokurorluğun Ermənistanın Gəncəyə 3 dəfə raket atması nəticəsində mülki əhaliyə dəyən ziyanla bağlı məlumatına əsasən, 4, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak olub, 138 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Sentyabrın 27-dən oktyabrın 26-dək Ermənistan təxribatı nəticəsində Azərbaycanda mülki şəxslərdən ümumilikdə 65 nəfər həlak olub, onlardan 18-i qadın, 10-u uşaqdır. 297 nəfər yaralanıb, onlardan 69-u qadın, 32-si uşaqdır.

Göründüyü kimi, şanlı Ordumuzla döyüş meydanında üz-üzə gəlməyə cürət etməyən düşmən Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, fərdi və çoxmənzilli yaşayış binalarını, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutaraq dağıntı və yanğınlar törədir, dinc əhalinin, eləcə də dövlətin əmlakına ciddi ziyan yetirir.

Ermənistan bu əməlləri ilə sivil dəyərlərdən kənar, mülki insanlara və azyaşlı uşaqlara qarşı xain hücumlar törədən terrorçu ölkə olduğunu növbəti dəfə sübut etdi və bu sadalananlar erməni faşizminin eybəcər sifətinin növbəti təzahürüdür.

Bu hərbi cinayət əməlləri bir daha sübut edir ki, işğalçı ölkə əldə olunan razılaşmaya, imzaladığı sənədə heç vaxt əməl etmir. Bütün beynəlxalq konvensiyaları kobud şəkildə pozaraq tarixdəki alçaq və çirkin əməllərini davam etdirir.

Amma Azərbaycan xalqı heç zaman işğalla barışmayıb və indi də Ermənistanın məkrli planlarla yurdumuzdan qoparmağa çalışdığı tarixi əzəli torpaqlarını geri qaytarmaq üçün beynəlxalq hüquq və normalar çərçivəsində mübarizəsini aparır. Müzəffər Ordumuz azğın düşmənə layiqli yerini göstərir, torpaqlarımıza göz dikən, əlinə fürsət keçdikcə vətəndaşlarımıza qarşı soyqırımı törədən, uşaqlarımızı öldürən terrorçu Ermənistanı ədalət qarşısında cavab verməyə və diz çökməyə məcbur edir.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM