Alternative content

05:31 29 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:18 29.11.2020 DƏMİR YUMRUQ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Haqq uğrunda savaş müqəddəsdir
Haqq uğrunda savaş müqəddəsdir
ANA SƏHİFƏ / SİYASƏT
01:01 28.10.2020


Azərbaycan xalqının haqq savaşını aparan Milli Ordumuzun, az qala, hər gün qazandığı qələbənin, eşitdiyimiz xoş xəbərlərin illər uzunu idi ki, həsrətini çəkirdik. Nəhayət, hər şeyin zamana ehtiyacı olduğunu bir daha gördük və yaşadıq.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev dəfələrlə öz çıxışlarında göstərdiyi kimi, biz işğalçıları öz torpaqlarımızdan çıxarmaq üçün lazım olan cavabı veririk. Ermənistan bundan nəticə çıxarmaq əvəzinə, dinc əhalimizi, böyük, tarixi şəhərlərimizi atəşə tutur, həm də müharibənin qanunlarına zidd əməlləri ilə. Tovuzdan başlayıb, Gəncə, Naftalan, Tərtər, Goranboy, ümumiyyətlə, cəbhə-boyu ağır artilleriyadan Azərbaycanın mülki əhalisini hədəf seçən ermənilər bunun bədəlini ödəmək haqqında fikirləşmədirlər. Əksinə, öz mənfur hərəkətlərini ört-basdır etmək, itkilərini erməni analarından gizlətmək üçün daha çirkin siyasətə əl atırlar.

Bu gün Ermənistan rəhbərliyi yaxşı fikirləşməlidir. Rəşadətli Ordumuz, başda Ali Baş Komandan İlham Əliyev olmaqla, onları diz çökdürmüşük, düşmənə layiq olan yerini göstərmişik. Mənfur düşməni necə lazımdırsa qovuruq, çünki işğal etdikləri bu torpaqlar bizim əzəli-əbədi yurdlarımızdır. Maşallah olsun, hər gün xoş xəbərlər gəlir. Hər gün bayrağımız işğaldan azad edilmiş yeni bir yaşayış məntəqəsində ucaldılır. Budur, Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü! Ali Baş Komandan İlham Əliyev deyir: "Otuz il ərzində Ermənistan rəhbərliyi "güclü ordusu” haqqında uydurmalar ortalığa atırdı, "yenilməz Ermənistan ordusu” barədə miflər yaradırdı. Haradadır bu "yenilməz” Ermənistan ordusu?! Görün, necə qaçır qabağımızdan. Bu, mif, yalan idi. Bunu darmadağın etdik... Otuz il idi ki, işğal edilmiş torpaqlarda abidələrimizi dağıdırdı, tarixi-mədəni irsimizi silmək istəyirdi. Otuz il ərzində beynəlxalq aləm nə üçün sanksiya tətbiq etmədi təcavüzkar dövlətə qarşı? Mən dəfələrlə demişəm ki, sanksiyalar tətbiq edilməlidir. Bu ölkə, bu ölkənin rəhbərliyi öz xoşu ilə bu torpaqlardan çıxmaq istəmir”.

Bəli, dövlət başçısının qeyd etdiyi kimi, məcburi köçkünlərimiz bir arzu ilə yaşayıblar, baxmayaraq ki, onların bir çoxları üçün gözəl şərait yaradılıb. Təkcə bu il məcburi köçkünlər üçün 7 min mənzilin istifadəyə verilməsi nəzərdə tutulub. 300 mindən çox məcburi köçkünə evlər, mənzillər verilib. Lakin doğma yer-yurdundan didərgin salınmış bir milyondan artıq soydaşımızın həyat şəraiti nə qədər yaxşılaşsa da, onların arzusu, istəyi itirdikləri əzəli yerlərə dönməkdir.

Qarabağlıların yurd həsrətinə son qoyulur. Artıq Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları düşməndən azad edilib. Yüz minlərlə məcburi köçkünün yurd həsrətinə son qoyulub.

Şuşaya doğru gedirik. Tam Qələbəmizi Şuşada qeyd edəcəyik, çünki Şuşa bizim milli mənəviyyatımızın rəmzidir. Şuşanın işğaldan azad edildiyi gün biz mədəniyyət və incəsənət işçilərinin əsl bayramı olacaq. O gün Şuşanın dağlarının başından duman çəkiləcək, İsa bulağı, Cıdır düzü... yeni növrağına qovuşacaq, çünki özünün doğmalarını qoynuna alacaq. O gün uzaqda deyil. Bəlkə də günlər qalıb o vüsal görüşümüzə...

Mənsum İBRAHİMOV,

Xalq artisti, professor





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM