Alternative content

04:47 29 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:18 29.11.2020 DƏMİR YUMRUQ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Salam, Qubadlı - dağlar diyarı, qəhrəmanlar yurdu!
Salam, Qubadlı - dağlar diyarı, qəhrəmanlar yurdu!
ANA SƏHİFƏ / SİYASƏT
01:00 28.10.2020


İnsanın əlindəki beş barmağın heç biri digərlərinin eyni deyil. Xalq arasında yayılmış və tez-tez səslənən deyim isə daha bir həqiqəti təsdiqləyir: barmağın hansı kəsilsə, ağrısı eyni olur. Çünki onların hamısı bir biləkdən ayrılır, bir cana bağlıdır... 30 ilə yaxındır yağı tapdağında inləyən yurd yerlərimizin hər birinin həsrəti də qəlbimizi bax, beləcə göynədirdi.

Şuşa, Xankəndi, Ağdam, Füzuli, Laçın, Kəlbəcər, mənfur erməni faşistlərinin neçə illər idi işğal altında saxladığı digər bölgələr, doğma məkanlar, yurdumuz, yuvamız, məskənimiz... Hərəsinin də öz yeri, öz gözəlliyi, öz sərvəti, öz dəyəri var. Hər biri doğma və əzizdir. Həm də təkcə orada doğulub böyüyənlər, yaşayanlar üçün deyil, hər birimiz üçün. Çünki hərəsi Azərbaycanın bir qolu, bir budağı, ayrılmaz bir parçasıdır. Azərbaycan isə hamımızın bir Vətənidir.

Odur ki, Prezident, Ali Baş Komandan İlham Əliyevdən hər kəndimizin, hər şəhərimizin işğaldan azad olunduğu barədə növbəti qələbə xəbərini eşidəndə eyni sevinci yaşayır, eyni kövrək və həm də qürurlu hisslər keçiririk. Qubadlı şəhərinin və rayonun bir sıra kəndlərinin işğalçılardan azad edilməsi də hamımıza məhz həmin duyğuları yaşatdı.

Dövlət başçısı hərbi birlik komandirləri Yaşar Həsənovu və Zaur Quliyevi təbrik edəndə, təbrik və təşəkkürlərinin bütün şəxsi heyətə çatdırılmasını tapşıranda bütün qəlbimizlə biz də ona qoşulduq. Dillərdən qeyri-ixtiyari "Salam, Qubadlı!” kəlmələri qopdu. Qələbə sevincindən hər birimizə bolluca pay düşsə də, ilk növbədə, tanıdığımız, ünsiyyətdə olduğumuz, bir idarədə çalışdığımız, qonşuluqda yaşadığımız qubadlılıları yada saldıq, onlara gözaydınlığı verməyə tələsdik.

Bu da bir həqiqətdir ki, hər hansı coğrafi məkanın adı çəkiləndə dərhal o yerin görkəmli insanlarının da adlarını xatırlayırsan. Əslində bu, təbiidir, çünki hər bir yerin insanları onun başlıca sərvətlərindəndir. Bu baxımdan Qubadlı mərd, istedadlı, zəhmətkeş, mehriban insanlar yurdudur.

Çoxları bu bölgəni qəhrəmanlar və yazarlar vətəni kimi tanıyır. Qaçaq Nəbi, Qaçaq Mehdi, qoçaq Həcər hünərlərini xalqımızın qəhrəmanlıq tarixinə Qubadlının qoynunda yazıblar. Bu qəhrəmanlıq ənənələri nəsildən-nəslə keçərək yaşayır.

"Hər zaman öz qəhrəmanlarını yetişdirir” deyiblər. Təsadüfi deyil ki, günümüzün də öz qəhrəmanları var, Milli qəhrəmanlar Əliyar Əliyev və polkovnik Şükür Həmidov kimi. Əliyar Əliyev birinci Qarabağ savaşının qəhrəmanı idi. Şükür Həmidov isə 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsində şücaət göstərmiş, həmin il aprelin 22-də Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdü.

Döyüş yolları polkovnik Həmidovu doğulub böyüdüyü yerlərə gətirdi. Növbəti qəhrəmanlığını da doğma torpağında, əziz kəndində göstərdi və bu yolda canından keçdi. Bu bir tale, bir qismət, Şükür kimi igidlər üçün isə həm də səadətdir.

Bir sözlə, Qubadlının bu cür igid övladları Azərbaycan tarixinə yeni səhifələr yazırlar. Və "yazmaq” deyəndə elə həmin an xalq yazıçısı Süleyman Rəhimov yada düşdü. Axı əlinə qələmi ilk dəfə burada götürüb böyük ədibimiz, uzun yazıçılıq yoluna Qubadlıdan çıxıb.

Qubadlının yaşıl çətirli meşələri, zümzüməli bulaqları, daraqdiş dağları, şəlaləli Bərgüşad və Həkəri çayları daha neçə şairə, nasirə ilham verib. Elə bu təbiət təsvirini də Qubadlının övladı olan yazıçı-yurnalist Cəlal Bərgüşadın "Bozatın belində” romanından xatırladıq.

Bu gün doğma Qubadlısının işğalçılardan azad edilməsi münasibətilə Azərbaycan jurnalistikasında öz yeri, öz dəstxəti olan ağsaqqal yazarımız Əli İldırımoğluna gözaydınlığı vermək keçir könlümüzdən.

Həyatdan erkən köçmüş istedadlı şair Eldar Baxışın isə ruhu rahatlıq tapır indi. Uzun illər çiyin-çiyinə çalışdığımız əziz qələm dostumuz Famil Abbasovun da qoy ruhu şad olsun bu gün. Çox sevdiyi ana yurdunun, ata ocağının işğalda olması böyük dərd idi ona...

Hörmətli həmkarımız Dağbəyi İsmayılov da o torpaqdandır. Oğlu Elğünü uşaqlıqda çox aparmışdı Qubadlı dağlarına. Ağaclara, qayalara dırmaşan balaca Elgünün qəlbinə yurd sevgisi elə həmin vaxtlardan hopmuş və sonra rişələnərək böyük Vətən sevgisinə çevrilmişdi. O sevgi ki, Elgünü 1994-cü ildə şəhidlik zirvəsinə yüksəltdi.

Elgün İsmayılov həm də bizım iş yoldaşımız idi, "Azərbaycan” qəzetində çalışırdı... 20 yaşında Murovdağın zirvəsində şəhid oldu...

Bu gün Qarabağda torpaqlarımızı yağı tapdağından xilas edən igidlərimiz də Azərbaycanın müxtəlif bölgələrində doğulub, boya-başa çatmış əsgər və zabitlərdir. Onlar üçün Azərbaycanın hər qarış torpağı Vətəndir. Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, bu gün bizim ən böyük gücümüz yumruq təki bir olmağımızdadır. Qələbələrimizin rəhni də bundadır!

Çoxsaylı yaşayış məntəqələrimizi, o cümlədən Qubadlı rayonunun mərkəzini və bir sıra kəndlərini də məhz bu birliyin gücü ilə vəhşi pəncəsindən xilas etmişik və birlikdə də deyirik: "Salam, Qubadlı, gözəlliklər diyarı, əməksevər insanlar, qəhrəmanlar və yazarlar yurdu! Tezlikə gələcəyik, yenidən çırağını yandıracaq, qoynunda yaşayacaq, qurub-yaradacağıq. İşğaldan azad ediləcək daha neçə kəndimizlə, bölgəmizlə də bax, beləcə görüşəcəyik!”

Flora SADIQLI,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM