Alternative content

05:13 29 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:18 29.11.2020 DƏMİR YUMRUQ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Arzular çin olur
Arzular çin olur
ANA SƏHİFƏ / SİYASƏT
00:59 28.10.2020


Torpaqlarımızın 30 il işğal altında olduğunu bütün dünya bilirdi. Bilirdi, amma səsini çıxarmırdı, susurdu. Amma biz bundan sonra susa bilməzdik. Tarix və gələcək nəsil bunu bizə bağışlamazdı.

Bu gün işğal altındakı ərazilərimiz Ali Baş Komandanın qətiyyəti və müzəffər ordumuzun gücü sayəsində azad edilir. Hər gün cəbhədən gələn xəbərləri hər bir Azərbaycan vətəndaşı səbirsizliklə gözləyir və zəfər yürüşümüzün hər addımını alqışla qarşılayır.

Oktyabrın 25-də Qubadlı rayon mərkəzini və bir neçə yaşayış məntəqəsini ordumuzun azad etməsi xəbəri qubadlılıların məskunlaşdığı Sumqayıtda böyük coşquya səbəb oldu. Səhər açılar-açılmaz Sumqayıt şəhərində yerləşən Qubadlı Rayon İcra Hakimiyyəti binasının qarşısına insanlar axışdı. Sifətlərdəki sevinc o qədər böyük idi ki, onu sözlə ifadə etmək çətindir. Qocalı-cavanlı hamı bir-birini təbrik edir, qələbə şüarları səsləndirirdi.

Onlara yaxınlaşıb fikirlərini öyrənmək üçün müraciət etdik. Sevinci gözlərində parlayan Allahverdi Haxverdiyev dedi:

- Yurdumuzun işğal olunduğu anlar gözlərimizin önündədir. Ötən müddətdə içimizdə qövr edən həsrət illər ötdükcə sönmür, əksinə, közərirdi. Çoxumuz yuxularımızda o yerləri dolanır, ayıldıqda bunun yuxu olduğu üçün təəssüflənirdik. Vətən müharibəsi başlayandan ordumuzun zəfər yürüşünü izləyir, döyüşçülərimizin qələbə marşını alqışlayırdıq. Televiziya ekranından Ali Baş Komandan İlham Əliyevin Qubadlının azad edilməsi xəbərini sevinc göz yaşları ilə qarşıladıq. Mən o yerlərin havasını udub, suyundan içmişəm. İçimdə həmişə bir hiss daim məni ora çəkib. Azad edilmiş ərazilərdə ermənilərin vandallığını görəndə əvvəl təəssüfləndim. Sonra düşündüm ki, biz qurub-yaradan xalqıq, az zaman kəsiyində hər şeyi yoluna qoyacağıq.

İslam Abbasov yunan-Roma güləşi üzrə dünya və Avropa çempionudur. Hər bir qələbəsini doğma Azərbaycana həsr edən İslam sevincini bizimlə belə bölüşdü:

- Mən heç vaxt Qubadlıda olmamışam. Amma atam o yerlər barəsində bizə o qədər danışıb ki, mən özümü o torpaqları görmüş kimi sanıram. Hər il rayonumuzun işğal günü anılanda atam nə zamansa qələbə gününü qeyd edəcəyimizi deyirdi. Bu qələbələr xalqımızın var olduğunu sübut edir. Fərəh hissi böyük sevgidən yaranır və insan onu uzun müddət unutmur. Gördüyün işdə, qazandığın uğurda fərəh hissi səninlə olur. Torpaqlarımızın azad edilməsi ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bizə yaşatdığı ən böyük fərəhdir.

Namiq Abasov Qubadlı rayon Gənclər və İdman İdarəsinin rəisidir. Daim gənclərlə bir yerdə olan N.Abasov qələbə duyğularını bizimlə paylaşdı:

- Rayonumuzun işğaldan azad edilməsi ilə 27 ilin həsrəti bitdi. Bu gün qubadlılı gənclər döyüş bölgəsində düşmənlə üzbəüzdür. Arxada qalan gənclərimiz isə könüllü kimi cəbhəyə getməyə hazırdır. Bu bir sevgidir ki, onu heç nə ilə əvəz etmək mümkün deyil. Ordumuzu və Ali Baş Komandan İlham Əliyevi Allah qorusun. Tam qələbəni Ali Baş Komandanın dilindən eşidəcəyimiz günü gözləyirik. O günə isə az qalıb!

Rasim Hüseynov bizimlə söhbətinə keçməzdən əvvəl göz yaşlarını saxlaya bilmədi. Yalnız bir qədər sonra öz sevincini ifadə etdi:

- Mən Sumqayıtda doğulub böyümüşəm. Ailəmiz 1960-cı illərdə atamın işi ilə əlaqədar Qubadlıdan Sumqayıta köçüb. Rəhmətlik atam həmişə gənclik illərindən danışanda içindəki nisgili gizlədə bilmirdi. O yerlərin bulaqlarından, dağ havasını udan sağlam əqidəli insanlarından söz açardı. Bir dəfə dedik ki, bura bəyəm pisdir? Kişinin qaşları çatıldı və bizə cavab verdi ki, insan harda doğulub böyüyürsə, həmin yerlərin zaman daşıyıcısına çevrilir. Əgər o yurda axirətdə də köçmürsə, ruh incikliyi yaranır. Yalnız azad torpaqlarda ruh dincəlir. Ali Baş Komandanımız və ordumuz bu günlər neçə nisgilli ruha rahatlıq verdi. Bu qələbələrin arxasında birliyimiz dayanır. Allah daha böyük qələbələri tariximizə yazmaqda Ali Baş Komandanımıza, əsgərlərimizə yardımçı olsun! Bir də istərdim ki, o yerlərin bərpasında bizlər gedib çalışaq. Bu savaşda gənclərimiz döyüşür. Vallah, məni də aparın cəbhəyə demişəm, deyiblər olmaz. Amma indi evdə sakit oturmaq zamanı deyil.

Nəriman Həmidov Qubadlının ağsaqqallarından biridir. Üzündən nur tökülən bu insan öz fikirlərini bizimlə də bölüşdü:

- Bizim Qubadlı camaatımız mərddir. 1993-cü ildən bəri çətinliklərə dözüb, amma qəlbində vətən sevgisi sönməyib. Bu duyğu həmişə bizimlə olub və yolumuza şəfəq saçıb. Bir qədər geriyə qayıtmaq istəyirəm. Doğulub böyüdüyüm Qubadlı rayonu Qarabağın gözəl məkanlarındandır. Şimaldan Laçın, şərqdən Cəbrayıl, cənubdan Zəngilanla həmsərhəd olan rayonumuz tarixi-mədəni, dini abidələrlə zəngindir. Burada IV əsrə aid "Gavur dərəsi” ibadətgahı, "Qalalı” və "Göyqala” abidələri, "Dəmirçilər türbəsi” və digər tarixi abidələr var. Yəqin ki, erməni qəsbkarları həmin abidələri talan edərək dağıdıblar. Keçən illər ərzində bir an da olsun qəlbimizdən yurd sevgisi azalmayıb. Məskunlaşdığımız rayonlarda daim torpaqlarımızın azad olacağı günü səbirsizliklə gözləmişik. Rayonumuzun gənclərini öz torpaqlarını sevmək hissi ilə böyütmüşük. Son günlər Ermənistanın törətdiyi təxribata cavab verən ordumuz uğurlu əks-hücumu ilə ona yerini göstərir. Ali Baş Komandanın və ordumuzun sayəsində bütün Azərbaycanın gözlədiyi gün yaxınlaşmaqdadır. Qubadlının işğaldan azad edilməsi xəbəri hamımızın içində bir sevinc günəşi kimi parladı. Yağı düşmən layiqli cəzasını almalıdıır. Qubadlı sakinləri son nəfərinə kimi Ali Baş Komandanla, ordumuzla birlikdədir. Biz, qocalı-cavanlı hamımız müzəffər ordumuzun qələbəsini yaxınlaşdırmağa hazırıq. Bir nəfər kimi silahlanıb cəbhəyə getməyə hazırıq. Qoy zəfər bayrağımız bütün Qarabağda dalğalansın!

Bura toplaşan insanların içində gənclər daha çox idi. Onlardan biri Aytac Kazımlı idi:

- Sumqayıtda doğulub-böyüsəm də, əslən Qubadlıdanam. Yaşadığım və böyüdüyüm mühit həmişə vətən sevgisi, dövlətə inam, keçmişdən gələn kökümüzün qorunmasını bizə miras kimi aşılayıb. Rayonumuzun işğaldan azad edilməsi xəbəri hamı kimi məni də sevindirib. Ali təhsilimi başa vurduqdan sonra işləməyə öz rayonumuza gedəcəyəm. Hamı öz gücü daxilində doğma yurda xidmət etməlidir.

Akif ƏLİYEV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM