Alternative content

15:23 27 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İşğaldan azad olunmuş su anbarları yenidən Azərbaycan kəndinə xidmət edəcək
İşğaldan azad olunmuş su anbarları yenidən Azərbaycan kəndinə xidmət edəcək
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:58 28.10.2020


Prezident İlham Əliyevin apardığı ardıcıl, məntiqli siyasət nəticəsində müstəqil Azərbaycanımızın sürətli inkişafına və dünya miqyasında tanınmasına nail olunmuş, respublikamız dünya ölkələri arasında özünə layiqli yer tutmuşdur.

Mənfur qonşumuz Ermənistan tərəfindən XX əsrin sonlarında keçmiş SSRİ-də yaranmış xaos vəziyyətindən istifadə edərək öz havadarlarının dəstəyi ilə Dağlıq Qarabağ, o cümlədən onun ətrafındakı 7 rayon işğal olunmuşdu. Azərbaycanın 20 faizdən çox ərazisinin 30 ilə yaxın bir müddətdə işğal altında saxlanılması nəticəsində iqtisadiyyatımızın bütün sahələri kimi, meliorasiya və su təsərrüfatı obyektləri də tamamilə dağılmış, əkin sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdır.

İşğal zonasında 125,8 min hektar suvarılan, meliorasiya su təsərrüfatı fondları ilə təchiz edilmiş torpaq sahələri qalmışdır. Onun 25,3 min hektarı Dağlıq Qarabağın, 49,6 min hektarı Ağdam, 26,4 min hektarı Füzuli, 12,5 min hektarı Cəbrayıl, 5,3 min hektarı Zəngilan, 5,3 min hektarı Qubadlı rayonlarının inzibati ərazilərinə daxildir. Suvarılan sahələrdən əlavə həmin ərazilərdə çox münbit dəmyə torpaq sahələri mövcuddur. İşğala qədər həmin sahələrdən suvarma aparılmadan belə bol üzüm, taxıl və digər məhsullar götürülürdü. Halbuki Mingəçevir anbarından Xəzər dənizinə qədər olan Kür və Araz çaylarının sahilləri boyundakı düzən ərazilərdə suvarma aparmadan bir kiloqram da məhsul götürmək mümkün deyil.

İşğal altında qalan ərazilərdə əkin sahələrini suvarma suyu ilə təmin edən 22 suvarma sistemi, 16 baş qurğu, 6426 km uzunluğunda suvarma şəbəkəsi, 330 km uzunluğunda kollektor-drenaj şəbəkəsi, 1429 subartezian quyusu, 7800 hidrotexniki qurğu, 220 hidropost, 56 nasos stansiyası, ümumi sututumu 635 milyon kubmetrə yaxın 10 su anbarı, digər meliorasiya və su təsərrüfatı obyektləri qalmışdır. Bu obyektlərin əksəriyyəti münaqişə zamanı, digər hissəsi isə işğal zonasında qaldığından lazımi texniki xidmət göstərilmədiyi üçün yararsız hala düşmüşdür.

Eyni zamanda işğal zonasında qalmış Tərtərçay, Qarqarçay və Xaçınçay suvarma sistemləri vasitəsilə istifadəsi mümkün olan 143,5 min hektar (ha) torpaq sahəsi suvarma suyu ilə təmin olunmuşdur. Bir faktı qeyd etmək kifayətdir ki, Tərtərçay suvarma sisteminə daxil olan və işğal zonasında qalan ən iri su təsərrüfatı obyekti Sərsəng su anbarı bu zona ilə həmsərhəd rayonların 96,2 min hektar torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. Bu torpaqlarda becərilən pambığın, tütünün, dənli yem bitkilərinin, çoxillik əkinlərin və meşələrin suvarılması üçün işğaldan əvvəl Sərsəng su anbarından ildə 600-700 milyon kubmetr suvarma suyu götürülürdü. Hazırda həmin torpaqların 40,2 min hektarı hələlik işğal zonasında qalmışdır ki, onun da 25,9 min hektarı Ağdam rayonunun inzibati ərazisindədir.

Xatırladaq ki, 1976-cı ildə Tərtərçay çayının üzərində inşa edilmiş Sərsəng su anbarının ümumi su tutumu 560 milyon, faydalı su tutumu 500 milyon kubmetr, bəndinin hündürlüyü 125 və uzunluğu 555 metrdir. Sərsəng su anbarı ən hündür bəndli su anbarlarından biridir. Anbardan su buraxıcı qurğular vasitəsilə "Sərsəng” hidro elektrk stansiyası istiqamətinə saniyədə 60 kubmetr su buraxıla bilər. Bundan başqa, anbarın suvarma qapıları vasitəsilə zərurət olduğu halda meliorasiya məqsədilə saniyədə 30 kubmetr su buraxmaq imkanı da var.

Sərsəng su anbarından su axını istiqamətində - anbardan 20 kilometr aşağıda Tərtərçay çayı üzərində bu su anbarından və Torağaçay çayından gələn suları gündəlik nizamlama məqsədilə ümumi su tutumu 5,86 milyon kubmetr olan Suqovuşan su anbarı da tikilmişdir. Bu su anbarında yerləşən hidroqovşaqdan su götürən ümumi uzunluğu 92,6 km olan Tərtərçayın sol və sağ sahil magistral kanallarının 80 km-lik hissəsinin işğal zonasında qalması nəticəsində uzun illərdən bəri Tərtər, Bərdə, Ağdam, Goranboy, Yevlax və Ağcabədi rayonlarının 56 min hektardan artıq torpaq sahələrinə suvarma suyunun verilməməsi səbəbindən bu regionun iqtisadiyyatına külli miqdarda ziyan dəymişdir. Ermənilər düşünülmüş şəkildə Sərsəng su anbarından əsasən də payız-qış aylarında, gecə vaxtları suyu artıq həcmdə buraxmaqla (illik normanın 80-90 faizini) anbardan aşağı ərazilərdə yerləşən Tərtər və Bərdə şəhərləri, bu rayonların kəndləri üçün su basma təhlükəsi yaradır, orada yaşayan əhalini daim qorxu və təşviş içərisində saxlayırdılar. Kənd təsərrüfatı bitkilərinin suya tələbatı yüksək olan yay aylarında isə əksinə, su anbarından su buraxılması dayandırılırdı.

Tərtər rayonunun adıçəkilən su anbarı vasitəsilə suvarılan 24,4 min hektar əkin sahəsinin yalnız bir hissəsi Torağaçay çayından saniyədə 2-3 kubmetr su götürən torpaq kanallar və son zamanlar qazılmış subartezian quyuları vasitəsilə suvarılır. Ölkəmizdə ən hündür torpaq bəndlərindən biri (125 m) olan Sərsəng su anbarına uzun illərdən bəri lazımi texniki xidmət göstərilməməsi səbəbindən anbarın subasma zonasındakı Bərdə və Tərtər şəhərləri, eləcə də bu rayonların 130-dan artıq yaşayış məntəqəsində məskunlaşmış 400 min nəfərə yaxın insanın həyatı təhlükədə qalmışdır. Subasma təhlükəsinə məruz qalan ərazinin 81,8 min hektarı kənd təsərrüfatına yararlı torpaqlardır. Onu da qeyd edək ki, 2000-ci ildə Sərsəng su anbarına lazımi texniki xidmət göstərilməsi və onun suyundan istifadə edilməsi üçün ATƏT tərəfindən təşəbbüs qaldırılsa da, bu günə qədər onun texniki vəziyyətinin müəyyən edilməsi üçün müvafiq şərait yaradılmamışdır.

İşğal zonasında qalmış iri su təsərrüfatı obyektlərindən olan Xaçınçay su anbarı isə 1964-cü ildə istismara verilmişdir. Anbarın ümumi su tutumu 23 milyon kubmetr, bəndinin hündürlüyü 38 metrdir. Bu su anbarı vasitəsilə Ağdam rayonunun 6,23 min hektar torpaq sahəsi suvarma suyu ilə təmin edilirdi. Qeyd olunan mövcud obyektlərlə yanaşı, işğal zonasında tikintisi yarımçıq qalmış çoxsaylı meliorasiya və su təsərrüfatı obyektləri də keçən müddət ərzində ermənilər tərəfindən dağıdılaraq sıradan çıxarılmışdır.

Bundan əlavə, Cəbrayıl və Zəngilan rayonlarının işğal altında olması səbəbindən transsərhəd Araz çayı üzərində "Xudafərin” hidroqovşağının tikintisi üzrə İran İslam Respublikası ilə əlaqələrin yaradılması xeyli çətinləşmiş və Araz çayının su ehtiyatlarından birgə istifadə ilə bağlı monitorinqlərin keçirilməsi mümkünsüz olmuşdur.

Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı təxribatına cavab olaraq sentyabr ayının 27-dən başlayan əks-hücum əməliyyatları nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən işğal altında olan bir sıra şəhər və kəndlərimiz azad edilmişdir. Əməliyyatlar bütün istiqamətlərdə uğurla davam etdirilir. Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində mövqelərini gündən-günə möhkəmləndirir.

Əks-hücum nəticəsində Suqovuşan kəndi işğaldan azad olunduqdan sonra buradakı su anbarından suyun buraxılmasına başlanmışdır. Hazırda su anbarından buraxılan suların nizamlanması nəticəsində Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi, eyni zamanda ekoloji tarazlıq təmin olunmuşdur.

Cəbrayıl rayonunun ərazisində İran İslam Respublikası ilə həmsərhəd Araz çayı üzərində tikilmiş, ümumi sututumu 1612 milyon kubmetr olan "Xudafərin” su anbarında (Su Elektrik Stansiyası ilə birlikdə) toplanmış suların idarə olunması və istifadəsi sahəsində də ciddi çətinliklər var idi. Su anbarı yerləşən ərazilərin işğaldan azad olunması hesabına hazırda Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı dalğalanır. İndi su anbarının idarə olunmasında Azərbaycanın iştirakı tam təmin olunmaqla, ölkəmizin təxminən 250 min hektar torpaq sahəsinin su təminatının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına və elektrik enerjisi istehsalına şərait yaranmışdır. Uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi ilə gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə, ərzaq təhlükəsizliyinin təminatına, əhalinin rifahının yüksəlməsinə və ekoloji tarazlığın bərpa edilməsinə də imkan var.

İşğaldan azad olunmuş ərazilərdə əhalinin məskunlaşmasının aparılması üçün ilk növbədə infrastruktur obyektlərinin, o cümlədən əhalinin içməli su və əkin sahələrinin suvarılması məqsədilə su təsərrüfatı və meliorasiya obyektlərinin bərpa olunması həyata keçirilməlidir. Bu işlərin yerinə yetirilməsi üçün icazə verilən ərazilərdə bizim ASC-nin mütəxəssisləri tərəfindən həmin obyektlərin qısa müddətdə bərpa olunması üçün müvafiq tədbirlər görülür.

İşğaldan əvvəl Cəbrayıl rayonunun ərazisində 107 subartezian quyusu olmuşdur. Rayonun Daşkəsən kəndi ərazisində dağıdılmış subartezian quyusu ASC-nin aidiyyəti qurumları tərəfindən qısa müddət ərzində bərpa olunaraq hərbçilərimizin istifadəsinə verilmişdir. İşğaldan azad olunmuş Suqovuşan su anbarından qidalanan Tərtərçay sol sahil və Xanarx kanallarının bərpa olunması üçün tender elan edilmiş, tenderin nəticələri məlum olduqdan sonra texniki-iqtisadi əsaslandırma aparılması ilə kanalların yenidən bərpasının həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Ölkənin şirin su ehtiyatlarının azlığı, son illər müşahidə olunan qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların xeyli azalması, digər tərəfdən əhalinin artımı, həyat standartlarının yüksəlməsi, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artması respublikanın su təhlükəsizliyinin təminatı istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini tələb edir. Bu tədbirlərin həyata keçirilməsi üçün Prezidentin 15 aprel 2020-ci il tarixli sərəncamına əsasən, Baş Nazirin müavini Şahin Mustafayevin sədrliyi ilə aidiyyəti dövlət orqanlarının rəhbərləri daxil edilməklə ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə komissiya yaradılmışdır. Komissiya tərəfindən məhdud su ehtiyatları şəraitində, yeni iqtisadi çağırışlar nəzərə alınmaqla ölkənin su təchizatı sisteminin daha da yaxşılaşdırılması, ekosistemin inkişafı ilə uyğunluğun təmin olunması üçün aidiyyəti qurumların iştirakı ilə ətraflı araşdırma aparılmış və bu sahədə yaxın müddətdə yerinə yetiriləcək işlər müəyyən edilmişdir.

Komissiyanın tapşırığına əsasən, bu sahədə daha geniş-miqyaslı tədbirlərin görülməsi və sahənin gələcək inkişafının təmin edilməsi üçün bizim ASC tərəfindən orta və uzunmüddətli dövrü əhatə edən "Azərbaycan Respublikasında meliorasiya və su təsərrüfatının inkişafına dair 2020-2030-cu illər üzrə Dövlət Proqramı”nın layihəsi hazırlanaraq hökumətə təqdim edilmişdir. "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC qarşısında qoyulmuş tapşırıqların icrası çərçivəsində son illər iqlim dəyişiklikləri ilə əlaqədar qısa dövrü əhatə etməklə, daha səmərəli və daha prioritet layihələr müəyyən olunmuşdur. Belə ki, "Tədbirlər Planı”nda prioritet hesab olunan 20 magistral kanalın, 1 hidroqovşağın və 1 magistral kollektorun yenidən qurulması nəzərdə tutulmuşdur. Bu tədbirlərin həyata keçirilməsi ilə su itkilərinin azaldılması, əlavə su ehtiyatlarının yaradılması, mövcud su ehtiyatlarından səmərəli istifadə və suvarılan torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması mümkün olacaq.

İşğal altındakı torpaqların azad olunması başa çatdırıldıqdan sonra əhalinin həmin ərazilərdə məskunlaşması üçün ilk növbədə infrastrukturun yenidən qurulması tələb olunacaq. Çünki işğal nəticəsində digər sahələr kimi, su anbarları və hidroqovşaqlar, suvarma sistemləri, kollektor-drenaj şəbəkələri, onların üzərindəki hidrotexniki qurğular, nasos stansiyaları, subartezian quyuları, elektrik və mexaniki avadanlıqlar da tamamilə dağıdılmış, istismara yararsız hala salınmışdır. Əhalinin içməli su və əkin sahələrinin su təminatı məqsədi ilə ASC tərəfindən onların bərpası və yenidən qurulması üçün hazırlıq işləri aparılır. Çalışacağıq ki, Prezidentin rəhbərliyi və dəstəyi ilə işğaldan azad olunmuş ərazilərdə meliorasiya və su təsərrüfatı obyektləri qısa müddətdə müasir standartlara uyğun yenidən qurulsun və əhalinin istifadəsinə verilsin.

Rafiq ASLANOV,

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM