Alternative content

05:22 29 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:18 29.11.2020 DƏMİR YUMRUQ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bü gün tarla da cəbhədir
Bü gün tarla da cəbhədir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:57 28.10.2020


Faşist xislətli ermənilərin davamlı təxribatlarından ən çox zərər çəkən rayonlardan biri də Tərtərdir. Döyüşlərin başladığı gündən rayon ərazisinə minlərlə artilleriya mərmisi və raket atılmışdır. Nəticədə çox sayda evlər dağılmış, məktəb, xəstəxana və uşaq bağçaları yararsız vəziyyətə düşmüş, sosial infrastruktura ciddi zərər dəymişdir. Mülki əhali arasında ölən və yaralananlar vardır.

Amma tökülən qanlara, genişmiqyaslı dağıntılara baxmayaraq, rayon əhalisinin əhvali-ruhiyyəsi yüksəkdir. Çünki uşaqdan-böyüyə, qadından-kişiyə hamı qələbəyə köklənib. Göz yaşı zəiflik, acizlik kimi anlaşılar deyə onu kimsəyə göstərməyib ürəyinə axıdan şəhid anası "Hamımız Vətənə qurban” kəlməsini qürurla dilə gətirir. Evi mərmidən dağılıb viran qalan ailə başçısı tərəddüd etmədən "Təki Vətən var olsun! Evimiz-eşiyimiz, varımız-dövlətimiz Azərbaycan əsgərinin dırnağına qurban” deyir.

Düşmən üzərində 30 ildən bəri həsrətlə gözlədiyimiz qələbəni labüd edən əsas amillərdən biri də məhz "xalq-ordu” birliyinin sarsılmaz xarakter almasıdır. "Hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı bu gün həyatımızın, fəaliyyətimizin əsas hədəfinə çevrilmişdir. İndi arxa cəbhənin ürəyi ordumuzla bir döyünür. Hər kəs cəbhə üçün, qələbə naminə çalışır. Çalışır ki, əmək meydanında qazandığı naliyyətlərlə ölkəmizin iqtisadi gücünü artırmağa şəxsi töhfəsini versin, öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirsin.

Düşmən Tərtərin və tərtərlilərin başına artilleriya mərmilərini, raketləri yağış kimi yağdırsa da, istəyinə çata bilmir. Tərtərlilər döyüş meydanında olduğu kimi, arxa cəbhədə də qəhrəmanlıq nümayiş etdirirlər. Əlləri işdən bir zərrə də soyumur. Böyük zəhmət bahasına bol məhsul yetişdirilmiş ağ örpəkli tarlalarda pambıq yığımı davam edir. Bu il rayonun təsərrüfatlarında 2981 hektar sahədə pambıq əkilmişdir. Şiddətli döyüşlər məhsul yığımının sürətinə təsir göstərsə də, fermerlər nisbətən təhlükəsiz ərazilərdə məhsulu tez və itkisiz yığıb tədarük etməyə çalışırlar.

Habil İbrahimov rayonun qabaqcıl fermerlərindəndir. 200 hektar torpaq sahəsi vardır. Həm əkinçiliklə, həm də heyvandarlıqla məşğul olur. Qazandığı yüksək əmək nailiyyətlərinə görə keçən il "Tərəqqi” medalı ilə təltif olunmuşdur. Bu il məqsədi pambıqçılıqda da, heyvandarlıqda da daha yüksək nəticələr qazanmaqdır:

- Bu gün tarla da bir cəbhədir. Pambıq strateji məhsuldur. Onun bolluğu ölkəmizin iqtisadi qüdrətinə böyük töhfədir. Builki hədəfimiz məhsuldarlığı 50 sentnerə çatdırmaqdır. Hazırda sahələrimizdə pambıqyığan maşınlar işləyir. Birinci üz yığımın nəticəsi 35 sentnerdir. Bu hələlik ilk nəticə kimi pis deyil. Mərmilərin gurultusu heç kəsdə qorxu yaratmır, əlimizi işdən soyutmur. Böyük zəhmət bahasına yetişdirdiyimiz məhsulu son qramınadək yığıb təhvil verəcəyik.

Tərtərdə qələbə əhvali-ruhiyyəsi duyulur. Adamların üzü gülür, eyni açılır. Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi hər kəsdə xoş ovqat yaradıb. Azərbaycan əsgəri 30 ildən bəri Tərtər çayının qabağını kəsən, on min hektarlarla ərazini suya həsrət qoyan erməni yezidlərini zərərsizləşdirib. Babalarımız "su gələn arxa bir də gələr” deyiblər. İndi Tərtər rayonunun dupduru suyu quru daşlara, qayalara çırpıla-çırpıla həsrətdən sinəsi çat-çat olmuş doğma torpaqlara qovuşur. Sanki qaysaq bağlamış yaraya qadir loğman əliylə məlhəm qoyulur. Suqovuşan bəndindən açılan qapıların suyu Tərtərə yeni həyat gətirir. Bu illər ərzində zülm çəkib Tərtər kəndlisi. Alın təriylə, halal zəhmətiylə əkib-becərib, sonda isə əli boşda qalıb. Becərdiyi məhsul susuzluqdan zay olub. Artıq bunlar acı xatirəyə çevrilməkdədir. Suqovuşan bəndinin paslanmış qapılarını açıb təşnə ürəklərə su verən xilaskar Azərbaycan əsgəri bu gün xalqımızın qürur mənbəyinə çevrilib.

Lazım QULİYEV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM