Alternative content

16:11 27 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Neftçala pambıqçısı hünər göstərir
Neftçala pambıqçısı hünər göstərir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:57 28.10.2020


Hamının diqqətinin cəbhədə olduğu bir vaxtda pambığı son qozasınacan yığmaq da hünərdir


Qarabağ uğrunda aparılan Vətən müharibəsində ordumuzun əldə etdiyi qələbələr nəticəsində itirilmiş şəhər və kəndlərimiz bir-birinin ardınca geri alınır. Hər birimizi sonsuz dərəcədə sevindirən bu qələbələr isə dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən hərtərəfli inkişaf konsepsiyası işlənib həyata keçirilməsəydi, ən azından bu səviyyədə olmazdı.

Azərbaycanın inkişaf konsepsiyasının bir qolu kənd təsərrüfatı sahəsini əhatə edir. Bu sahədə ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi, idxaldan asılılığın minimuma endirilməsi, xaricə valyuta axınının qarşısının alınması, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları yetişdirməklə onu daha geniş şəkildə dünya bazarına çıxarmağa nail olunması, yeni iş yerləri yaradılması, müasir texnika və texnologiyaların tətbiqinin həyata keçirilməsi, kənd təsərrüfatı üçün yeni kadrların hazırlanması və s. məsələlər nəzərdə tutulur.

Pambıqçılığın inkişafı ilə əlaqədar görülən tədbirlər də aqrar sektorda ixracyönümlü məhsulların istehsalının artımına yönəlmişdir. Bu çərçivədə pambığın satınalma qiymətinin artırılması fermerlərə, torpaq mülkiyyətçilərinə əlavə stimul vermişdir. Nəticədə keçən il ölkə üzrə 300 min ton pambıq istehsal edilmiş, hər hektarın məhsuldarlığı 29,4 sentnerə çatmışdır.

Pambıqçılar 2020-ci ildə də gərgin işləmişlər. Təbiətin yaratdığı çətinliklərə, su çatışmazlığına və pandemiya şəraitinə baxmayaraq, bol məhsul yetişdirilmişdir. Hazırda yığım və emal davam edir.

Neftçala rayonunda pambıq istehsalı, tədarükü və emalı ilə məşğul olan 3 şirkət fəaliyyət göstərir. Onlardan biri "MKT-İK”-nın Neftçala filialıdır. Müəssisə cari ilin əvvəlində 914 fermer və torpaq mülkiyyətçisi ilə müqavilə bağlamışdır. 4 min 162 hektar sahədə yüksək keyfiyyətli məhsul yetişdirmək üçün filial şumdan tutmuş yığıma kimi lazımi kömək göstərmişdir. Eyni zamanda idarənin mütəxəssisləri daim istehsalçıların yanında olmuş, onlara məsləhət və tövsiyələrini vermişlər. Tarlalarda 5-6 dəfə kompleks becərmə aparılmışdır.

Hazırda yetişdirilmiş məhsul yığılır. Bir tərəfdə qız-gəlinlər əl ilə, digər tərəfdə maşınlar məhsul toplayır. Səhər gün çıxandan axşam gün batanadək tarlalar səs-küylü olur. Yığılan məhsul məntəqələrə daşınır, növlər üzrə tayalara vurulur. Məlumat üçün bildirək ki, oktyabr ayının 25-dək "MKT-İK”-nın Neftçala filialı üzrə 14 min ton məhsul yığılmışdır. Bu qədər pambığın 12 min 600 tonu maşınların payına düşür. Yeri gəlmişkən, onu da bildirək ki, torpaq mülkiyyətçiləri pambığın maşınla yığılmasına daha çox üstünlük verirlər. Bu da öz növbəsində məhsulun tez və itkisiz toplanmasına və onun maya dəyərinin aşağı düşməsinə səbəb olur.

Filialda tədarük olunan pambığın emalı ləngidilmir. Bunun üçün hələ yay aylarında hazırlıq işləri aparılıb. Taya yerləri hazırlanıb, pambıqqurudan, çeşidləyici, ayırıcı, presləyici avadanlıqlar saz vəziyyətə gətirilib. Bunun nəticəsidir ki, üç növbədə işləyən mahlıc emalı sexində gün ərzində 1301 ton məhsul istehsal olunur.

Seyran CAVADOV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM