Alternative content

16:43 26 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Erməni hərbçilərinin köməksiz vəziyyətdə tərk etdikləri yaşlı şəxslərə Azərbaycan tərəfinin münasibəti ölkəmizin humanitar hüquq normalarına sadiqliyinin təzahürüdür
Erməni hərbçilərinin köməksiz vəziyyətdə tərk etdikləri yaşlı şəxslərə Azərbaycan tərəfinin münasibəti ölkəmizin humanitar hüquq normalarına sadiqliyinin təzahürüdür
ANA SƏHİFƏ / SİYASƏT
23:07 27.10.2020

Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq norma və prinsiplərinə, həmçinin Cenevrə Konvensiyalarına və onun Əlavə Protokollarına yüksək sadiqlik nümayiş etdirərək əsir götürülmüş şəxslərə qarşı yüksək humanistlik nümayiş etdirir.

AZƏRTAC xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin işğal altındakı ərazilərimizdən geri çəkilərkən köməksiz vəziyyətdə qoyub getdiyi erməni millətindən olan iki mülki şəxs – Hadrut qəsəbə sakinləri 85 yaşlı Babayan Yevgeniya Pavlovnaya və 84 yaşlı Melkumyan Mişa Merlandoviçə göstərilən münasibət Azərbaycanın bu humanist davranışının daha bir əyani təsdiqidir.

Köməksiz vəziyyətdə qalan hər iki şəxs dərhal tibbi yardımla təmin olunub.

Yevgeniya Babayan jurnalistlərə açıqlamasında hazırda onların vəziyyəti ilə hərtərəfli maraqlandıqlarını və Ermənistana getmək istəmədiklərini bildirib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəsi pozaraq Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndində dörd mülki şəxs həlak olub, bir neçə nəfər xəsarət alıb. Ermənistandan fərqli olaraq, Azərbaycan tərəfi humanitar hüququn norma və prinsiplərinə daim yüksək sadiqlik nümayiş etdirir. Ermənilərin özlərinin köməksiz vəziyyətdə qoyub getdikləri yaşlı iki insana Azərbaycan tərəfinin göstərdiyi qayğı ölkəmizin humanist davranışının növbəti əyani göstəricisidir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM