27 Oktyabr 2020 23:06
433
SİYASƏT
A- A+

Türkiyə XİN: Vicdanı və məsuliyyəti olan ölkələri Ermənistanın müharibə cinayətlərinə “dayan” deməyə çağırırıq


Ermənistanın oktyabrın 26-da elan olunan atəşkəsə məhəl qoymadan Azərbaycanda cəbhə bölgəsindən uzaqda mülki yaşayış yerlərini hədəfləyən davamlı hücumları ilə bütün insani və əxlaqi dəyərləri ayaqlar altına atmaqdadır.

AZƏRTAC xəbər verir ki, bu ifadələr Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında əksini tapıb.

Açıqlamada deyilir: "Ermənistan silahlı qüvvələrinin bu gün axşam saatları Bərdə şəhərinə endirdiyi raket zərbələri ilə biri iki yaşında uşaq olmaqla, dörd mülki şəxs həlak olub, 13 nəfər yaralanıb. Həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, Azərbaycan xalqına başsağlığı, yaralılara şəfa diləyirik. Ermənistanın insanlıq əleyhinə hücumlarını ən kəskin şəkildə qınayır, vicdanı və məsuliyyəti olan ölkələri Ermənistanın davam etdirdiyi müharibə cinayətlərinə "dayan” deməyə çağırırıq”.

Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə bu günə qədər elan edilən üç atəşkəsin hər birinin Ermənistan tərəfindən pozulması xatırladılan açıqlamada "bu pozuntulara həmsədrlərdən hər hansı reaksiya gəlməməsini mənalı hesab edirik” ifadəsi yer alıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video