Alternative content

16:06 27 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Moldovalı ekspert: Ermənistan hakimiyyəti Azərbaycanın işğal olunmuş ərazilərində silah qaçaqmalçılığı ilə məşğul idi
Moldovalı ekspert: Ermənistan hakimiyyəti Azərbaycanın işğal olunmuş ərazilərində silah qaçaqmalçılığı ilə məşğul idi
ANA SƏHİFƏ / SİYASƏT
23:05 27.10.2020
Moldovanın TRIBUNA informasiya portalında Kişineu Effektiv Siyasət İnstitutunun direktorunun müavini, tarix elmləri doktoru, siyasi analitik Ruslan Şevçenkonun "Silah qaçaqmalçılığı - Qarabağın Ermənistan tərəfindən işğalının əsas səbəblərdən biridir” sərlövhəli məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistan hakimiyyətinin işğal olunmuş ərazilərdə silah qaçaqmalçılığı, silah alqı-satqısı və saxlanması ilə geniş məşğul olduğu qeyd olunub. (https://tribuna.md/ru/2020/10/26/ru)

"Hərbi əməliyyatlar başlamazdan əvvəl Ermənistan Müdafiə Nazirliyinin balansında yalnız rəsmi 150 tank qeydə alınmışdır, yəni cəmi bir neçə həftə ərzində Azərbaycan qoşunları tərəfindən məhv edilmiş tankların sayının yarısı. Bu əlavə tanklar haradan çıxdı və əsası bunlar harada saxlanılırdı, nəzərə alsaq ki, hər bir ölkə silahlarının "şəffaflığının” araşdırması üçün BMT mütəxəssislərinə "qapılarını açmalıdır?”,- məqalədə belə deyilir.

Müəllif məqalədə ermənilərin silah arsenalında təkcə tankların deyil, daha bahalı silahların da olduğunu qeyd edir. Adi hesablamalar Ermənistanın bu tankları və digər texnikanı öz ərazisində saxlamadığını göstərir. Bu, o dəməkdir ki, bütün bu silahlar Ermənistana gömrük qeydiyyatından yayınaraq qaçaqmalçılıq yolu ilə gətirilib və dərhal Dağlıq Qarabağa ötürülüb və orada saxlanılıb.

Həmçinin qeyd olunur ki, işğal olmuş ərazilərdə bu silahlar yalnız saxlanılmırdı, sonra "qara bazar”da satılırdı.

"Qaçaq silahların onların rəsmi qiymətlərindən bir neçə dəfə az olduğunu nəzərə alsaq, Ermənistan hakimiyyət orqanlarının bundan qazancının miqdarını yalnız təxmin etmək olar. Üstəlik, Ermənistan silah arsenalının bir çox hissəsini gizli "yardım” və ya müddətsiz geri qaytarılmayan kreditlər şəklində alır. Bu hərbi texnika əsasən terror təşkilatları və quldur birləşmələri tərəfindən alınırdı. Tam aydındır ki, bütün bunlar Ermənistan rəhbərliyinin xəbəri və ya birbaşa iştirakı olmadan baş verə bilməzdi”,- deyə müəllif qeyd edir.

Müəllif, eyni zamanda, Qarabağda qaçaqmal silahının mənbəyini də göstərir. O vurğulayır ki, Azərbaycan hakimiyyətinin dəfələrlə bu sxemada erməni mənşəli böyük rus sahibkarlarının iştirak etdiyini beynəlxalq sanksiyalar altında olan tanınmış silah alverçilərinin olduğunu göstərib. Bundan əlavə, silahların mülki təyyarələrdə, qaçaqmalçılıq yolu ilə Ermənistana gətirildiyi bildirilir.

Sonda müəllif qeyd edir ki, işğal olunmuş ərazilər üzərində nəzarəti itirməklə Ermənistan həm terror təşkilatlarından böyük "qara” qazancını, həm də qanunsuz yolla əldə edilmiş silahları gizlətmək imkanını itirir. "Bu Ermənistan üçün, Qarabağı həqiqi sahibinə sülh yolu ilə qaytarmamaq, müharibəni davam etdirmək üçün daha bir səbəbdir”,- deyə müəllif yazır.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM