Alternative content

00:50 28 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:35 28.11.2020 Biz hərb istəmirdik
00:26 28.11.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gürcüstanda yaşayan bir qrup azərbaycanlı din xadimlərindən
Gürcüstanda yaşayan bir qrup azərbaycanlı din xadimlərindən
ANA SƏHİFƏ / Məktublar
21:42 27.10.2020
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident,

Biz, Gürcüstanda yaşayan bir qrup azərbaycanlı din xadimləri Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğal olunmuş ərazilərinin erməni silahlı birləşmələrindən təmizlənməsi uğrunda sentyabrın 27-dən başlayan Vətən müharibəsini çox diqqət və həyəcanla izləyirik. Uzun illərdən bəri daim atəşkəsi pozan və sülh danışıqlarına əməl etməyən düşmənlə başqa dildə danışmağın mümkün olmadığını iyul ayında Tovuz rayonuna namərdcəsinə edilən hücumdan sonra bizlər də gördük.

Gürcüstanda yaşayan soydaşlarımızın qəlbi bu gün Azərbaycanla, Azərbaycan əsgəri ilə birgə döyünür. Biz başqa ölkənin vətəndaşı olsaq da, milliliyimiz və milli dövlətimiz üçün Sizin hər bir çağırışınıza hazırıq. 30 illik həsrətin bitəcəyinə inanırıq. Gürcüstandakı soydaşlarımız Sizinlə həmrəydirlər, hər zaman ana Vətənimizə dəstək verməyə, Sizinlə bir səngərdə olmağa hazırdırlar. İnşallah, tezliklə Azərbaycan xalqı Qarabağda qələbə çalacaq, sülh və ədalət bərqərar olacaqdır.

Möhtərəm cənab Prezident, Sizin daim təmkinlə söylədiyiniz "Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var” ifadəsi bu gün hər bir azərbaycanlı üçün qürur mənbəyinə çevrilib. Vətən müharibəsinin getdiyi bu dönəmdə bir daha əmin olduq ki, belə bir güclü ordu Sizin kimi qətiyyətli Müzəffər Ali Baş Komandanın dəqiqliklə yürütdüyü hərbi quruculuq siyasəti sayəsində ərsəyə gəlib.

İnanırıq ki, Sizin qətiyyətli siyasətiniz uğurla nəticələnəcək, tezliklə torpaqlarımız azad ediləcək. Bu gün Azərbaycanın ərazi bütövlüyünün təmin olunması bizim qürurumuz və müqəddəs borcumuzdur.

Dualarımız Sizinlədir, müzəffər Ordumuzladır. Qarabağda dalğalanacaq Azərbaycan bayrağı naminə canından keçən hər bir şəhidimizə Allahdan rəhmət diləyirik! Allah yaralılarımıza tezliklə şəfa versin.

Şanlı Azərbaycan Ordusuna eşq olsun! Allah Sizi daim müzəffər eləsin!

Hörmətlə,


Hacı Əli Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə səlahiyyətli nümayəndəsi

Hacı Eldəniz Sadıqov, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin əməkdaşı

Əxmədov İfrət, Bolnisi rayonunun baş axundu

Əhmədov Elsevər, Bolnisi rayonu Dəllər kəndinin axundu

Şərifov Sabin, Faxralı kənd məscidinin axundu

Əliyev Çingiz, Ağammədli kənd məscidinin axundu

Mamedov Mir Əli, Xancıxazdlı kənd məscidinin axundu

Quliyev Mahir, Goraxı kənd məscidinin axundu

Sadiqov Mübariz, Bəylər kənd məscidinin axundu

Hacıyev Fəxrəddin, Marneuli rayonu Təkəli kənd məscidinin axundu

Şəmşiyev Tofik, Beytarafçı kəndinin imamı

Məmmədov Azər, Qrıxlı kənd məscidinin axundu.

Gürcüstan, Bolnisi və Marneuli rayonları.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM