27 Oktyabr 2020 21:16
440
SİYASƏT
A- A+

Avstriya Mətbuat Agentliyi: Ermənistan humanitar atəşkəsi və beynəlxalq humanitar hüququ pozur


Avstriyanın aparıcı xəbər agentliyi olan Avstriya Mətbuat Agentliyinin (APA) saytında Ermənistanın humanitar atəşkəs rejimini kobud şəkildə pozmasına dair məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, "Ermənistan humanitar atəşkəsi və beynəlxalq hüququ pozur” sərlövhəli məqalədə Ermənistanın bu dəfə ABŞ-ın vasitəçiliyi ilə razılaşdırılan humanitar atəşkəsi qüvvəyə mindikdən cəmi beş dəqiqə sonra pozduğu qeyd edilir. Bildirilir ki, Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini, sonra isə yaşayış məntəqələrini atəşə tutan Ermənistan tərəfi bu əməli ilə oktyabrın 10-u və 17-də törətdiklərini təkrarlayıb.

Məqalədə qeyd edilir ki, humanitar atəşkəsin əsas məqsədi hər iki tərəfdən həlak olmuş şəxslərin cəsədlərinin və əsirlərin dəyişdirilməsidir. Azərbaycan azad edilmiş ərazilərdəki erməni əsgərlərinin cəsədlərini toplayaraq dəfələrlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəsilə Ermənistan tərəfinə təqdim etmək istəyib. Lakin Ermənistan öz hərbçilərinin cəsədlərini BQXK-dan qəbul etməkdən imtina edib. Bundan əlavə, Azərbaycan BQXK-in xətti ilə bütün əsirlərin "hamı hamıya qarşı” prinsipi ilə dəyişdirilməsi təklifi ilə çıxış edib. Azərbaycan erməni əsgərlərinin cəsədlərini və əsirləri birtərəfli qaydada Ermənistana təhvil vermək istəsə də, Ermənistan bunu qəbul etməyib. Aydındır ki, bu yolla Ermənistan öz məqsədlərini həyata keçirmək istəyir. Çünki hərbi məğlubiyyəti və ölmüş hərbçilərin cəsədlərini öz cəmiyyətindən gizlətməyə çalışaraq, gerçək humanitar atəşkəsə maraqlı deyil. Ermənistan tərəfi humanitar atəşkəsdən yenidən güc toplamaq, xaricdəki havadarlarından yeni silahlar alaraq ön cəbhəyə yerləşdirmək və xaricdən muzdluları döyüşlərə cəlb etmək üçün yararlanır.

Yazıda, həmçinin bildirilir ki, Ermənistan ordusu humanitar beynəlxalq hüququ pozaraq Azərbaycan yaşayış məntəqələrini artilleriya və raket atəşlərinə tutur. Bu hücumlar nəticəsində sentyabrın 27-dən indiyədək 65 mülki şəxs həlak olub, 297 nəfər yaralanıb, 2243 fərdi ev, 90 çoxmərtəbəli yaşayış binası və 402 mülki obyekt dağıdılıb. Bundan əlavə, Ermənistan tərəfi daha bir cinayətə yol verərək azyaşlı uşaqlardan Azərbaycan Ordusuna qarşı döyüşlərdə əsgər kimi istifadə edir. Bu isə öz növbəsində beynəlxalq humanitar hüquqla yanaşı, uşaq hüquqları da daxil olmaqla insan hüquqlarının pozulmasıdır.

Əcnəbi jurnalistləri öz təbliğat məqsədləri üçün sui-istifadə edən Ermənistan, eyni zamanda, onların təhlükəsizliyinin qayğısına qalmır və bu da öz növbəsində beynəlxalq humanitar hüquqla uzlaşmayan addımdır. Cəbhə xəttində baş verən hadisələr və Azərbaycan şəhərlərinin bombardman edilməsi barədə həqiqətləri dünya ictimaiyyətinə çatdıran jurnalistlər isə təqib olunur və ölümlə hədələnir. Belə ki, Fransanın "TF1” telekanalı bu cür hədələr qarşısında geri çəkilərək öz süjetini telekanalın internet səhifəsi və videotekasından silməyə məcbur olub. Belə olan halda, ATƏT-in media üzrə xüsusi nümayəndəsi haraya baxır? Nəyə görə jurnalistlərin hədələnməsi və həyatının təhlükəyə atılmasını pisləmir?

Məqalənin yekununda qeyd edilir ki, dünya ictimaiyyəti Ermənistanın beynəlxalq hüquqa zidd hərəkətlərini kəskin şəkildə pisləməli, bu ölkənin işğalçı ordusunun BMT-nin müvafiq qətnamələrinə və ATƏT-in sənədlərinə uyğun olaraq Azərbaycanın işğal altındakı ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını qətiyyətlə tələb etməlidir. Bu, baş verərsə, münaqişənin siyasi həlli mümkün ola və regionda davamlı sülh bərpa edilə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video