Alternative content

23:48 27 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Anar Eyvazov: Ermənistan silahlı qüvvələrinin bölmələri humanitar atəşkəs rejimini dəfələrlə kobud şəkildə pozub
Anar Eyvazov: Ermənistan silahlı qüvvələrinin bölmələri humanitar atəşkəs rejimini dəfələrlə kobud şəkildə pozub
ANA SƏHİFƏ / SİYASƏT
20:29 27.10.2020
 
Ötən müddət ərzində humanitar atəşkəs rejimini dəfələrlə kobud şəkildə pozan Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusunun mövqelərini, o cümlədən Zəngilan rayonunun Ağbənd kəndi istiqamətindəki ərazilərimizi müxtəlif silahlardan atəşə tutub.

AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov oktyabrın 27-də Hərbi İnformasiya Mərkəzində Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə deyib.

Anar Eyvazov qeyd edib ki, vəziyyəti daha da gərginləşdirmək istəyən düşmən yaylım atəşli reaktiv sistemlərdən və artilleriya qurğularından istifadə etməklə cəbhəboyu bölgəyə yaxın bir sıra yaşayış məntəqələrimizə də atəş zərbələri endirib. Cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində hücum etməyə cəhd edən düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

Keçirilən adekvat tədbirlər nəticəsində düşmən diviziyalarından birinin qərargah rəisi daxil olmaqla xeyli sayda canlı qüvvəsi, bir tankı, dörd artilleriya qurğusu, "Osa” tipli zenit raket kompleksi, "Qrad” tipli yaylım atəşli reaktiv sistemi, radiolokasiya stansiyası və altı avtomobil texnikası və diviziyasının əsas komanda məntəqəsi bölmələrimiz tərəfindən məhv edilib. Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

Müdafiə Nazirliyinin mətbuat katibi bildirib ki, Ermənistan ərazisini guya pilotsuz uçuş aparatı və raket-artilleriya sistemlərindən atəşə tutmağımız barədə düşmənin yaydığı məlumat növbəti dezinformasiyadır. Yeni humanitar atəşkəs rejiminə tam riayət edən bölmələrimiz bütün cəbhə boyu düşmənin törətdiyi təxribatlara təmkinlə yanaşaraq yalnız adekvat tədbirlər görür.

"Ermənistan cəbhənin müxtəlif istiqamətləri, xüsusilə də bərpa edilmiş dövlət sərhədləri üzrə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə hesablanmış təxribatçı hərəkətlərinə son qoymalıdır. Ermənistan rəhbərliyi dərk etməli və hesablaşmalıdır ki, bərpa edilmiş dövlət sərhədləri artıq münaqişə bölgəsi deyil və Azərbaycanın tam hüquqlu suveren ərazilərini müəyyən edən, beynəlxalq birlik tərəfindən tanınan dövlət sərhədidir. Dövlət sərhədinin toxunulmazlığı təmin edilməlidir. Bu istiqamətdə baş verən istənilən təxribat ərazi bütövlüyümüzə təcavüz kimi dəyərləndirilir. Bu baxımdan bir daha bəyan edirik ki, Azərbaycan öz ərazilərinə təhdid edən istənilən legitim hərbi hədəfləri yerləşdiyi ərazidən asılı olmayaraq məhv etmək hüququna malikdir”, - deyə Anar Eyvazov vurğulayıb.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM