Alternative content

00:29 28 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:26 28.11.2020 BİLDİRİŞ
00:23 28.11.2020 BİLDİRİŞ
00:23 28.11.2020 BİLDİRİŞ
00:23 28.11.2020 BİLDİRİŞ
00:23 28.11.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vətəndaşların nəzərinə! “WhatsApp” üzərindən “fişinq” kampaniyaları həyata keçirilir
Vətəndaşların nəzərinə! “WhatsApp” üzərindən “fişinq” kampaniyaları həyata keçirilir
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:34 27.10.2020

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vətəndaşları "WhatsApp” üzərindən məşhur şirkətlərin adından həyata keçirilən "fişinq” kampaniyaları barədə xəbərdar edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, kiberdələduzlar istifadəçiləri "tələ”yə salmaq məqsədilə onlara "WhatsApp” üzərindən "Adidas” və digər məşhur şirkətlərin adından "spam” mesajlar göndərərək həmin şirkətlərin yubileyi münasibətilə pulsuz məhsulların paylandığını bildirirlər. Hədiyyəni əldə etmək üçün istifadəçidən keçidə daxil olaraq anketi doldurması istənilir. Məlumata etimad edərək keçidə daxil olan istifadəçi həmin şirkətin rəsmi səhifəsinə oxşar saxta səhifəyə yönləndirilir.

Bununla yanaşı, istifadəçidən, həmçinin mobil nömrəsini daxil etməklə həmin mesajı nömrə siyahısında olan 20 "WhatsApp” istifadəçisinə göndərməsi tələb olunur.

Kiberdələduzların məqsədi saxta reklam baxışları toplamaqla "asan” yolla gəlir əldə etmək, istifadəçiləri üçüncü tərəf tətbiqləri yükləməyə vadar etmək və fərdi məlumatları ələ keçirməkdir.

Bu cür kiberhücumlardan qorunmanın ilk üsulu alınan hər mesaja şübhə ilə yanaşmaq, cəlbedici vədlərə aldanaraq ani hərəkət etməmək və məlumatın düzgünlüyünü fərqli əlaqə vasitələrindən istifadə etməklə yoxlamaqdır.

Vətəndaşlardan xahiş olunur ki, hər hansı şirkət, qurum və ya təşkilat adından bu kimi məlumatlar aldıqda, ilk öncə həmin müəssisə ilə əlaqə saxlayaraq və ya veb-brauzerdə açılan yeni səhifədə onun rəsmi saytına daxil olaraq məlumatın düzgünlüyündən əmin olsunlar. Həmçinin hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda "www.cert.az” saytı və ya "[email protected]” elektron poçt ünvanı vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM