Alternative content

02:24 30 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:18 29.11.2020 DƏMİR YUMRUQ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin iclasında Xocavənd rayonunun Vəng kəndinin Çinarlı adlandırılması təsdiqlənib
Milli Məclisin iclasında Xocavənd rayonunun Vəng kəndinin Çinarlı adlandırılması təsdiqlənib YENILƏNİB
ANA SƏHİFƏ / PARLAMENT
11:19 27.10.2020

Oktyabrın 27-də Milli Məclisin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli aparıb. Birinci vitse-spiker bildirib ki, oktyabrın 26-da Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına növbəti müraciət edib. Bu müraciət xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. Müraciətdə dövlətimizin başçısı, eyni zamanda, Dağlıq Qarabağın böyük yaşayış massivlərindən biri olan Qubadlı şəhərinin işğaldan azad edildiyini bəyan edib. Əli Hüseynli bu münasibətlə Milli Məclisin adından xalqımızı təbrik edib.

Parlamentin Sədrinin birinci müavini bildirib ki, bu dövr ərzində deputatlar baş verən hadisələrlə bağlı həqiqətləri və dövlətimizin mövqeyini həm mediada, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlarda aydın şəkildə geniş ictimaiyyətə çatdırıblar. Qeyd edilib ki, komitə sədrlərinin iclaslarında Milli Məclisin Sədri Sahibə Qafarova deputatların bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib, təşəkkürünü ifadə edib.

Sonra Əli Hüseynli gündəliyə 8 məsələnin daxil edildiyi diqqətə çatdırıb.

Gündəliyə münasibət bildirildikdən sonra deputatlar cari məsələlər barədə fikirlərini bölüşüblər.

Komitə sədrləri Zahid Oruc, Hicran Hüseynova, deputatlar Fazil Mustafa, Soltan Məmmədov, Aqiyə Naxçıvanlı, Müşfiq Cəfərov, Kamilə Əliyeva, Fəzail Ağamalı, Kamal Cəfərov, Anar İsgəndərov, Azay Quliyev çıxışlarında bildiriblər ki, bu gün Azərbaycan cəmiyyətində əsas məsələ birlik modelinin inkişaf etdirilməsidir. Bunun əsas memarı isə Prezident İlham Əliyevdir. Onun hər bir çıxışı Azərbaycan cəmiyyətinin daha mobil şəkildə müharibəyə səfərbər olmasına, torpaqların işğaldan azad edilməsinə yönəlib. Qeyd edilib ki, bu hərəkatda parlament də öz üzərinə düşən vəzifələri uğurla yerinə yetirir.

Diqqətə çatdırılıb ki, bu gün xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz ərazi bütövlüyü, suverenliyi, haqq-ədalət uğrunda təkbaşına mübarizə aparır. İşğalçı Ermənistan isə beynəlxalq qurumlar və müxtəlif maraqlı dairələr tərəfindən istər maddi, istərsə də silah-sursatla cəhətdən dəstəklənir.

Çıxışlarda ATƏT-in Minsk qrupunun heç bir nəticə verməyən fəaliyyətinə də münasibət bildirilib. Qrupun həmsədri olan Fransanın bu məsələdə mövqeyi, o cümlədən fransalı parlamentarilərin Ermənistana səfərləri təəssüflə qeyd olunub və pislənilib. Bildirilib ki, bu gün Azərbaycan, eyni zamanda, siyasi və diplomatik müstəvilərdə mübarizə aparır. Ölkə Prezidentinin xalqa müraciətləri, qətiyyətli çıxışları, Azərbaycan əsgərinin ərazi bütövlüyümüzün bərpası uğrunda qəhrəmancasına mübarizəsi buna parlaq misaldır.

Sonra gündəliyə daxil olan qanun layihələrinin müzakirəsinə başlanılıb.

"Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi barədə əvvəlcə Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib. Qeyd edilib ki, Ermənistan torpaqlarımızı işğal etməklə, xalqımıza qarşı soyqırımı törətməklə yanaşı, yerli toponimləri də dəyişdirməklə çoxsaylı cinayətlər törədib. Ermənistan tərəfindən Qərbi Azərbaycan və Dağlıq Qarabağ ərazisində 700-dən çox rayon, şəhər, qəsəbə və kəndin, həmçinin bir çox tarixi və mədəni abidələrin adları dəyişdirilib. Hazırda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpası istiqamətində əməliyyatlar davam edir. Bu əməliyyatlar nəticəsində azad edilmiş torpaqlarda yaşayış məntəqələrinin tarixi adlarının qaytarılması sahəsində zəruri işlər həyata keçirilir. Yer adlarımızla bağlı erməni saxtakarlığı aradan qaldırılır. Bu məsələ böyük siyasi, hüquqi və mənəvi əhəmiyyət daşıyır.

Komitə sədri diqqətə çatdırıb ki, coğrafi şəraitinə görə Qarabağın, o cümlədən Xocavənd rayonunun ərazisində Çinar ağacları geniş yayılıb. Bu baxımdan Xocavənd rayonunun Vəng kəndinin adının dəyişdirilərək Çinarlı qoyulması məntiqlidir. Buna uyğun olaraq, Prezident İlham Əliyev tərəfindən təqdim edilən layihədə Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbəsi inzibati ərazi dairəsi tərkibindəki Vəng kəndinin Çinarlı adlandırılması təklif olunur. Bildirilib ki, məsələyə Toponimiya komissiyasında da baxılıb və müsbət dəyərləndirilib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

"Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov təqdim edib.

Bildirilib ki, müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olan vətəndaşlar bir qayda olaraq dövlət sirrinin daşıyıcıları olurlar. Qanuna ediləcək dəyişiklikdən əvvəl vətəndaş könüllü olaraq zabit kimi xidmətə qəbul edildikdə 1 il 6 ay xidmətdən sonra həmin xidmətdən tərxis ola bilirdi. Təklif olunan dəyişikliyə əsasən, həmin şəxslər qiymətləndirmə yolu ilə birbaşa kadr zabit heyətinə keçirilirlər və yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etdikdən sonra ehtiyata buraxıla bilərlər. Qeyd edilib ki, layihəyə birinci və ikinci oxunuşlarda heç bir əlavə və təklif olmayıb.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

"Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi barədə ikinci oxunuşda Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev danışıb. Diqqətə çatdırılıb ki, qanunun müvafiq maddələrinə "xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası” anlayışının daxil edilməsi, eyni zamanda, "xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” ifadəsinin "xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” ifadəsi ilə əvəz edilməsi təklif olunur. Bu dəyişiklik nəticəsində ali təhsil diplomlarının tanınması proseduru təkmilləşdiriləcək, tanınan sənədlərin əhatə dairəsi genişləndirilərək ali təhsilə aid olan və ya ali təhsilə qəbul olunmaq imkanı verən subbakalavr diplomlarının da tanınma imkanı və proseduru yaradılacaq.

Qeyd edilib ki, xarici ölkələrin səlahiyyətli orqanları tərəfindən verilmiş subbakalavr diplomlarının tanınması ilə xaricdə bu təhsili almış vətəndaşlarımızın, həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslərin təhsillərini ölkəmizdə növbəti pillələrdə davam etdirmək imkanları yaranacaq.

Deputatlar Rauf Əliyev, İltizam Yusifov, Etibar Əliyev, Sabir Rüstəmxanlı, Aqiyə Naxçıvanlı dəyişikliklərin əhəmiyyəti barədə fikirlərini söyləyiblər.

Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda təsdiq edilib.

"Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini də ikinci oxunuşda Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev təqdim edib. Bildirilib ki, qanun layihəsi "Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğun olaraq hazırlanıb və terminologiyanın eyniləşdirilməsi məqsədi daşıyır. Dəyişikliyə görə, əsas anlayışların mənaları göstərilən maddədə "kvalifikasiya” anlayışında dəqiqləşdirmə aparılıb. Yeni varianta əsasən, şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunun dövlət təhsil sənədi ilə təsdiq edilməsinə kvalifikasiya deyilir.

Deputat Afət Həsənova çıxış edərək qanun layihəsinin təhsillə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə xidmət etdiyini söyləyib. Peşə təhsili sistemində bir sıra məsələlərə toxunub.

Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Torpaq Məcəlləsində, Mülki Məcəlləsində, "Torpaq islahatı haqqında”, "Torpaq bazarı haqqında”, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, "Dövlət rüsumu haqqında”, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev tərəfindən təqdim edilib.

Bildirilib ki, layihə "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli Qanununun icrası məqsədilə hazırlanıb. Belə ki, Mülki Məcəlləyə əsasən, girov və ipoteka eyni hüquqi yükə malik olmaqla, hər ikisi əşya hüquqlarının məhdudlaşdırılmasının formalarıdır. Lakin daşınar əşyalara münasibətdə girov, daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara münasibətdə isə ipoteka terminindən istifadə edilir. Bu məqsədlə Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Torpaq Məcəlləsində, "Torpaq islahatı haqqında”, "Torpaq bazarı haqqında” və "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunlarda "girov” sözünün "ipoteka” sözü ilə əvəz edilməsi təklif olunur.

Qeyd edilib ki, Mülki Məcəllənin 135.4-cü maddəsinə uyğun olaraq Torpaq Məcəlləsinin 4-cü maddəsinin 4-cü hissəsi yeni redaksiyada verilir. Təklifə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr hər biri daşınmaz əmlak olduğundan Mülki Məcəllənin 139-1.1.5-ci maddəsində müvafiq dəyişiklik edilib.

"Torpaq bazarı haqqında” Qanuna təklif olunan dəyişikliyə əsasən, ipoteka qoyulmuş torpaqların bazara çıxarılmasının xüsusiyyətləri "İpoteka haqqında” Qanuna uyğun olaraq tənzimlənəcək. "İpoteka haqqında” Qanunda ipotekaya qoyulmuş daşınmaz əmlakın satışının qaydaları daha əhatəli tənzimləndiyinə görə hər iki qanun arasında uzlaşdırma aparılıb.

Mülki Məcəllənin 135.4-cü maddəsinə uyğun olaraq "Dövlət rüsumu haqqında”, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunlarda da terminologiyanın eyniləşdirilməsi ilə bağlı müvafiq dəyişikliklər təklif olunur. Deputat Sabir Rüstəmxanlı sənədə münasibət bildirib.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Bildirilib ki, birinci oxunuşda təqdim olunan layihə "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli Qanununun icrası ilə əlaqədar hazırlanıb. Sənədə əsasən, Əmək Məcəlləsinə işçinin hüquqları və işəgötürənin vəzifələri sırasına işçilərin icbari tibbi sığortası ilə bağlı məsələlərin daxil edilməsi nəzərdə tutulub. Dəyişikliyə görə, əmək müqaviləsində, həmçinin işçinin icbari tibbi sığortalanması barədə müvafiq məlumatlar əks olunmalıdır.

Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin maliyyələşdirilməsi "Tibbi sığorta haqqında” Qanunun tələblərinə uyğunlaşdırılır.

Qanun layihəsi birinci oxunuşda təsdiq olunub.

İclasda "Hərbi qulluqçuların statusu haqqında”, "Əhalinin sağlamlığının qorunması haqqında”, "Yol hərəkəti haqqında”, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, "Avtomobil yolları haqqında”, "Özəl tibb fəaliyyəti haqqında”, "Dövlət qulluğu haqqında”, "Psixiatriya yardımı haqqında”, "Onkoloji yardım haqqında” və "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov çıxış edib.

Diqqətə çatdırılıb bu qanun layihəsi də "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2019-cu il 3 dekabr tarixli Qanunun icrası ilə əlaqədar hazırlanıb.

Bildirilib ki, tibbi sığortaya keçidlə əlaqədar icbari tibbi sığorta olunanlara tibbi yardım xidmətlər zərfində nəzərdə tutulduğu hallarda icbari tibbi sığorta haqları hesabına, digər hallarda isə dövlət büdcəsi hesabına göstəriləcək. Hazırda vətəndaş üçün pulsuz tibbi yardım kimi görünsə də, həmin yardımın dəyəri tibb müəssisəsinə dövlət büdcəsi hesabına ödənilir. Tibbi sığortanın tətbiqi isə tibb müəssisələrinin və tibbi yardımın maliyyələşdirilməsinin qaydasını da dəyişmiş olur.

Qeyd edilib ki, "Hərbi qulluqçuların statusu haqqında” Qanuna təklif olunan dəyişikliyə əsasən hərbi qulluqçulara tibbi yardımın (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) mülki tibb müəssisələrində icbari tibbi sığorta vəsaitləri hesabına, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına isə dövlət büdcəsi hesabına göstərilməsi təsbit edilir.

"Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna edilən dəyişikliyə əsasən, dövlət tibb müəssisələrində tibbi xidmətin maliyyə mənbələri, eləcə də ayrı-ayrı əhali qruplarının dövlət tibb müəssisələrində tibbi yardım almasının maliyyə əsasları "Tibbi sığorta haqqında” Qanuna uyğun olaraq dəqiqləşdirilir.

Nəzərə çatdırılıb ki, özəl tibb müəssisələrinin tibbi sığorta sisteminə qoşulmasından asılı olmayaraq, vətəndaşlara təcili tibbi yardımın göstərilməsi üçün bu xidmətlərin haqqı müəyyən olunmuş tariflərlə icbari tibbi sığorta vəsaitləri hesabına onlara ödəniləcək. Bu da əhaliyə təcili tibbi yardımın istənilən tibb müəssisəsində göstərilməsi imkanını artıracaq.

Sənəddə adları çəkilən digər qanunlarda uyğunlaşdırma, terminologiyanın dəqiqləşdirilməsi məqsədilə dəyişikliklər təklif olunur.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

"Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi (birinci oxunuş) barədə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib.

Diqqətə çatdırılıb ki, "Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamı ilə maliyyə xidmətləri bazarında, o cümlədən sığorta bazarında tənzimləmə və nəzarət səlahiyyətləri Azərbaycan Respublikasının Mərkəzi Bankına verilib. Buna uyğun olaraq, "Tibbi sığorta haqqında” qanunun 7.2-ci maddəsinə müvafiq dəyişiklik edilib. Dəyişikliyə əsasən, sığortaolunanların könüllü tibbi sığorta ilə bağlı mənafeyini Azərbaycan Respublikasının Mərkəzi Bankı, sığortaçılar, həmkarlar ittifaqı təşkilatları və digər ictimai birliklər müdafiə edir.

Qanuna təklif olunan digər dəyişiklik bəzi maddələrdə "səhiyyə xidməti” sözlərinin "tibbi-sanitariya yardımı” ifadəsi ilə əvəz edilməsi ilə əlaqədar. Dəyişiklik "Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna uyğun olaraq edilib.

Qanun layihəsi birinci oxunuşda təsdiqlənib.

Bununla da Milli Məclisin iclası başa çatıb.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM