Alternative content

15:56 24 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Karantin rejiminin tələblərinə ciddi əməl edilməlidir
Karantin rejiminin tələblərinə ciddi əməl edilməlidir
ANA SƏHİFƏ / CƏMİYYƏT
01:04 27.10.2020


Martın 11-dən pandemiya elan edilən koronavirus - COVID-19 planetin hər yerində tüğyan etməkdə davam edir. Ümumdünya Səhiyyə Təşkilatının səlahiyyətli nümayəndələri isə qarşıdakı dövrdə vəziyyətin daha da pisləşəcəyinə dair açıqlamalar verir, ölkələri təhlükənin qarşısını almaq üçün daha effektiv mübarizə yolları axtarmağa çağırır. Yoluxma sayı ilə bağlı statistika isə hər ötən gün artaraq sürətlə 50 milyona yaxınlaşır.

Son günlər ölkəmizdə də koronavirusa yoluxma halları ilə bağlı kəskin artım müşahidə olunmaqdadır. Artıq gündəlik yoluxma sayı 900-ü keçir.

Təbii ki, yumşaldılmalardan sonra yoluxmanın artmasının müşahidə olunacağı gözlənilən idi, amma əsas səbəb qaydalara ciddi riayət edilməməsi kimi faktorlardan qaynaqlanır. Eyni zamanda bu da reallıqdır ki, son bir ayda hər kəsin diqqəti, fikri ön cəbhəyə, Azərbaycanın haqq savaşına yönəldiyi üçün koronavirus adlı təhlükə sanki yaddan çıxdı. Ön cəbhədə ordumuzun uğurlu əməliyyatları və qələbələri arxa cəbhədəki düşmənin aktuallığını itirdi. Vətəndaşlarda virusa laqeydliyin yaranması, xüsusi karantin rejiminə, gigiyena qaydalarına riayət olunmaması, maskadan istifadənin azalması, məsafə saxlanmaması çətinliklə əldə olunmuş müsbət dinamikanın yenidən itirilməsinə və xəstəliyin sürətlə yayılmasına rəvac verdi.


Virusun yayılmasına şərait yaratmayaq


Buna görə də oktyabrın 24-dən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən karantin qaydaları yenidən sərtləşdirilib.

COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, eləcə də yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla bəzi şəhər və rayonlara giriş-çıxış dayandırılıb. Eyni zamanda, həftəsonları ictimai nəqliyyatın hərəkəti də dayandırılıb.

Qurum vətəndaşları COVID-19 virusu ilə mübarizə sahəsində mövcud karantin tələblərinə riayət etməyə, eləcə də qoruyucu maskalardan və digər zəruri tibbi-profilaktik vasitələrdən istifadə etməyə, ictimai yerlərdə kənar şəxslərlə minimum ünsiyyətdə olmağa çağırıb.

Səhiyyə Nazirliyinin Baş infeksionisti Təyyar Eyvazov xəbərdarlıq edib ki, yoluxma artarsa, daha ciddi tədbirlər görülə bilər: "Bir neçə ay əvvəllə müqayisədə koronavirusa yoluxanların sayında ciddi artım müşahidə edilir. Havanın temperaturunun dəyişkən olması, nisbətən soyuq hava şəraiti ilə bağlı insanların qapalı məkanlara toplaşması, məkanlarda pəncərələrin qapalı saxlanması və digər səbəblər virusun yayılmasını sürətləndirir. Yoluxma sürəti belə davam edərsə, karantin qaydaları daha da sərtləşdirilə bilər”.

Təyyar Eyvazovun sözlərinə görə, COVID-19-a yoluxanların sayının dəfələrlə artması ordumuza da sirayət edə bilər. Belə olacağı təqdirdə ordumuz bir deyil, iki düşmənlə mübarizə aparmaq məcburiyyətində qalacaq. Hər kəs cəbhədəki hərbçilərimizin sağlamlığını düşünərək bu məsələdə diqqətli olmalıdır.

T. Eyvazov əlavə edib ki, bu infeksiyaya qalib gəlmək üçün hər kəsin əməl edə biləcəyi qaydalar var və onlara əməl edilərsə, yoluxma sayı minimuma enər.


İnfeksiyanın yayılmasında uşaqlar da ciddi rol oynayırlar


Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev söyləyib ki, bəzi hallarda insanların məsafə saxladığına görə tibbi maska taxmaması, eləcə də maska taxdığına görə məsafə saxlamaması düzgün yanaşma deyil: "Hər kəs bilməlidir ki, tətbiq olunan qaydaların hamısına tam əməl edilməlidir. Tibbi maskadan istifadə, məsafə saxlanılması, gündəlik canlı təmasların mümkün qədər minimuma endirilməsi, qapalı otaq şəraitində iştiraklardan maksimum imtina edilməsi mütləq riayət olunmalı qaydalardır. Hətta açıq havada da olsa belə bir yerə toplaşmaq, cəmləşmək yoluxmalara səbəb olur”.

Azərbaycanlı alim vurğulayıb ki, valideynlər özləri ilə yanaşı, uşaqlarını da virusdan qorumalıdırlar. Virusun yayılmasında böyüklərlə yanaşı, uşaqlar da ciddi rol oynayırlar. Bununla yanaşı, yaşından asılı olmayaraq, hər bir şəxsin əllərini təmiz saxlaması çox önəmlidir. Çünki virus 15 faizə qədər səthi təmaslardan yayıla bilir.

Əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövləti üçün prioritet vəzifədir və qəbul edilən bütün qərarlar da məhz buna hesablanıb. Vətəndaşlar isə qoyulan qaydalara məsuliyyətlə əməl edərək görülən tədbirlərin effektivliyini təmin etməlidir. Bununla həm də ordumuza ən böyük dəstəyimizi vermiş oluruq. Virusun geniş yayılmaması üçün üzərimizə düşən məsuliyyəti unutmamalı, xüsusi karantin rejiminin qaydalarına riayət etməli, maska taxmalı, şəxsi gigiyenanı gözləməliyik.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM