Alternative content

11:56 29 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:18 29.11.2020 DƏMİR YUMRUQ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü Britaniya parlamentinin İcmalar və Lordlar palatalarında müzakirə olunub
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü Britaniya parlamentinin İcmalar və Lordlar palatalarında müzakirə olunub
ANA SƏHİFƏ / SİYASƏT
21:58 26.10.2020

Sentyabrın 27-dən Ermənistanın Azərbaycan silahlı qüvvələrinin mövqelərinə və mülki yaşayış məntəqələrinə qarşı başlatdığı növbəti təcavüz nəticəsində gərginləşmiş hərbi vəziyyətlə əlaqədar məsələlər Britaniya Parlamentinin İcmalar və Lordlar palatalarında müxtəlif səviyyələrdə müzakirəyə çıxarılıb. Britaniya hökumətinin məsələlərə dair münasibətinin öyrənilməsi məqsədilə irəli sürülən yazılı və şifahi suallar, eləcə də geniş debat şəklində baş tutmuş müzakirələrdə parlamentin Azərbaycan qrupunun rəhbərliyi və üzvləri xüsusi fəallıq göstərərək, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin qeyri-qanuni işğalı, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunan məlum qətnamələrinin yerinə yetirilməməsi, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın cəbhəyanı mülki yaşayış məntəqələrinə, xüsusilə də münaqişə zonasından uzaqda yerləşən Gəncə şəhərinə qarşı dinc insan tələfatı ilə nəticələnmiş raket hücumları, ölkəmizin beynəlxalq əhəmiyyətli enerji infrastrukturuna qarşı hücumlar barədə öz həmkarlarını məlumatlandırıb, Azərbaycanı dəstəkləyən bəyanatlarla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, indiyədək parlamentin İcmalar Palatasında Azərbaycanın maraqlarına cavab verən 2 ilkin qanunvericilik təşəbbüsü irəli sürülüb, Azərbaycan qrupunun rəhbərliyi və üzvləri, eləcə də ölkəmizə dəstək verən digər parlamentarilər tərəfindən parlamentin üzvlərinə və Xarici İşlər Nazirliyinin rəhbərliyinə çoxsaylı məktublar təqdim edilib, bəyanatlar səsləndirilib. Həmçinin hər iki palatada hökumətə Azərbaycanın mövqeyinə dəstək ifadə olunan çoxsaylı yazılı və şifahi suallar ünvanlanıb.

Bununla yanaşı, münaqişəyə dair mövqeyi özünün dar dini görüşlərinə söykənən, dəfələrlə Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlər etməsi ilə öyünən, nəinki beynəlxalq norma və prinsiplərə, həmçinin vətəndaşı olduğu Britaniyanın münaqişəyə dair məlum mövqeyinə hörmətsizlik nümayiş etdirən Baronessa Koks başda olmaqla, bir neçə parlamentari tərəfindən hökumətə münaqişənin mahiyyətinə uyğun olmayan, Ermənistanın işğalçı mahiyyətini gizlətməyə xidmət edən əlaqəsiz suallar ünvanlanıb. Bütün cəhdlərə baxmayaraq, Britaniya Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri tərəfindən verilən cavablarda hökumətin münaqişəyə dair məlum mövqeyi bir daha təsbit edilib, münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində həllinin zəruriliyi vurğulanıb.

Oktyabrın 7-də Lordlar Palatasında 10-a yaxın üzvün iştirakı ilə keçirilən debatda Britaniya rəsmisi Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin Britaniya tərəfindən açıq-aydın dəstəkləndiyini vurğulayıb.

Oktyabrın 21-də Baronessa Koksun Fransa Milli Assambleyasında qondarma separatçı rejimin tanınmasına dair təşəbbüsə istinad edən və bənzər təşəbbüsün Britaniyada irəli sürülməsi imkanlarına dair sualını cavablandıran hökumət rəsmisi qondarma separatçı rejimin tanınması ilə bağlı Krallıq hökuməti tərəfindən birmənalı şəkildə heç bir təşəbbüsün olmayacağını qeyd edib, bir daha münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində tənzimlənməsinin vacibliyini vurğulayıb.

Bütün bunlar ermənipərəst, Ermənistanın işğalçılıq siyasətinə don geyindirməyə çalışan parlamentarilərin cəhdlərinin boşa çıxdığını göstərir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM