21:27 12 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Filippində on minlərlə adam təxliyə olundu
ANA SƏHİFƏ / DÜNYA
17:44 26.10.2020

"Molave"qasırğası üzündən Filippinin paytaxtı Manilanın ətraf rayonlarından azı 25 min nəfər təxliyə olunub.

Tayfun Manilanın cənub rayonlarında müşahidə olunur. Küləyin sürəti saatda 125 kilometrdən çoxdur.

Qurbanlar barədə məlumat daxil olmayıb. Lakin Batangas şəhərinin sahilləri yaxınlığında qayığın su altında qaldığı bildirilir . Nəticədə azı bir nəfər itkin düşüb, yeddi nəfər xilas ola bilib.

Mülki müdafiə qüvvələrinin məlumatına görə, "Molave" kəndlərdə dağıntılara və daşqınlara gətirib çıxarıb. Azı 25 min nəfər təxliyə edilib . 20 min nəfər məktəblərdə və digər inzibati binalarda yerləşdirilib.

Leysan yağışları kənd təsərrüfatı bitkilərinin tam yararsız vəziyyətə düşməsinə səbəb olub, külək ağacları və elektrik dirəklərini söküb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM