25 Oktyabr 2020 14:10
546
SİYASƏT
A- A+

İndoneziya parlamenti bir daha Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarından çıxmasını tələb edir


İndoneziya parlamentinin nümayəndələr palatasının parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Fadli Zon Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazılı bəyanatla çıxış edib.

AZƏRTAC xəbər verir ki, İndoneziya parlamentinin rəsmi internet səhifəsində yerləşdirilmiş bəyanatda F.Zon Azərbaycanın Dağlıq Qarabağ bölgəsində münaqişənin yenidən alovlanmasının narahatlıq doğurduğunu və çox sayda insanın həlak olması faktını nəzərə alaraq, hər iki ölkəni atəşkəs razılaşmasına sadiq qalmağa çağırıb.

F.Zon iki tərəf arasında müvafiq olaraq oktyabrın 10-da və 18-də əldə olunmuş humanitar atəşkəsə toxunaraq razılaşmadan bir neçə saat sonra Ermənistanın Azərbaycanın Gəncə şəhərinə atəş açması nəticəsində 13 mülki şəxsin həlak olması, 50 nəfərin isə yaralanması ilə bağlı təəssüf hissi keçirdiyini əlavə edib. Atəşkəs razılaşmasının pozulmasının iki ölkə arasındakı münaqişənin gələcək həllini təhdid etdiyini bildirən F.Zon münaqişənin beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslanan dialoq çərçivəsində həllinə çağırıb. Komitə sədri beynəlxalq ictimaiyyəti, xüsusilə BMT-ni atəşkəsin əldə edilməsində fəal olmağa dəvət edib və BMT-nin bununla bağlı kifayət qədər iş görə bilmədiyini təəssüflə qeyd edib.

Eyni zamanda, F.Zon BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrinin və BMT Baş Assambleyasının A/RES/62/243 saylı qətnaməsinin təcili yerinə yetirilməsinin vacibliyini vurğulayıb. O bildirib: "BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri açıq şəkildə erməni silahlı qüvvələrinin Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir”. Bununla yanaşı, komitə sədri ATƏT-in münaqişənin həlli istiqamətində vasitəçiliyinin əhəmiyyətinə toxunaraq Minsk qrupu çərçivəsində məhsuldar dialoqun yenidən başlamasının vacibliyini qeyd edib.

F.Zon bir daha münaqişənin beynəlxalq hüququn normalarına, xüsusilə hər bir dövlətin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipinə uyğun olaraq həll edilməli olduğunu deyib: "Azərbaycan da daxil olmaqla, hər hansı dövlətin suverenliyinə və ərazi bütövlüyünə qarşı təcavüz qəbuledilməz və əsassızdır”.

Xatırladaq ki, bu, İndoneziya parlamentinin nümayəndələr palatasının parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Fadli Zon tərəfindən sentyabrın 27-dən Ermənistanın Azərbaycana qarşı təxribatları ilə bağlı verilmiş sayca ikinci bəyanatdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video