08:18 11 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qəbələdə əsas kapitala yönəldilən investisiyanın həcmi 2,3 dəfə artıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:35 25.10.2020


Bu ilin yanvar-sentyabr aylarında Qəbələ rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 74 milyon 929,5 min manat investisiya yönəldilib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur. İnvestisiyaların 74 milyon 443,5 min manatı və ya 99,3 faizi tikinti işlərinə sərf edilib.

Bu barədə AZƏRTAC-a Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, əsas kapitala yönəldilən investisiyaların 71 milyon 74,7 min manatı və ya 94,8 faizi dövlət, 3 milyon 854,8 min manatı və ya 5,2 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Doqquz ayda rayonda vətəndaşlar tərəfindən ümumi sahəsi 5 min 870 kvadratmetr, dəyəri 8 milyon 640 min manat olan 55 fərdi yaşayış evi inşa edilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM