Alternative content

05:16 29 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:18 29.11.2020 DƏMİR YUMRUQ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İndi bütün Azərbaycan hünər meydanıdır
İndi bütün Azərbaycan hünər meydanıdır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:33 25.10.2020


30 ilə yaxın idi ki, Qarabağ erməni işğalçılarının tapdağı altındaydı. Münaqişənin sülh yolu ilə həll edilməsi üçün ATƏT-in Minsk qrupu yaradılsa da, onun həllində heç bir irəliləyişə nail olunmamışdı. Doğrusu, məsələnin həlli bu üçlüyün səlahiyyətləri və iradələri çərçivəsində də deyildi, çünki onların işi "vasitəçilik” etmək olub.

Lakin səbrin də həddi var. Ermənistanın baş naziri Nikol Paşinyanın "Dağlıq Qarabağ Ermənistandır, nöqtə” deməsi məsələnin danışıqlar yolu ilə həll edilməsinə nöqtə qoydu. İndi söz rəşadətli Ordumuzundur. Əsgərlərimizlə birlikdə bütün xalqımız qanımıza susamış yağı düşmənlə mübarizə yox, artıq müharibə aparır və bu ölüm-dirim savaşında biz heç vaxt olmadığı kimi bir və həmrəyik.

Bu gün hər kəs ordumuz, əsgərlərimiz, qələbəmiz haqqında fikirləşir. Gənclərimiz qələbəmizi təmin etmək üçün könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli rayon şöbələrinə müraciət edirlər. Təkcə gənclər deyil, ahıllar belə, döyüşə atılmağa hazır olduqlarını bildirirlər. Hamı istəyir ki, bacardığı qədər ordumuza kömək etsin. Analar haqq savaşında qələbə çalmağımız üçün dualar edir, qurbanlar deyirlər.

Cəbhədən gələn xoş xəbərlər isə ürəkləri sevindirir. İşğaldan azad olunan şəhər, qəsəbə və kəndlərimizdə, strateji yüksəkliklərdə dalğalanan bayrağımız hər birimizi qürurlandırır. Uzun illərdən bəri suya həsrət qalmış rayonlarımızda Suqovuşanın azad edilməsi sayəsində əkin sahələri cana gəlir.

Haqq-ədalət savaşında bizə inam, güc-qüvvət verən Ali Baş Komandanımız İlham Əliyevlə həm də Türkiyə və onun Prezidenti Rəcəb Tayyib Ərdoğanın, qardaş türk xalqının hər an yanımızda olması, bizi siyasi-mənəvi baxımdan dəstəkləməsidir. Bu birlik, bu qardaşlıq azğın düşmənin, onun havadarlarının istər siyasi-diplomatik, istərsə də savaş yoluna basılmaz sədd çəkib.

İnam başladığın işi sona çatdırmağa stimul verən əsas şərt olsa da, öz-özünə yaranmır, bunun üçün ölçülüb-biçilmiş siyasət, strategiya və taktika lazımdır. Qarabağın 30 ildən çox düşmən tapdağı altında qalması hər birimizə ruhən əzab verirdi və o üzdən xalqımız bu əzabdan xilas olmağa tələsirdi. Güclü dövlətlərin qoltuğuna qısılan düşmən isə hiyləgərliyindən qalmırdı.

Amma hər şeyin öz vaxtı vardı. Nəyi nə zaman etməyi yaxşı bilən Ali Baş Komandan bu dəfə də nə qədər praqmatik və eyni zamanda qətiyyətli lider olduğunu göstərdi. Özü də təkcə göstərmədi, həm də eyni vaxtda bir neçə cəbhədə gedən mübarizənin sərkərdə kimi önündə oldu.

Bu gün qələbə müjdəli xəbərlər hər kəsin ürəyini qürur hissi ilə doldurur, sevincdən hər kəsin gözləri yaşarır. Bu hissləri bizə yaşadansa ordumuzdur. Ordumuzun güclü olması isə ölkəmizin iqtisadi gücü ilə bağlıdır. Bunu yaxşı bilən hər bir vətəndaşımız qələbəyə öz işi, əməli ilə kömək etməyə çalışır. Arxa cəbhədəki əmək coşqusu göz qabağındadır. Pambıq tarlaları, meyvə bağları, çay plantasiyaları da bu gün hünər meydanıdır. Çətin pandemiya şəraiti olmasına baxmayaraq, hər kəs çalışır ki, alın təri və min bir zəhmətlə yetişdirdii nemətləri tez, itkisiz yığıb təhvil versin. Eyni zamanda fermerlər, torpaq mülkiyyətçiləri gələn ilin məhsulu üçün toxum səpirlər, heyvandarlar mal-qaranın qışdan gümrah çıxarılması, ət-süd məhsullarının azalmaması üçün işlərini sahmana salırlar.

Biləsuvarlı fermer Lətif Cəfərov ömrünün 85 payızında da yorulmaq bilmədən çalışır. Bu il taxıl əkdiyi sahələrin hər hektarından 45 sentnerdən çox məhsul götürüb. O həm də təcrübəli pambıqçıdır. Hazırda əkib-becərdiyi pambığın yığılması ilə məşğuldur. İlin çətin gəlməsinə baxmayaraq, hər hektardan 50 sentner məhsul götürmək fikrindədir. Qabaqcıl fermer əkinçiliklə yanaşı, heyvandarlıqla da məşğuldur. Təsərrüfatında 50 başdan çox iri, 200 başdan artıq xırda mal-qarası var. Deyir ki, əsgərlərimizə ət lazım olsa, kömək etməyə hazıram, bunun üçün rayon rəhbərliyinə müraciət etmişəm.

Salyanlı iş adamı Elşad Mehdiyev, neftçalalı fermer Əlihüseyn Hacıyev, cəlilabadlı torpaq mülkiyyətçisi Rüstəm Rüstəmov, lənkəranlı çayçı-fermer Araz Yaqubov və yüzlərlə başqaları da ordumuza, əsgərlərimizə ərzaq göndərməyə hazır olduqlarını bildiriblər. Bütün bunlar sübut edir ki, belə günlərdə xalqımız bir olmağı, bir məslək, əqidə ətrafında birləşməyi bacarır. Birlik olan yerdə isə uğur, qələbə olur.

Seyran CAVADOV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM