24 Oktyabr 2020 18:58
507
SİYASƏT
A- A+

Rəcəb Tayyib Ərdoğan: Türkiyə bu günədək azərbaycanlı qardaşlarının yanında yer alıb və yer almağa davam edəcək


Türkiyə bu günə kimi azərbaycanlı qardaşlarının yanında yer alıb və bundan sonra da yer almağa davam edəcək.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının Kayseridə keçirilən konqresində söyləyib.

Ermənilərin Azərbaycan torpaqlarına hücumu ilə başlayan toqquşmaların azərbaycanlıların işğal altındakı ərazilərini azad etmək mübarizəsi olduğunu vurğulayan Ərdoğan deyib: "Evlərinə bomba düşmüş Nigar qızımızı dünən axşam televizorda izlədim. Nigar qızımız gözüyaşlı dərdlərini söyləyirdi. Biz, inşallah onları gözüyaşlı qoymayacağıq. İnanıram ki, azərbaycanlı qardaşlarımız bu mübarizədən zəfərlə çıxacaqlar”.

Türkiyə Prezidenti xatırladıb ki, Azərbaycan torpaqları işğal edilərkən, azərbaycanlı qardaşlarımız qətlə yetirilərkən gözləri və dilləri bağlı, qulaqları kar şəkildə gözləyənlər vardı. "Həmin kəslərin bu gün etdikləri "Döyüşlər dayansın” açıqlaması riyakarlığın zirvəsidir. İki dövlət, bir millət olduğumuz Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək uğrunda mübarizəsində hər cür dəstəyi verməyə davam edəcəyik”, - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video