24 Oktyabr 2020 16:55
688
SİYASƏT
A- A+

Sergey Markov: Azərbaycanın müharibədə qələbəsi yaxınlaşır


Azərbaycan Dağlıq Qarabağ müharibəsində qələbəyə yaxınlaşır.

AZƏRTAC xəbər verir ki, Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bu sözləri özünün "Facebook” səhifəsində yazıb. Politoloq qeyd edib ki, bəlkə də bir neçə saatdan sonra Azərbaycan ordusunun tutacağı mövqelər Ermənistanla Dağlıq Qarabağı cənubdan əlaqələndirən Laçın dəhlizini atəşlə bloklamağa imkan verəcək.

S.Markov yazıb: "Şimal dəhlizi təqribən bir həftə bundan əvvəl bloklanıb. Orada hər şey atəş altındadır. Azərbaycan ordusu havada tam üstünlüyə malikdir. Dağlıq Qarabağın cənub dəhlizi mühasirəyə alınandan sonra Ermənistan ordusu ümidsiz vəziyyətə düşəcək. O halda müharibənin davam etdirilməsi erməni ordusunun hərbi formasını geymiş insanları məhv etməyə bərabər olacaq. Bu, heç kimə gərək deyil. Ona görə də düşünürəm ki, bu qələbədən sonra Azərbaycan Prezidenti İlham Əliyev atəşi dayandırmağa və danışıqlara başlamağa hazır olduğunu bildirəcək”.

Onun fikrincə, bu danışıqlar artıq atəşkəs barədə deyil, sülh haqqında olacaq. Rusiyalı politoloq vurğulayıb: "Danışıqlar sülhün şərtləri barədə, Ermənistan qoşunlarının Azərbaycanın bütün ərazisindən tamamilə çıxarılması şərtləri haqqında və erməni əhalinin vəziyyəti haqqında olacaq. Həmin danışıqlarda əsas təşkilatçı və vasitəçi Rusiya olacaq. Vladimir Putinin çıxışı məhz bu barədə idi, hərçənd o vaxt bunu hamı başa düşmədi. Putin isə artıq bilirdi ki, bir neçə saatdan sonra regionda geosiyasi vəziyyət əsaslı şəkildə dəyişəcək. Azərbaycanın müharibədə qələbəsi yaxınlaşır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video