Alternative content

15:44 26 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistanın Gəncəyə raket hücumları ilə bağlı “Vikipediya”da xarici dillərdə məqalələr yaradılır
Ermənistanın Gəncəyə raket hücumları ilə bağlı “Vikipediya”da xarici dillərdə məqalələr yaradılır
ANA SƏHİFƏ / Elm və texnika
13:39 24.10.2020

Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması ilə bağlı "Vikipediya”nın xarici dil bölmələrində məqalələr yaradılır. Məqalələrdə Ermənistanın raket hücumu nəticəsində dağılmış binalar, mülki insanların və obyektlərin hədəfə alınması, həlak olanlar və yaralanlar barədə məlumat verilir.

Bu barədə AZƏRTAC-a "Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, məqalələrin yaradılmasında əsas məqsəd "Vikipediya"nın müxtəlif dillərdəki bölmələrində Ermənistanın terror siyasətini xarici oxucuların diqqətinə çatdırmaqdır. Bu işdə könüllülərin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Müasir dövrdə internet resurslarında "Vikipediya” ən çox izlənilən ensiklopediya olduğu üçün orada fəallığı artırmaq çox vacibdir. Könüllü, on altı yaşlı Ayxan Zayıdzadə Ermənistanın Gəncəyə raket hücumları ilə bağlı məqaləni "Vikipediya”nın ingilis dili bölməsində yaradıb. A.Zayıdzadə tərəfindən bu günə qədər Ermənistanın ölkəmizə hücumları ilə bağlı bir sıra məqalər yaradılıb və ya əsaslı redaktə edilib. Bu sahədə Tovuz hadisələrini, Qarabağ döyüşlərini (2020) və digər məqalələri qeyd etmək olar. O, ingilis dili bölməsində Azərbaycan, Qarabağla bağlı müzakirələrdə də fəal iştirak edir və peşəkar səviyyədə cavablar yazır. Bundan başqa, arqument və əsaslı mənbələrlə məqalənin məzmununu dəyişdirmək istəyən ermənipərəst qüvvələrə qarşı ciddi cavablar ortaya qoyur, çətin və məsuliyyətli işi uğurla yerinə yetirir. Əsas odur ki, həvəsdən düşmür.

"Eyni zamanda, "Vikipediya”nın fars dili bölməsində "Gəncə bombalanmaları" adlı məqalənin yaradılmasını prosesin tərkib hissəsi hesab etmək olar. Məqaləni fars dilinə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Beynəlxalq əlaqələr idarəsinin aparıcı mütəxəssisi Əli Şükrü çevirib. Məqalə fars bölməsində alim-tədqiqatçı Ələddin Məlikov tərəfindən yaradılıb. Qarşıda "Vikipediya"da müxtəlif dillərdə Azərbaycanın tarixi, mədəniyyəti haqqında, həmçinin haqq səsimizin əsas mənbələrlə fars dili bölməsində dolğun və düzgün məlumatlarla çatdırılması ilə bağlı fəallıq daha da artırılacaq”,- deyə Elnur Eltürk qeyd edib.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM