Alternative content

11:00 29 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:18 29.11.2020 DƏMİR YUMRUQ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vətən savaşımız pandemiyanı unutdurmamalıdır
Vətən savaşımız pandemiyanı unutdurmamalıdır
ANA SƏHİFƏ / SİYASƏT
00:39 24.10.2020


Bir ilə yaxındır ki, yeni növ koronavirus (COVID-19) dünyanın hər yerində həyatı alt-üst edib. Planetin koronavirusla bağlı hazırkı mənzərəsinə nəzər saldıqda görünür ki, aparılan mübarizə tədbirlərinə baxmayaraq, vəziyyət yenə də ürəkaçan deyil, infeksiya ağlasığmaz sürətlə yayılır, hər ötən gün virusa yoluxma sayında yeni rekord müəyyən edilir.

Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib ki, indiyə qədər dünyada ümumilikdə 41 milyondan çox yoluxma, 1 milyondan artıq ölüm hadisəsi qeydə alınıb. Bildirilir ki, gündəlik ən çox yoluxma Avropada müşahidə edilir, Şimali və Cənubi Amerika ikinci, Cənub-Şərqi Asiya isə üçüncü yerdə durur.

Ümumilikdə isə ən çox yoluxma 8 milyon nəfərdən çox olmaqla ABŞ-da qeydə alınıb. Sonrakı yerlərdə Hindistan, Braziliya, Rusiya, Argentina, İspaniya, Kolumbiya, Fransa, Peru, Meksika, İngiltərə və Cənubi Afrika gəlir.

Ermənistanda isə bütün sahələrdə olduğu kimi, pandemiya ilə bağlı vəziyyət də hər keçən gün daha da pisləşir. Artıq bu ölkədə sutka ərzində COVID-19 infeksiyasına yoluxanların sayı 2 min 5 yüz nəfər civarında olur. Ümumilikdə isə, burada koronavirusa yoluxanların sayı sürətlə 75 minə yaxınlaşır.


"Əminəm ki, biz bu vəzifənin öhdəsindən gələcəyik və bir daha sübut edəcəyik ki, gücümüz birlikdədir!”


Azərbaycanda infeksiyanın yayıldığı ilk gündən etibarən ona qarşı sistemli və genişmiqyaslı tədbirlər həyata keçirilir. İstər vətəndaşların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələlər hərtərəfli həll edilib.

Qlobal pandemiyaya qarşı düzgün strategiyanın nəticəsidir ki, ölkəmiz koronavirusun ən təhlükəli ilkin məqamlarında belə onun yarada biləcəyi mümkün fəsadlardan sığortalandı. Sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun görülən tədbirlər sayəsində COVID-19-u nəzarətolunan səviyyədə saxlamaq mümkün oldu.

ÜST nümayəndələrinin də proqnozlaşdırdığı kimi, payız-qış mövsümünün gəlməsi ilə bu təhlükəli infeksiya ikinci, üçüncü dalğaları ilə yenidən dünyanı çənginə almağa başlayıb.

Son zamanlar Azərbaycanda koronavirusa yoluxanların sayında ciddi artım müşahidə edilir ki, bu da hər birimizdə narahatlıq yaradır. Xüsusilə cəbhə bölgəsində şiddətli döyüşlərin getdiyi bir zamanda COVID-19-a yoluxanların sayının artması problemin olduqca ciddiliyini bir daha göz önünə gətirir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da "Trend” İnformasiya Agentliyinə müsahibəsi zamanı bütün vətəndaşlarımızı koronavirusun təhlükəli olduğunu unutmamağa çağırıb: "Mən sizin hər birinizi koronavirusun təhlükəli olduğunu unutmamağa, aylarla riayət etdiyimiz elementar qaydaları gözləməyə, məsafəyə riayət etməyə, həqiqətən, real zərurət olmadığı halda insanların kütləvi şəkildə toplaşdığı yerlərə getməməyə çağırıram. Bizə yaxşı məlum olan bütün bu qaydalar yoluxma riskini azaltmağa və deməli, bizi və yaxınlarımızı xəstəlikdən qorumağa kömək edər. Biz yaşlı nəslə həmişə xüsusi qayğı və hörmətlə yanaşırıq. Pandemiyanın birinci mərhələsi dövründə biz onları qayğı ilə qoruduq. Əminəm ki, indiki şəraitdə biz daha diqqətli olacağıq”.

Mehriban xanım vurğulayıb ki, bu gün, ordumuz öz tarixi missiyasını davam etdirdiyi bir vaxtda dövlətimizin, o cümlədən səhiyyə sisteminin üzərinə düşən yükü maksimum azaltmaq lazımdır: "İndi bütün resursların bizim xilaskarlıq əməliyyatı üzərində cəmləşməsi müstəsna əhəmiyyət kəsb edir. Biz arxa cəbhədə öz sağlamlığımızın qeydinə qalmaqla, sayıqlıq və intizam nümayiş etdirməklə, eyni zamanda ön cəbhədəki əsgərlərimizə kömək edir və onları qoruyuruq. Əminəm ki, biz bu vəzifənin öhdəsindən gələcəyik və bir daha sübut edəcəyik ki, gücümüz birlikdədir!”


Yoluxma sayının azalması insanların arxayınlaşmasına gətirib çıxardı


O da reallıqdır ki, son vaxtlar pandemiya ilə mübarizədə ölkəmizdə əldə olunan uğurlar cəmiyyətdə vaxtından əvvəl arxayınlıq yaradıb. Sosial məsafənin gözlənilməsi, maskadan və dezinfeksiya vasitələrindən istifadə unudulub. Elə buna görədir ki, mövcud sanitar-epidemioloji vəziyyət, koronavirusa yoluxmuş aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib. Oktyabrın 19-dan noyabrın 2-dək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunub. Dövlət qurumlarında çalışan işçilərin say həddi 30 faizədək azaldılaraq digər əməkdaşlar məsafədən iş rejiminə keçirilib. Yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin ən zəruri hallarda yaşayış yerlərini tərk etmələri tövsiyə edilib. Nazirlər Kabinetinin qərarına əsasən, noyabrın 2-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti də dayandırılıb.

Mütəxəssislər koronavirusa yoluxma sayında artımın bu cür davam edəcəyi təqdirdə məhdudiyyətlərin artırılacağını da istisna etmirlər. TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva söyləyib ki, payız-qış mövsümündə virusa yoluxanların sayında artımın gözlənildiyi barədə açıqlama verilmişdi: "Havalar hələ çox soyumayıb. Biz indi bəlkə də bunu əsas səbəb olaraq qeyd edə bilmərik. Demək, burada başqa səbəblər var. Yoluxma sayının azalması sentyabr ayından insanların arxayınlaşmasına gətirib çıxardı. Bu da yoluxma sayında artıma səbəb oldu”.


Hər iki qəddar düşmənin fürsətini kəsməyin vaxtıdır


Yuxarıda da vurğulandığı kimi, hazırda Azərbaycanda pandemiya ilə bağlı vəziyyətin ciddiləşməsinin başlıca səbəblərindən biri də Ermənistanın növbəti təxribatı nəticəsində başlanmış müharibədir. Vətən savaşımız cəmiyyətimiz üçün ciddi təhlükə olan pandemiyanı unutdurub və arxa plana keçirib. Amma bilməliyik ki, koronavirusla mübarizədə fəal olmaq, xüsusi karantin rejiminin qaydalarına riayət etmək, həm də cəbhədə döyüşən əsgərlərimizin sağlamlığı üçün vacibdir. Ordumuza dəstək vermək istəyən hər bir vətəndaş ilk növbədə əsgər və zabitlərimizin sağlamlığı haqqında düşünməli, özünü və yaxınlarını xəstəlikdən qorumaqla haqq işimizə layiqli töhfəsini verməlidir.

Unutmamalıyıq ki, virus hər yerdədir və yox olmayıb. Atdığımız hər bir addımda məsuliyyətli davranaraq özümüzü, doğmalarımızı, xalqımızı qorumalıyıq. Hamı xüsusi karantin rejiminin qaydalarına riayət etməli, maska taxmalı, şəxsi gigiyenasını gözləməlidir.

Rəşadətli ordumuz, polad iradəli oğullarımız əzmlə bizi birinci düşmənimiz ermənilərdən qoruyur, bütün təxribatlarının qarşısını alıb cəza tədbirləri görərək geri otuzdurur. Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə qalib ordumuz ana yurdumuz Qarabağda üçrəngli bayrağımızı dalğalandırır.

Biz də vətəndaş həmrəyliyi göstərərək, daha diqqətli və sərvaxt davranaraq, düşmənlərə qarşı səfərbər olmalı, birlik nümayiş etdirib hər iki qəddar düşmənin fürsətini kəsməliyik...

Yasəmən MUSAYEVA,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM