24 Oktyabr 2020 00:38
789
SİYASƏT
A- A+

14 tank, 5 PDM, 8 minaatan, 5 hərbi təyinatlı avtomobil...


Bir gün ərzində Ordumuz düşmənin onlarca hərbi texnikasını dəqiq atəşlə məhv edib və qənimət götürüb


Müzəffər Azərbaycan Ordusunun Qarabağdakı zəfər yürüşü davam edir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz yeni tarix yazır. Hər gün savaş meydanından xoş xəbərlər gəlir. Əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirirlər.

İgid hərbçilərimiz uğurlu əməliyyatlar keçirərək, bir-birinin ardınca şəhərləri və digər yaşayış məntəqələrini işğaldan azad edir, strateji yüksəklikləri tuturlar. Düşmən Azərbaycan əsgərinin əzmi qarşısında duruş gətirə bilməyərək silahını atıb qaçır. Hər gün düşmənə məxsus çoxsaylı zirehli texnikalar məhv edilir və qənimət kimi götürülür.


Düşmən təlaşda - ərzaq çatışmır, yanacaq, döyüş sursatı bitir


Cəbhənin müxtəlif istiqamətlərində ağır zərbələr alan Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti döyüşlərdə iştirakdan imtina edir. Müdafiə Nazirliyinin məlumatına əsasən, düşmənin 543-cü alayının ehtiyat bölmələrinin hərbi qulluqçularının Dağlıq Qarabağa getməkdən imtina etdikləri üçün döyüş mövqelərinə kənd sakinlərinin cəlb edildiyi bəlli olub. Hətta belə məlumat da var ki, yerli sakinlər övladlarının döyüşlərdə iştirak etməsinə etiraz əlaməti olaraq bəzi avtomobil yollarını da bağlayıblar.

Düşmənin 155-ci artilleriya alayına, 5-ci dağatıcı alaya və 543-cü alaya vurulan artilleriya zərbələrimiz nəticəsində komandir heyəti daxil olmaqla, çoxlu sayda canlı qüvvə məhv edilib, yaralanıb və itkin düşüb. Düşmənin yeraltı sığınacaqları dağıdılıb. Yeni gətirilmiş könüllülər atəş mövqelərini tərk edərək qaçıb, döyüşə girməkdən imtina edib. Əlavə yolların bağlı olması və nəqliyyat vasitələrinin çatışmazlığı səbəbindən düşmən yaralıların təxliyəsində ciddi çətinliklərlə üzləşib.

Hadrutdan şimaldakı müdafiə zolağında və Ağdərədəki 5-ci dağatıcı alayın müdafiə sahəsindəki hərbçilərə qohumları və tanışları telefonla zəng edərək onlara silahı yerə qoyub geri çəkilmələri barədə çağırış edir. Bölmələrdə ərzaq, yanacaq və döyüş sursatlarının çatışmadığı barədə də məlumat verilir.

Oktyabrın 23-ü gün ərzində cəbhənin Ağdərə, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr vurulub, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb, vacib ərazi və yüksəkliklər azad edilib.


Erməni əsgəri silahını, texnikasını atıb qaçır, "erməni mifləri” dağılır


Dünən cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlər nəticəsində Ermənistan silahlı qüvvələrinə məxsus 3 pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilib. Digər 2 PUA isə xüsusi texniki vasitələrlə yerə endirilib.

Həmçinin düşmənin xeyli sayda hərbi texnikası, silah- sursatı məhv edilib, 14 tank, 5 PDM, 8 minaatan, 6 qumbaraatan, 5 hərbi təyinatlı avtomobil qənimət kimi götürülüb.

Ümumiyyətlə, indiyədək davam edən döyüşlərdə düşmənin 241 tankı, 79 PDM-i, 70 "Qrad” qurğusu, 53 tank əleyhinə vasitə, 17 özüyeriyən artilleriya qurğusu, 198 topu, 58 minaatanı, 2 "Uraqan”, 2 "YARS”, 1 TOS, 4 "S-300” zenit-raket kompleksi, 3 TOR zenit-raket kompleksi, 40-a yaxın OSA zenit-raket kompleksi, 5 KUB və KRUQ zenit-raket kompleksi, 10 pilotsuz uçuş aparatı, 2 əməliyyat-taktiki raket kompleksi - "Elbrus”, 1 ballistik raket, 1 "Toçka-U” raketi, 8 radioelektron mübarizə vasitəsi, 203 yük avtomobili məhv edilib. 53 tank, 29 PDM, 20 minaatan, 31 qumbaraatan, 107 yük avtomaşını hərbi qənimət kimi götürülüb.

Cəbhədə güc üstünlüyü aşkar şəkildə Azərbaycanın tərəfindədir. Haqq yolunda vuruşan Azərbaycan Ordusu tam üstünlüyə malikdir. Ermənistan ordusu hələ nə qədər gec deyil işğal edilmiş torpaqları azad etdiyinə dair bəyanat verməlidir. Əks təqdirdə Ali Baş Komandanımızın söylədiyi kimi, düşmənin olan-qalan texnikaları da məhv ediləcək.

Azərbaycan Ordusunun qarşısında diz çökən erməni ordusu artıq məğlubiyyətlə barışmalıdır. Hər gün Azərbaycan bayrağı işğaldan azad olunmuş yeni yaşayış məntəqələrində ucaldılır. "Erməni mifləri” dağılır və yalanları ifşa olunur.

27 gündür davam edən haqq savaşımız Azərbaycan Ordusunun qüdrətini bir daha nümayiş etdirir. Nəinki erməni əsgəri, hətta xarici ölkələrdən gətirdikləri muzdlu terrorçular da yüksək döyüş ruhlu Azərbaycan əsgərinin qarşısında duruş gətirə bilmir. Ordumuz sözdə yox, əməldə də regionda ən güclü olduğunu nümayiş etdirir.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video