Alternative content

16:59 24 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ömrü örnək olan alim
Ömrü örnək olan alim
ANA SƏHİFƏ / Mədəniyyət
00:27 24.10.2020


Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun baş elmi işçisi, iqtisad elmləri doktoru, professor, RAE-nin Əməkdar elm və texnika xadimi, müxbir üzvü Cəbiyev Rauf Mirzə oğlunun 25 oktyabrda 85 yaşı tamam olur.

Rauf Cəbiyev Bakı şəhərində 25 oktyabr 1935-ci ildə ziyalı ailəsində dünyaya göz açmışdır. Orta məktəbi bitirəndən sonra S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə daxil olmuşdur. Universiteti uğurla başa vurandan sonra iqtisadiyyat elminə və dünyasına olan maraq və sevgisini reallaşdırmaq üçün iqtisadiyyat sahəsində təhsil almışdır və D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (hazırda İqtisad Universiteti) Sənaye iqtisadiyyatı fakültəsinə daxil olub və 1971-ci ildə buradakı təhsilini uğurla başa vuraraq iqtisadçı diplomunu almışdır. Universiteti bitirdikdən sonra Azərbaycan Nazirlər Kabinetinin Qiymət Komitəsində baş müfəttiş-nəzarətçi, şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində çalışmışdır.

Az bir zaman içərisində Rauf Cəbiyev iqtisadiyyat sahəsində bacarıqlı bir tədqiqatçı olduğunu ortaya qoymuş və 1974-cü ildə "Yeni iqtisadi şəraitində mənfəət və onun stimullaşdırıcı rolu” mövzusunda uğurlu elmi müdafiəsindən sonra iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır. Bu sahədə ilk addımları və uğurları Rauf müəllimi daha gərgin və səmərəli işləməyə, fəaliyyətini genişləndirməyə stimul verməyə başlamışdır. Başladığı elmi fəaliyyətini davam etdirmək onun həyat amalına çevrilmişdir.

1977-ci ildən 1982-ci ilədək Azərbaycan Dövlət Plan Komitəsinin nəzdindəki Elmi- Tədqiqat İqtisadiyyat İnstitutunda sektor müdiri vəzifəsində çalışmışdır.

1982-ci ildən 1985-ci ilədək Azərbaycan Dövlət Plan Komitəsində yeni planlaşdırma metodlarının tətbiqi və iqtisadi təşviqat şöbəsinin müdiri vəzifəsində işləmişdir.

1985-ci ildən 1990-cı ilədək Azərbaycan Dövlət Plan Komitəsinin nəzdindəki Elmi Tədqiqat İqtisadiyyat İnstitutunda sektor müdiri vəzifəsində çalışmışdir.

1991-ci ildə "Azərbaycan SSR sənayəsində təsərrüfat əlaqələrinın inkişafı və təkmilləşdirilməsi” mövzusunda doktorluq dissertasiyasını yazmış və iqtisad elmləri doktoru elmı dərəcəsini almışdır. 1993-cü ildə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adını qazanmışdır.

1990-cı ildən 1997-ci ilədək Azərbaycan Dövlət İqtisadiyyat İnstitutunun Sənaye iqtisadiyyatı kafedrasında dosent, kafedra müdiri vəzifəsində çalışmışdır.

1997-ci ildən 2007-ci ilədək Azərbaycan Respublikası İqtisadiyyat Nazirlıyinin nəzdində olan İqtisadi İslahatlar Mərkəzində şöbə müdiri vəzifəsində işləmişdir.

2007-ci ildən bu günə kimi Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun baş elmi işçisi vəzifəsində çalışır.

Xatırladaq ki, SSRİ-nin dağılmasından əvvəl Rauf Cəbiyevin məqalələri ittifaq və beynəlxalq jurnalların səhifələrində dərc edilirdi. Onlardan "Voprosı gkonomiki”, "Planovoe xozəystvo”, "Maşinostroitelğ”, "Soüialistiçeskiy trud”, "Xozəystvo i pravo”, "Voprosı üenoobrazovaniə”, "Finansı SSSR”, "Denğqi i kredit”, "Sovetskaə torqovlə” və başqaları. İki kitab "Profaktivu ob gffektivnosti proizvodstva” və "Perestroyka v respublikanskoy promışlennosti” 1978-ci və 1989-cu illərdə "Znanie” və "Profizdat” nəşriyyatları tərəfindən Moskvada nəşr olunmuşdur. "Soüialğno-gkonomiçeskoe razvitie Azerbaydjanskoy Respubliki za qodı nezavisimosti” monoqrafiyasına Moskvadakı keçid dövrünün İqtisadiyyat İnstitutunun əməkdaşları tərəfindən rəy verilmiş və 2005-ci ildə çap edilmişdir.

SSRİ dağılandan sonra da R.Cəbiyevin aşağıdakı beynəlxalq jurnallarda məqalələri dərc edilmişdir:

"Voprosı gkonomiki”, 1991; "Gkonomika i jiznğ”, 1991; "Üentralğnaə Aziə i Kavkaz”, 2002; "Obhestvo i gkonomika”, 2006, 2012, 2014, 2017, 2018; "Gkonomist”, 2005; "İnnovaüii”, 2005, 2013, 2017, 2018; "Finansı”, 2005; "Mirovaə gkonomika i mejdunarodnıe otnoşeniə”, 2012; "Belorusskiy gkonomiçeskiy jurnal”, 2013; "Mejdunarodnaə gkonomika”, 2013; "Nauka i innovaüii”, 2014, 2018; "Problemı sovremennoy gkonomiki”, 2009, 2018.

Professor Rauf Cəbiyev 20 monoqrafiya və bir neçə elmi kitabın müəllifdir, iqtisadiyyatın müxtəlif sahələrinə həsr olunmuş 400-dən çox elmi əsər nəşr etdirmiş, iqtisadçı-alimlər və tədqiqatçılar tərəfindən elmi mənbə kimi istifadə olunmaqdadır. Onun Azərbaycanda iqtisadi mexanizm və onun təkmilləşdirilməsi, bazar infrastrukturunun formalaşması və inkişafı, investisiyalar, dövlət mülkiyyətinin özəlləşdirilməsi və sahibkarlığın inkişafı, innovasiyalar haqqında MDB və digər xarici ölkələrdə çap olunmuş fundamental elmi əsərləri iqtisadiyyat elminin dəyərli nümunələrindən olmaqla, həm də Azərbaycanda iqtisadiyyat elminin inkişaf və uğurlarını ortaya qoyan nümunələrdir.

Professor Rauf Cəbiyev iqtisadiyyat sahəsində xidmətlərinə görə, habelə beynəlxalq layihələr üzrə keçirilən müsabiqələrdə dəfələrlə fəxri fərmanlar, pul mükafatı və qrantlar almışdır.

2003-cü ildə Dünya Bankının Azərbaycanda keçirilmiş "Yoxsulluğun azaldılması” müsabiqəsinə qatılan R.Cəbiyev birinci yeri tutmuş və mükafatlandırılmışdır.

2005-ci ildə Azərbaycan Neft Sənayesi Məlumat Mərkəzinin elan etdiyi "Neft və yoxsulluq” müsabiqəsində iştirak etmiş və üçüncü yeri tutmuş və mükafatlandırılmışdır.

2007-ci ildə professor R.Cəbiyev "Elm, texnoloqiya və innovasiyanın inkişafı” adlı İNTAS qrantını qazanmışdır. Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin 2007-ci ilin sonunda elan etdiyi "Rusiya-Azərbaycan münasibətləri: sabitlik və qarşılıqlı maraqlar” müsabiqəsində iştirak edən Rauf Cəbiyev ikinci yeri tutmuşdur (birinci yer verilmirdi) və mükafatlandırılmışdır.

Bundan sonra "Rusiya-Azərbaycan strateji tərəfdaşlar” mövzusunda jurnalistlərin ikinci müsabiqəsində fəal iştirakına görə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirinin Diplomuna və pul mükafatına layiq görülmüşdür.

2013-cü ildə ilin böyük iqtisadi Ensiklopediyasında və 2018-ci ildə də Azərbaycan Milli Ensiklopediyasında böyük alimin xarakteristikası verilmişdir.

Professorun "İnnovasiya sferasında Azərbaycanın dövlət siyasəti” adlı elmi əsəri 2015-ci ildə Almaniyanın Berlin şəhərində çapdan çıxmışdır və bu kitab istər elmi dairələrdə, istərsə də tədqiqatçılar arasında böyük marağa səbəb olmuş və əminliklə deyə bilərik ki, uzun illər də dəyərini itirməyəcəkdir.

2018-ci ildə beynəlxalq jurnallarda standartlaşdırma, sertifikatlaşdırma, keyfiyyət və yenilik problemlərinə dair çoxsaylı məqalələrin dərc olunması ilə əlaqədar olaraq professor R.Cəbiyev "Avropa keyfiyyəti” qızıl medalı ilə təltif edilmişdir.

Rauf Cəbiyevin rəhbərliyi və birbaşa iştirakı ilə qaçqınların Azərbaycan Respublikasında yerləşdirilməsi ilə əlaqədar beynəlxalq layihənin iqtisadi bloku tamamlanmışdır. Bundan əlavə, 2004-2008-ci illər üçün Azərbaycan Respublikasının regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının hazırlanmasında iştirak etmişdir.

Professor Rauf Cəbiyev həm ölkədə, həm də xaricdə müxtəlif illərdə keçirilən 40 beynəlxalq elmı və praktik konfranslarda iştirak və cıxış etmişdir.

Bu gün 85 yaşı tamam olan, 50 ildən çox iqtisadiyyat sahəsində səmərəli fəaliyyət göstərən bu fədakar insan ömrünün müdriklik yaşına çatsa da, yenə gənclik eşqi ilə, həvəsi ilə yazıb-yaradır. Onun işgüzarlığına və fəaliyyətinə bu gün də yalnız qibtə etmək olar. Professor Rauf Cəbiyev 85 illik yubileyi ərəfəsində innovasiya və rəqabətqabiliyyətlilik mövzusunda bir sıra məqalələr üzərində, habelə Azərbaycanın regionlarının innovasiya sahəsində reytinqlərinin müəyyənləşdirilməsi istiqamətində işləyir və gələcəkdə "Azərbaycan Respublikasının Milli İnnovasiya sisteminin reallıq və perspektivləri” monoqrafiyasını nəşr etməyi planlaşdırır.

Həmkarları, uzun illər dostluq etdiyi insanlar fəxrlə deyirlər ki, o, istedadlı alim, təcrübəli iqtisadçı, müdrik və gözəl insan, etibarlı dost və örnək ola biləcək ailə başçısıdır.

Bir insan və alim kimi böyük ürəyə sahib olan professor Rauf Cəbiyevin həyat yolu hələ bundan sonra da onu tanıyanlar üçün bir örnək olacaqdır. Səmərəli fəaliyyəti ilə gənclərimizə nümunə olan və bu gün 85 yaşı tamam olan dəyərli alimin həyat yolu bir daha sübut edir ki, ilahi iradəli insan istədiyi hədəfə çata bilər. Bu nəcib yolda professora yeni uğurlar, cansağlığı və uzun ömür arzu edirik.

İradə QƏRİBOVA





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM