08:06 11 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Ombudsmanının Türkiyənin Baş Ombudsmanı ilə birgə həyata keçirdiyi faktaraşdırıcı missiyanın nəticələrinə dair Bəyanat qəbul edilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
21:26 23.10.2020

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən Gəncədə həyata keçirilən birgə faktaraşdırıcı missiya ilə bağlı Ombudsman Aparatında brifinq keçirilib.

AZƏRTAC xəbər verir ki, brifinqdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhəri və digər ərazilərini mütəmadi olaraq atəşə tutması, mülki əhali arasında tələfat və çoxsaylı dağıntılarla nəticələnən hücumlar barədə danışılıb. Brifinqdə diqqətə çatdırılıb ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini raket atəşinə tutması nəticəsində baş vermiş çoxsaylı insan tələfatı və dağıntılarla bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının Prezidenti və Türkiyə Respublikasının Baş Ombudsmanı ilə birgə həyata keçirdiyi faktaraşdırıcı missiyanın nəticələrinə dair Bəyanat qəbul edilib.

Eyni zamanda, ombudsmanlar tərəfindən birgə faktaraşdırıcı missiyada toplanmış materiallar əsasında hazırlanacaq hesabatın beynəlxalq təşkilatlara göndəriləcəyi bildirilib



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM