20:56 04 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Türkiyə, Böyük Britaniya, İtaliya və Portuqaliyadan olan kinematoqraflardan
ANA SƏHİFƏ / MƏKTUBLAR
18:14 23.10.2020
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevaya

Möhtərəm cənab Prezident İlham Əliyev!

Əziz Mehriban xanım Əliyeva!

Biz, Böyük Britaniya, İtaliya, Portuqaliya və Türkiyədən olan kinematoqraflar 2011-2012-ci illərdə "Bakı, səni sevirəm” adlı beynəlxalq layihə işləyib hazırlamışıq. Çəkilişlər Azərbaycanın paytaxtı Bakıda həyata keçirilib. Bakının gözəlliyinə və azərbaycanlıların qonaqpərvərliyinə heyran olduq!

Son günlər Azərbaycandan gələn xəbərlər bizi narahat edir. Gəncə şəhərinə raket hücumu nəticəsində günahsız insanların həyatını itirməsi bizi çox üzdü. Qurbanların ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığımızı bildiririk.

Baş verənlər bizi hiddətləndirib! Müasir dünyamızda belə hallar olmamalıdır!

Sizə və gözəl xalqınıza mənəvi dəstəyimizi ifadə etmək istərdik. Səmimi-qəlbdən arzu edirik ki, müharibə tezliklə başa çatsın. Qoy, Azərbaycanın ərazi bütövlüyü və Azərbaycan xalqının rifahı əbədi olsun!

Biz Sizinləyik!

Hörmətlə,

Türkiyədən aktrisa Eyşan Özhim

Portuqaliyadan rejissor Andre Badalo

İtaliyadan aktyor Alesandro Bertoluçi

İngiltərədən rejissor Aleksandr Fodor

Türkiyədən prodüser Nadir Maçanov


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM