23 Oktyabr 2020 16:00
423
SİYASƏT
A- A+

Azərbaycanın İranla həmsərhəd ərazilərinin işğaldan azad olunması hər iki ölkənin həmin bölgələrinin inkişafına güclü təkan verəcək


Zəngilan rayonunun Ağbənd qəsəbəsinin işğalçılardan azad edilməsi ilə Azərbaycanın İranla dövlət sərhədini tam nəzarətə götürməsi mühüm tarixi hadisə, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin təmin olunması istiqamətində növbəti strateji qələbədir.

İşğal edilmiş ərazilər "qara bölgə” kimi beynəlxalq terrorizm yuvasına, gizli narkotrafik, qanunsuz miqrasiya məkanına çevrilmişdi. Nəzarətsiz sərhədlər bütün bölgənin, o cümlədən İranın təhlükəsizliyinə ciddi təhdid, böyük risk idi. Bu baxımdan, Azərbaycanın İranla sərhədə tam nəzarət etməsi iki qonşu, dost ölkənin təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın İranla dövlət sərhədi 765 kilometrdir, onun 132 kilometri uzun illərdir ki, nəzarətsiz qalmışdı. İndi İranla bütün sərhədə tam olaraq Azərbaycan sərhədçiləri nəzarət edir. Bununla həm də işğal edilmiş ərazilərdən İrana doğru uzanan "qara əllər” və "qara yollar” kəsildi.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran arasında dövlət sərhədinin tam nəzarətə götürülməsi münasibətilə Azərbaycan və İran xalqlarını təbrik etdi.

Azərbaycanın İranla dövlət sərhədini tam nəzarətə götürməsi iki ölkə arasında iqtisadi əlaqələri də genişləndirəcək, ticarət dövriyyəsini artıracaq, İranın Azərbaycanla sərhəd bölgələrinin daha da dirçəlməsinə, əhalinin rifah halının yaxşılaşmasına səbəb olacaq.

Azərbaycanın işğal altında olmayan əraziləri tərəfdən Azərbaycan və İranın bölgələrinin sosial-iqtisadi inkişafı ilə işğal altında olan ərazilərdə mövcud vəziyyətin müqayisəli təhlili aydın göstərir ki, qarşıdan gələn dövrdə bu bölgələri hansı gözəl perspektivlər gözləyir.

Bundan sonra hər iki qonşu, dost ölkə Araz çayının su və enerji ehtiyatlarından daha səmərəli istifadə edəcək, artıq "Xudafərin” hidroqovşaq bəndinin tikintisinin 90 faizi tamamlanıb.

Son illər Azərbaycanın bir sıra bölgələrində quraqlıq, su çatışmazlığı müşahidə edilirdi, Araz çayının su ehtiyatlarının bu işə cəlb edilməsi ilə artıq bu problemin də həllində dönüş yaranacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video