Alternative content

03:13 25 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:23 25.11.2020 BİLDİRİŞ
00:23 25.11.2020 BİLDİRİŞ
00:22 25.11.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Azərpoçt” “Qarabağ Azərbaycandır!” mövzusunda zərflər dövriyyəyə buraxıb
“Azərpoçt” “Qarabağ Azərbaycandır!” mövzusunda zərflər dövriyyəyə buraxıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
15:46 23.10.2020

"Azərpoçt” MMC tərəfindən "Qarabağ Azərbaycandır!” mövzusunda markalı zərflər dövriyyəyə buraxılıb.

MMC-dən AZƏRTAC-a bildirilib ki, zərflərin üzərində Azərbaycan xəritəsi, Azərbaycan və ingilis dillərində "Qarabağ Azərbaycandır!” şüarı əks olunub. Üz tərəfin fonunda isə hərbi kamuflyaj təsvir edilib.

Sözügedən zərflər sadə, sifarişli və sifarişli-xəbərnaməlidir. Sadə zərflərin markasında işğaldan azad edilən Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüsü, sifarişli zərflərin markasında Ağdam rayonunun Xaçındərbətli kəndində yerləşən və 1314-cü ilə aid Qutlu Musa türbəsi, sifarişli-xəbərnaməli zərflərin markasında isə Şuşa şəhərinin gerbi təsvir olunub.

Əsas məqsəd son günlər hər birimizi qələbə xəbərləri ilə sevindirən rəşadətli Azərbaycan Ordusuna mənəvi dəstək olmaq, zəngin tariximizi və qədim abidələrimizi beynəlxalq miqyasda təbliğ etməkdir.

Qeyd edək ki, zərflərin dizaynı "Azərmarka” MMC-nin əməkdaşı Anar Mustafayev tərəfindən hazırlanıb.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM