08:37 11 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Latviya Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası üzrə əməkdaşlıqda maraqlıdır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
15:42 23.10.2020

Latviya Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası üzrə əməkdaşlıqda maraqlıdır.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazir Mikayıl Cabbarovun Latviyanın Azərbaycandakı səfiri Daynis Qarançs ilə görüşündə iki ölkə arasında əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb, qarşılıqlı rəsmi səfərlərin və keçirilən görüşlərin əməkdaşlığın inkişafında rolu qeyd edilib. Bildirilib ki, ölkələrimiz iqtisadiyyatın bir sıra istiqamətləri üzrə səmərəli əməkdaşlıq edir. Ticarət əlaqələrinin şaxələndirilməsi və artırılması da prioritet istiqamətlərdəndir. Bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün yeni mexanizmlər tətbiq edilir. Belə ki, Latviyanı da əhatə etməklə Mərkəzi Avropanın 10 ölkəsi üzrə Azərbaycan Ticarət nümayəndəliyi və Riqada "Azərbaycan Ticarət Evi” fəaliyyət göstərir. Bununla yanaşı, iki ölkənin iş adamları arasında çoxsaylı biznes forumlar, işgüzar görüşlər keçirilib, Riqaya ixrac missiyası təşkil olunub. Azərbaycan Latviya ilə həmçinin, Avropa İttifaqının Tvinninq aləti çərçivəsində də uğurlu əməkdaşlıq edir.

M.Cabbarov Ermənistanın ölkəmizə qarşı işğalçı siyasəti və bu ilin sentyabrın 27-dən Azərbaycana qarşı növbəti təxribatlara başlaması, günahsız mülki əhaliyə və mülki obyektlərə raket zərbələri endirərək törətdiyi terror və müharibə cinayətləri, Avropanın enerji təhlükəsizliyində önəmli rola malik boru kəmərlərini zədələmək cəhdləri barədə məlumat verib. Vurğulayıb ki, Azərbaycan beynəlxalq hüquq çərçivəsində vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və torpaqlarımızın işğaldan azad olunması üçün öz ərazisində uğurlu əks-hücum əməliyyatları aparır.

Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyət istiqamətlərini qeyd edən İqtisadiyyat naziri postpandemiya dövründə Latviya ilə qarşılıqlı investisiya qoyuluşlarının artırılmasının əhəmiyyətini, nəqliyyat, kənd təsərrüfatı, dövlət-özəl tərəfdaşlığı, əczaçılıq, turizm, rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb. Bildirilib ki, həm Azərbaycan, həm də Latviya Avropa ilə Asiya arasında tranzit yükdaşımalarında mühüm yer tutur. Hər iki ölkədə inkişaf etmiş nəqliyyat infrastrukturunun mövcudluğu bu sahədə əməkdaşlığın genişləndirilməsinə yaxşı perspektivlər vəd edir. Görüşdə, həmçinin Latviya şirkətləri Ələt Azad İqtisadi Zonasının potensialından yararlanmağa dəvət edilib.

Səfir D.Qarançs Latviyanın Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini qeyd edib. Azərbaycanda fəaliyyətindən məmnunluğunu ifadə edən səfir iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb. O, ölkəsinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası üzrə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Görüşdə iqtisadi-ticarət əməkdaşlığının inkişafı və digər məsələlər müzakirə edilib.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM