Alternative content

02:59 06 Dekabr 2020
ONLINE XƏBƏR LENTİ
01:07 06.12.2020 KİMDİR GÜNAHKAR?!
01:05 06.12.2020 Məğlubların faciəsi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gəlsin zəfər xəbərin, Azərbaycan əsgəri!
Gəlsin zəfər xəbərin, Azərbaycan əsgəri!
ANA SƏHİFƏ / CƏMİYYƏT
01:07 23.10.2020


Atəş altında olsa da, terrora məruz qalsa da, Gəncədə İlham Əliyevin müzəffər ordusuna ASAN dəstək göstərilir


Cəbhə bölgəsindən kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri - Gəncədəyik. O şəhər ki, günlərdir Ermənistan silahlı qüvvələrinin raket hücumlarına məruz qalır.

Ermənistanın hərbi-siyasi rəhbərliyi səviyyəsində həyata keçirilən terror aktları nəticəsində 24 dinc sakin - azyaşlı uşaqlar, qadınlar, qocalar həlak olub, 100-ə yaxın insan ağır yaralanıb. Qətlə yetirilən uşaqlar arasında məktəblilərin, hətta dünyaya yeni göz açmış körpənin olması, ermənilərin yenə də insanlığa qarşı cinayət törətdiklərini təsdiqləyir.

Ancaq şəhərdə şahidlik etdiyimiz mənzərə bizdə nikbinlik yaradır. Çünki şəhər iki dəfə raket atəşinə tutulmasına baxmayaraq, həyat öz axarı ilə davam edir, vətəndaşlar arasında heç bir ruh düşkünlüyü yoxdur. İctimai nəqliyyat da normal qaydada fəaliyyətini davam etdirir. Əhali əvvəlki qaydada gündəlik işləri ilə məşğuldur, insanlarda heç bir təşviş yoxdur. Bir sözlə, hər zamankı kimi ayaqdadır gəncəlilər.


7 ildə 4 milyona yaxın müraciət


Şəhərdə bütün dövlət qurumları, özəl təşkilatlar ölkə ərazisində elan edilən hərbi vəziyyətin tələblərinə və həmçinin karantin qaydalarına uyğun fəaliyyətlərini davam etdirirlər. Vətəndaşların daha çox müraciət etdikləri qurum isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Gəncə "ASAN xidmət” mərkəzidir.

Mərkəz bu çətin dönəmdə missiyasına sadiq qalaraq vətəndaşlara layiqli xidmət təqdim edir. Digər mərkəzlərdə olduğu kimi, burada da vətəndaşlara müxtəlif dövlət orqanları tərəfindən, ümumilikdə, 320-dən çox xidmət göstərilir.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyevlə mərkəzin fəaliyyəti ilə bağlı söhbətimizdən bəlli oldu ki, artıq 7 ildir mərkəz Gəncə şəhəri ilə yanaşı, Şəmkir, Goranboy, Göygöl, Gədəbəy, Kəlbəcər, Xocalı, Samux, Daşkəsən rayonlarının və Naftalan şəhərinin sakinlərinin də xidmətindədir. Eyni zamanda ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlar müraciət etməklə lazımi sənədləri operativ və şəffaf qaydada əldə edə bilirlər.

2013-cü il dekabrın 21-də açılışı olan mərkəz 24 dekabr tarixindən vətəndaşlara xidmət göstərməyə başlayıb. 2014-cü il yanvarın 21-də isə Prezident İlham Əliyev Gəncəyə səfəri çərçivəsində "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

E.Niftəliyev dedi ki, fəaliyyətə başlayandan bu günə qədər mərkəz müraciət edən hər bir vətəndaşın probleminin həllində, məmnunluğunun təmin edilməsində nümunəvi xidmət ortaya qoyub. Gəncə "ASAN xidmət” mərkəzinə indiyədək 3 750 841, Səyyar xidmət avtobusuna isə 219 197 müraciət daxil olub.


Karantin qaydalarına riayət, "Əsgərə məktub” layihəsi...


Mərkəzə daxil olarkən diqqətçəkən ilk məqam dezinfeksiya qaydalarına ciddi əməl edilməsi oldu. Əvvəlcə xüsusi aparatla hərarət yoxlanılır, sonra əllər spirtlənir. Məlumat mərkəzində əyləşən əməkdaşlar tibbi maskadan istifadə etməklə, ara məsafəsini qorumaqla vətəndaşlara operativ xidmət göstərirlər.

2019-cu ildən Məlumat mərkəzində çalışan Ramin Hacıyev deyir ki, mövcud durumla əlaqədar olaraq müraciətlərin sayı nisbətən azalıb. Ancaq hər zaman əməkdaşlar vətəndaşları gülərüzlə qarşılayır, təmkinlə dinləyir və müraciətlərinə baxılması üçün nəzakətlə istiqamət verirlər. Vətəndaşlarla ünsiyyətdə heç bir çətinlik də olmur: "Karantin rejiminin tələblərinə ciddi əməl etməklə fəaliyyətimizi davam etdiririk. Vətəndaşlar da başa düşürlər ki, məsafə saxlamaq mütləqdir. Burada hər kəs bir-birini anlayışla qarşılayır. Bu, əlbəttə ki, ilk növbədə, vətəndaşların sağlamlığının qorunmasına xidmət edir. Çalışırıq ki, bizə müraciət edənlər məmnun qalsınlar. Axı biz operativlik, şəffaflıq, nəzakətlilik prinsipləri əsasında fəaliyyət göstəririk”.

Gəncə "ASAN xidmət” mərkəzində indiyədək 1922 nəfər könüllü fəaliyyət göstərib. Onlardan 35 nəfəri cari könüllülərdir. Bu dövr ərzində könüllülərin iştirakı ilə müxtəlif sosial layihələr, teatr tamaşaları, idman yarışları, intellektual oyunlar, xeyriyyə aksiyaları keçirilib, tarix və mədəniyyət abidələrinə ekskursiyalar təşkil olunub.

Elə mərkəzə gələn vətəndaşların çoxu da məhz könüllülərin "Əsgərə məktub” layihəsinə dəstək verirlər. Çünki bu gün xalqımız Qarabağda haqq savaşı aparan Azərbaycan Ordusuna, hər bir əsgərimizə mənəvi dəstək vermək üçün əlindən gələni əsirgəmir. Vətəndaşlar əsgərlərə məktub yazaraq onlara mənəvi dəstək verir, ruh yüksəkliyi yaradırlar.

Elnur Niftəliyevin sözlərinə görə, məhz "ASAN Könüllüləri” Təşkilatının "Əsgərə məktub” layihəsi çərçivəsində Qarabağda uğurlu əməliyyatların davam etdiyi hazırki vaxtda xalqımızın birliyini simvolizə edən bütün məktublar cəbhə bölgəsində döyüşən əsgərlərimizə çatdırılır. Layihə ilə bağlı "ASAN xidmət” mərkəzlərinin könüllüləri və xidmət üçün müraciət edən vətəndaşlarımız tərəfindən Vətənimizin keşiyində duran mərd əsgərlərimizə minlərlə məktub ünvanlanıb. Döyüşlərdə iştirak edən şəxsi heyətə ünvanlanan məktublar hərbi qulluqçularımızda xoş təəssürat yaradır və sevinclə qarşılanır. Hərbi qulluqçular da öz növbəsində xalq-ordu birliyinin təntənəsi olan ordumuza dəstək kampaniyasında iştirak edənlərə təşəkkürlərini çatdırırlar.


Prezidentdən Kəlbəcərin işğaldan azad edildiyi xəbərini eşitsəm...


Demək olar ki, hər beş vətəndaşımızdan biri əsgərlərimizə məktub yazır. Goranboy rayonunda məskunlaşmış Kəlbəcər rayonundan olan məcburi köçkün Rizvan Abbasov məktubunu bitirib qutuya atdıqdan sonra həmsöhbət oluruq. Rizvan deyir ki, hazırda əmisi oğlu, yaxın qohumları Vətən müharibəsində savaşırlar. Hər gün cəbhədən gələn xoş xəbərlər onları çox qürurlandırır.

Ali Baş Komandan İlham Əliyevin işğal edilmiş şəhər və rayonlarımızın, kəndlərimizin düşmən tapdağından azad edilməsi ilə bağlı xalqa verdiyi müjdələr insanlara ayrı bir sevinc hissi yaşadır: "Əsgərlərimizə yazdım ki, biz hər zaman onların arxasındayıq. Xalqımız onlara güvənir və inanır. Möhkəm olsunlar, erməniləri torpaqlarımızdan tamam qovub çıxarsınlar.

Günlərdir Prezidentimiz xalqa müraciət edərək xoş xəbərlər verir. İnanın ki, səbirsizliklə Kəlbəcərin işğaldan azad edildiyi barədə xəbəri gözləyirik. Təsəvvür edə bilmirəm ki, Ali Baş Komandan bu xəbəri deyəndə necə sevinəcəm, yəqin ki, buna görə hönkür-hönkür ağlayacam...”

Fidan Həsənzadənin qardaşı Elariz savaşdadır. Artıq neçə gündür ki, Elariz müzəffər Azərbaycan Ordusunun Qarabağdakı uğurlu əməliyyatlarının iştirakçısıdır. Fidan deyir ki, bu gün haqq savaşında olan hər bir əsgər onun qardaşıdır: "Onlar bizim xoşbəxt gələcəyimiz üçün silaha sarılıblar. Hər gün xoş xəbərlər alırıq, qürurlanırıq, sevincimizin həddi-hüdudu olmur. Allah bütün əsgərlərimizi, zabitlərimizi qorusun, biz onlara dualar edirik, sağ-salamat evlərinə qayıtsınlar. Qoy ordumuz torpaqlarımızı işğaldan azad etsin, biz də gedib Qarabağımızı görək”.

Bu layihə bölgəyə ezam olunmuş Türkiyə, Rusiya jurnalistlərinin də böyük marağına səbəb olub. Biz mərkəzdə olarkən Türkiyənin "CNN Türk” və "A Haber” telekanallarından olan həmkarlarımız da "Əsgərə məktub” layihəsi ilə bağlı çəkilişlər etdilər, vətəndaşlardan müsahibələr götürdülər.


Əməkhaqqının 200 manatını əsgərə dəstək üçün göndərən müəllim


Həm bizim, həm də türkiyəli həmkarlarımızın diqqətini çəkən digər məqam isə vətəndaşların könüllü şəkildə Silahlı Qüvvələrə Yardım Fonduna ianələr etmələri oldu.

Elnur Niftəliyev qeyd etdi ki, artıq neçə vaxtdır Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən "ASAN ödəniş” sisteminə Silahlı Qüvvələrə Yardım Fondu üzrə ödənişlər olunur. Hər bir "ASAN xidmət” mərkəzində olduğu kimi, Gəncədəki mərkəzdə də quraşdırılan "ASAN ödəniş” terminalı vasitəsilə vətəndaşlar Silahlı Qüvvələrə Yardım Fondu üçün nağd ianələr edə bilirlər. Fonda ödəniş etmək istəyən şəxs terminaldakı sistemə daxil olaraq şəxsiyyət vəsiqəsinin "FİN” kodu və ya VÖEN üzrə axtarış edərək ödənişi həyata keçirir.

Onlardan biri ilə həmsöhbət olduq. Gəncədə yerləşən 98 saylı Kəlbəcər məktəbinin müəllimi Cəmşid Əlbəndov fonda 200 manat ianə edirdi: "Bu gün hər kəsin ürəyi ordumuzla döyünür. Böyükdən-kiçiyə hər kəs, qələbə sevincini yaşayır. Əsgərlərimiz bizə görə savaşdıqları üçün biz də burada onlara dəstək verməliyik. Düzdür, Azərbaycan Ordusunun maddi dəstəyə ehtiyacı yoxdur. Ancaq biz öz vətəndaşlıq borcumuzu yerinə yetirməliyik. Kimin imkanı nəyə çatır, o qədər də ianə edir. Bu məbləğin 50 manatını həyat yoldaşımın adından, 150 manatını isə öz adımdan göndərirəm. Tanrı Azərbaycan əsgərini qorusun! İnanırıq ki, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə ordumuz haqq savaşında qalib gələcək və bizlər də öz doğma yurd-yuvamıza qayıdacağıq. Yenidən məktəblər tikib təhsil sistemimizi inkişaf etdirəcəyik. O gün uzaqda deyil. Biz Prezidentimizə, ordumuza güvənirik”.

Vətəndaşların könüllü şəkildə dəstək fonduna ianələr etməsi həqiqətən də qürurvericidir. Onları heç kim buna məcbur etmir. Hər kəs öz xoşu ilə bu prosesdə iştirak edir. Bu, ordu-xalq birliyinin təcəssümüdür.


Erməni terroru gəncəliləri qorxutmur


Bu xoş mənzərə əhvali-ruhiyyəmizi bir qədər də yüksəldir və elə bu pozitiv ruhda mərkəzdəki digər xidmətlərin fəaliyyəti ilə tanış oluruq. Ümumvətəndaş pasportunu dəyişən Sürayyə Seyidova, sürücülük vəsiqəsi alan Şahin Məmmədov, yeni biometrik şəxsiyyət vəsiqəsi alan Hikmət Həsənov da sevinc hisslərini bizimlə bölüşdülər.

Gəncə sakinləri deyirlər ki, şəhər erməni silahlı bölmələri tərəfindən raket atəşlərinə məruz qalsa da, heç kim qorxmur, çəkinmir. Bu terrorla Ermənistanın təxribatçı rəhbərliyi şəhər sakinlərini təlaşa salmaq, qorxu xofu yaratmaq istəsə də, "niyyətləri” öz başlarında çatlayır. Həm vətəndaşlar mətin dayanır, həm də Azərbaycan Ordusu döyüş meydanında düşmənə göz dağı verir. Xalq isə hər zamankı kimi, Ali Baş Komandana və müzəffər ordusuna güvənir.

Əminliklə deyə bilərik ki, düşmən nə qədər müharibə cinayəti törədir-törətsin, şəhər və rayonlarımızın əhalisi heç nədən çəkinmir. Əksinə, bu terror aktları vətəndaşları daha mütəşəkkilliyə sövq edir, xalq yumruq kimi öz Prezidenti ətrafında birləşır.

Gəncə "ASAN xidmət” mərkəzində şahidlik etdiyimiz mənzərəyə əsasən deyə bilərik ki, bu gün hər bir vətəndaşı düşündürən məsələ Azərbaycan Ordusunun Qarabağdakı zəfər yürüşü və qələbə xəbəridir. Hər kəs inanır ki, tezliklə Ali Baş Komandan xalqa bu müjdəni verəcəkdir.

Rəşad BAXŞƏLİYEV,

Elçin CƏFƏROV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


ARXİV


TƏQVİM