Alternative content

01:45 06 Dekabr 2020
ONLINE XƏBƏR LENTİ
01:07 06.12.2020 KİMDİR GÜNAHKAR?!
01:05 06.12.2020 Məğlubların faciəsi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Zəngilan sakini: “Ömrümün qalan hissəsini öz yurdumda yaşayacağıma görə hədsiz sevincliyəm”
Zəngilan sakini: “Ömrümün qalan hissəsini öz yurdumda yaşayacağıma görə hədsiz sevincliyəm”
ANA SƏHİFƏ / CƏMİYYƏT
01:03 23.10.2020


Tanrıya şükürlər olsun ki, bizə bu günləri nəsib etdi. Zəngilana qayıdacağımız günü səbirsizliklə gözləyirdim. Allah-Təala dualarımızı eşitdi və haqqın, ədalətin bizim tərəfimizdə olduğunu göstərdi.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və onun rəhbərliyi ilə döyüşən igid əsgərlərimizə sonsuz təşəkkürümü bildirirəm. Vətənindən, el-obasından didərgin düşən insanların adından "Çox sağ olun!” deyirəm. Ömrümün qalan hissəsini öz yurdumda yaşayacağıma görə hədsiz sevincliyəm. Tanrı Prezidentimizi və Ordumuzu qorusun.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Zəngilan rayonunun 70 yaşlı sakini Tutu Heydərova deyib.

Digər ərazilərimiz, rayonlarımız kimi, Zəngilanın da işğaldan azad edilməsi xəbərini böyük sevinclə qarşıladığını deyən T.Heydərova bildirib: "Elə bilirəm ki, dünyaya yenidən gəlmişəm. Azərbaycanın hər bir guşəsi bizim üçün Vətəndir, amma doğma yurd başqadır. Daha ölsəm də, qəm yemərəm. Çünki doğma yurdum Azərbaycanın qüdrətli rəhbəri və Ordusu tərəfindən ermənilərdən təmizlənib. Mənim 6 qızım, 1 oğlum var. Məcburi köçkün düşənə qədər Zəngilanda təsərrüfatla məşğul olmuşuq. Hazırda burada da yaşayışımız yaxşıdır, amma doğma el-obanın dadı başqadır”.

Zəngilan sakini azğın və qəddar ermənilər tərəfindən didərgin salındıqları illəri də xatırlayarkən kövrəlib. O deyib: "İllər keçsə də, onların bizim başımıza gətirdiklərini yaddan çıxara bilmərik və çıxarmamalıyıq. Hadisələr başlayandan sonra günümüz-güzəranımız olmadı, hər dəqiqə səksəkə içərisində idik. Atılan qradların nəticəsində evlər gözümüzün qabağında od tutub yanırdı. Amma zəngilanlılar son nəfəslərinə qədər döyüşdülər”.

Tutu Heydərova tezliklə bütün torpaqlarımızın düşmən işğalından azad olunacağına əminliyini ifadə edib. Bildirib ki, hər gün namaz qılarkən bütün əsgərlərimiz üçün dua edir.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


ARXİV


TƏQVİM