Alternative content

02:02 06 Dekabr 2020
ONLINE XƏBƏR LENTİ
01:07 06.12.2020 KİMDİR GÜNAHKAR?!
01:05 06.12.2020 Məğlubların faciəsi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Füzulinin Aşağı Seyidəhmədli kəndinin sakinləri də köçkünlüyün daşını atdılar
Füzulinin Aşağı Seyidəhmədli kəndinin sakinləri də köçkünlüyün daşını atdılar
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:59 23.10.2020


Şanlı Azərbaycan Ordusu Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə böyük uğurlar qazanaraq sürətlə irəliləyir. Demək olar ki, hər gün ərazilərimiz düşməndən təmizlənərək işğaldan azad olunur. Ali Baş Komandan İlham Əliyevin qətiyyətindən güc-qüvvə alan ordumuz cəbhədə əsl qəhrəmanlıq nümunəsi göstərməklə yağı düşmənə ağır zərbələr endirir.

Bu günlərdə Füzuli şəhərinin, eləcə də rayonun bir neçə kəndinin düşməndən azad edilməsi xəbəri hamı kimi Tehran Hüseynovu da hədsiz dərəcədə sevindirdi. Uzun illər yurd həsrəti çəkən Tehran indi öz yurduna qayıdacağı günü səbirsizliklə gözləyir. Doğrudur, dövlətimiz digər məcburi köçkün ailələri kimi, onlara da qayğı göstərıb. Ailəsinə Gəncədəki şəhərcikdə ikiotaqlı ev verilib. Buna görə dövlətə minnətdarlıq edən Tehran Hüseynov deyir ki, hökumətimiz bizi qara gündən qurtardı: "Yoxsa məskunlaşdığımız tələbə yataqxanasında zülm çəkirdik. Lakin insanın günü-güzəranı nə qədər yaxşı olsa da, öz el-obasının yerini verməz. Necə ki, 30 ilə yaxındır yurd həsrətindəyik. İndi sevinirik. Ona görə ki, ordumuz sürətlə irəliləyir. Artıq onlarca yaşayış məntəqələrimiz işğaldan azad edilib. Yəqin ki, yaxın vaxtlarda öz ata-baba yurdumuza qayıdacayıq. Füzulinin Aşağı Seyidəhmədli kəndində gözəl və yaraşıqlı ev tikdirmişdim. Həyətimdə böyük bağ-bağça salmışdım. Hər il həmin bağdan topladığım meyvələrin satışından xeyli gəlir əldə edirdim. Özüm isə rayonun Suvarma Sistemləri İdarəsində çalışırdım. Yaxşı gün-güzəranımız var idi. Həyat yoldaşım, bir oğlum və bir qızımla xöşbəxt həyat sürürdük. Ancaq mənfur qonşularımız bu xoşbəxtliyi əlimizdən aldılar”.

Tehran baş verən hadisələri danışdıqca həyəcanını gizlədə bilmirdi. Füzulinin müdafiəsində həlak olan cavanlarımızın adlarını çəkir, hərdən də kəndlərini xatırlayırdı: "Aşağı Seyidəhmədli Füzulinin ən böyük kəndlərindən biri idi. Kənddə klub, xəstəxana, ATS xidmət göstərirdi. Bundan başqa, kənddə qədim insan məskənlərinə aid çoxlu sayda tapıntılar aşkarlanmışdı. Hətta sakinlər özlərinə ev tikmək üçün bünövrə qazdıqda torpağın altından tarixi 3-4 min illərlə ölçülən saxsı qab-qacaq qırıqlarına rast gəlirdilər. İndi yəqin ki, ermənilər həmin əraziləri yerlə-yeksan ediblər”.

Rayon işğal olunanda digər Füzuli sakinləri kimi, Tehran da ailəsi ilə Gəncəyə pənah gətirdi. Həyat yoldaşı və iki övladı ilə birlikdə Gəncə Dövlət Universitetinin tələbə yataqxanasında məskunlaşıb, 20 ilə yaxın orada yaşamalı oldu. Sonra, qeyd etdiyimiz kimi, mənzillə təmin edildilər.

Füzulini 36 yaşında tərk edən Tehranın hazırda 63 yaşı var. Övladlarını evləndirmiş, baba olmuşdur. Oğlu Elnur hazırda həyat yoldaşı Günayla onun yanında qalır. Elnur Fövqəladə Hallar Nazirliyində işləyir. Qızı isə Füzulinin 5-ci "Qayıdış qəsəbəsi”ndə yaşayan Natiqlə ailə qurub. Söhbət zamanı o da məlum oldu ki, oğlunu Füzulinin müdafiəsində igidliklə vuruşub şəhid olmuş qardaşı Fətəlinin qızı ilə evləndirib.

İndi Tehranın ailəsində böyük sevinc yaşanır. Doğma yurdu Aşağı Seyidəhmədli kəndi işğaldan azad edilib. Deyir ki, son vaxtlar elə bir gün olmurdu ki, Füzulini, eləcə də doğma Aşağı Seyidəhmədli kəndini yuxuda görməsin, bağlı-bağçalı həyətləri gözlərinin önünə gəlməsin. Tehran ailəsi ilə birlikdə doğma yerlərə qayıdacagı günün arzusu ilə yaşayır.

Sabir ƏLİYEV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


ARXİV


TƏQVİM