20:43 12 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Erməni terroru nəticəsində Gəncədə həlak olanların xatirəsi Batumidə ehtiramla anılıb
ANA SƏHİFƏ / SİYASƏT
22:55 22.10.2020

Ermənistan silahlı birləşmələrinin Gəncə şəhərini və dinc əhalini atəşə tutması nəticəsində həlak olanların xatirəsi Batumidə də ehtiramla yad olunub.

AZƏRTAC xəbər verir ki, oktyabrın 22-də Azərbaycanın bu şəhərdəki baş konsulluğunun inzibati binasının önündə Ermənistan silahlı qüvvələrinin oktyabrın 11-i və 17-də gecə saatlarında Gəncəni raket atəşinə tutması nəticəsində həlak olan dinc sakinlərin və uşaqların xatirəsinə həsr edilmiş stend quraşdırılıb.

Tədbirdə Azərbaycanın Batumidəki baş konsulluğunun əməkdaşları, Türkiyənin baş konsulu və konsulluğunun üzvləri, İranın baş konsulu, SOCAR-ın Gürcüstan nümayəndəliyinin, Poti limanının Kulevi terminalının nümayəndələri, M.F.Axundov adına Gürcüstan-Azərbaycan xeyriyyə cəmiyyətinin və "Əli və Nino adına Gürcüstan-Azərbaycan Sosial Mədəni İnkişaf Mərkəzinin üzvləri, Batumidə yaşayan vətəndaşlarımız və soydaşlarımız və yerli sakinlər iştirak ediblər.

Tədbir iştirakçılarına Ermənistan silahlı qüvvələrinin Gəncənin raket atəşinə tutması nəticəsində həlak olan dinc sakinlərin və uşaqların faciəsinin insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən olduğu bildirilib, oktyabrın 10-da humanitar atəşkəslə bağlı razılığın əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri onu kobud şəkildə pozduğu barədə məlumat verilib.

Gün ərzində Batumi şəhərində yaşayan vətəndaşlarımız, eləcə də yerli sakinlər konsulluğun binası qarşısına gələrək, guşənin önünə gül dəstələri düzüb, həlak olanların xatirəsinə dərin ehtiramlarını bildirib, xalqımızla həmrəylik nümayiş etdiriblər.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM