22 Oktyabr 2020 22:46
514
SİYASƏT
A- A+

Rusiya deputatı: Rusiya silahlı qüvvələrinin Dağlıq Qarabağda iştirakı planlaşdırılmır


Rusiya silahlı qüvvələrinin Dağlıq Qarabağda iştirakı planlaşdırılmır, bu mövqe Rusiya Müdafiə Nazirliyi ilə razılaşdırılıb, münaqişənin həllində müsbət nəticə əldə etmək üçün indi görülən tədbirlər kifayətedicidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyası Dövlət Dumasının Müdafiə komitəsi sədrinin birinci müavini Andrey Krasnov RİA Novosti agentliyinə bildirib.

Xatırladaq ki, Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlər ilə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin jurnalistlərə verdiyi müsahibədə desant çıxarması əməliyyatını Rusiyanın Dağlıq Qarabağdakı vəziyyətə reaksiya verməsinin bir variantı kimi istisna etmədiyini bildirmişdi.

"Konstantin Zatulin Dövlət Dumasının və Dövlət Dumasının Müdafiə komitəsinin rəsmi mövqeyi ilə əlaqəli olmayan şərhi vermək səlahiyyətinə malik deyildi. Hazırda Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya silahlı qüvvələrinin iştirakı planlaşdırılmır. Bu mövqe Rusiya Federasiyası Müdafiə Nazirliyi ilə razılaşdırılıb”, - deyə A.Krasnov vurğulayıb.

O, Dövlət Dumasının rəsmi mövqeyini yalnız onun sədri və ya onun tapşırığı ilə müavinləri və ya ixtisaslaşdırılmış komitənin ifadə edə biləcəyini bildirib. Deputat Rusiya Prezidenti Vladimir Putin, Xarici İşlər naziri Sergey Lavrov və Müdafiə naziri Sergey Şoyqunun bu münaqişənin həlli, hərbi əməliyyatların dayandırılması və vəziyyətin dinc danışıqlar prosesinə keçirilməsi üçün bütün lazımi tədbirləri gördüklərini də xatırladıb. "Bütün bu tədbirlər müsbət nəticə əldə etmək üçün kifayətedicidir”, - deyə o qeyd edib.

A.Krasov deyib ki, Konstantin Zatulinin Rusiyanın Dağlıq Qarabağdakı vəziyyətə desant çıxarması şəklində reaksiya göstərməsinin mümkün variantlarına dair şərhi işin real vəziyyətinə uyğun deyil.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video