Alternative content

00:56 28 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:35 28.11.2020 Biz hərb istəmirdik
00:26 28.11.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın Baş prokuroru Tacikistanın ölkəmizdəki səfiri ilə görüşüb
Azərbaycanın Baş prokuroru Tacikistanın ölkəmizdəki səfiri ilə görüşüb
ANA SƏHİFƏ / CƏMİYYƏT
19:18 22.10.2020
 
Oktyabrın 22-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Tacikistanın ölkəmizdəki səfiri Rustam Soli ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətinin AZƏRTAC-a bildiriblər ki, Baş prokuror Kamran Əliyev Azərbaycan ilə Tacikistan arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq, əlaqələrin uğurla inkişaf etdiyini, hər iki ölkə arasında əməkdaşlığın genişlənməsində dövlətlərimizin başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin mühüm əhəmiyyətini qeyd edib.

Baş prokuror sentyabrın 27-dən başlayaraq Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artilleriya və raket qurğularından atəşə tutulması nəticəsində dinc mülki əhalimizə qarşı sülh və insanlıq əleyhinə cinayətlərin törədilməsini, o cümlədən 4, 11 və 17 oktyabr tarixlərində Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin raket zərbələrinə məruz qalmasını qeyd etməklə xüsusilə vurğulayıb ki, ümumilikdə mülki əhalidən 63 nəfər həlak olub. Onlardan 18-i qadın, 8-i uşaq olub. Bundan başqa, 69-u qadın, 32-si uşaq olmaqla 293 nəfər yaralanıb. Bundan başqa, 2072 evə, 90 çoxmərtəbəli binaya və 388 mülki infrastruktur obyektinə külli miqdarda ziyan dəyib.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir ikitərəfli münasibətlərə toxunaraq Tacikistanın Azərbaycan ilə əlaqələrə böyük önəm verdiyini və münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini bildirib.

Rüstəm Soli münaqişə barədə fikir mübadiləsi aparılarkən ölkəsinin rəsmi mövqeyini bildirərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün Tacikistan dövləti tərəfindən tanındığını və Dağlıq Qarabağ ərazisinin ölkəmizin tərkib hissəsi olmasını təsdiqlədiklərini qeyd etməklə, münaqişənin BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində nəzərdə tutulmuş qaydada baza prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin vacibliyini diqqətə çatdırıb.

Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin yaşayış məntəqələrinin raket atəşinə tutulmasının ölkəsi tərəfindən qətiyyətlə pislənildiyini bildirməklə, bu hadisələrin rəsmi bəyanatlarında əks olunduğunu xüsusilə vurğulayıb.

Daha sonra hər iki dövlətin prokurorluq orqanları arasında əməkdaşlıq, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və sair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM