Alternative content

23:59 27 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV XİN: Siyəzən, Kürdəmir və Qəbələ rayonlarına raket hücumları Ermənistanın münaqişə zonasının coğrafiyasını genişləndirmək cəhdlərindən xəbər verir
XİN: Siyəzən, Kürdəmir və Qəbələ rayonlarına raket hücumları Ermənistanın münaqişə zonasının coğrafiyasını genişləndirmək cəhdlərindən xəbər verir
ANA SƏHİFƏ / SİYASƏT
17:52 22.10.2020
 
Xarici İşlər Nazirliyi (XİN) Ermənistan tərəfindən Azərbaycanın münaqişə zonasından çox uzaqda yerləşən yaşayış məntəqələrinə hücumların davam etməsinə dair açıqlama yayıb.

XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın silahlı qüvvələri beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa dair öhdəliklərini kobud şəkildə pozaraq, Azərbaycanın əhalinin sıx yaşadığı yaşayış məntəqələrini qəsdən atəşə tutmağa davam edir.

Oktyabrın 22-də səhər saatlarında Azərbaycan ərazisi Ermənistan ərazisindən əməliyyat-taktiki raket kompleksindən atılan ballistik raketlərin atəşinə məruz qalıb. Ermənistan silahlı qüvvələri münaqişə zonasından yüzlərlə kilometr məsafədə yerləşən Siyəzən rayonu istiqamətində 3, Qəbələ rayonu istiqamətində 2 və Kürdəmir rayonu istiqamətində 1 raket atıb. Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.

Gəncə və Mingəçevir şəhərlərindən sonra Azərbaycanın işğal olunmuş ərazilərindən xeyli kənarda yerləşən Siyəzən, Kürdəmir və Qəbələ rayonları istiqamətində raketlərin atılması Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı yeni dəhşətli cinayətlər törətmək üçün növbəti cəhdidir.

Bu hücumlar bir daha Ermənistanın münaqişə zonasının coğrafiyasını genişləndirmək cəhdlərindən xəbər verir və onun vəziyyəti daha da gərginləşdirməyə xidmət etdiyini göstərir.

Ermənistanın bu təcavüz aktlarını qətiyyətlə pisləyir, beynəlxalq ictimaiyyəti Ermənistanı beynəlxalq hüquqa və öhdəliklərinə riayət etməyə məcbur etmək üçün lazımi addımlar atmağa çağırırıq.

Münaqişənin diplomatik həlli yolunun olmadığını bildirən, Azərbaycanın mülki əhalisini və yaşayış məntəqələrini atəşə tutmaq əmrini verən Ermənistan rəhbərliyi bölgədə gərginliyin artmasına, habelə Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü zamanı törədilən müharibə cinayətlərinə görə tam məsuliyyət daşıyır.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM