22 Oktyabr 2020 17:36
522
SİYASƏT
A- A+

Misirli tədqiqatçı fransız mütəfəkkirlərin ermənilərin miskin xisləti haqqında fikirlərindən yazıb

 
Misirli yazıçı və tədqiqatçı, "Qarabağ: Qafqazda sülhə aparan yol” kitabının müəllifi Əhməd Abdo Tərabik "Alwasela” qəzetində dərc etdirdiyi məqaləsində görkəmli fransız yazıçı və diplomatların ermənilərin miskin və məkrli xisləti haqqında fikirlərini paylaşıb. Bu gün erməni lobbisinin təsiri altında olan Fransa hökumətinin Azərbaycana və Türkiyəyə qarşı ədalətsiz mövqedən çıxış etdiyini vurğulayan tədqiqatçı Misir ictimaiyyətini fransız mütəfəkkirlərin "əzabkeş xalq” barədə söylədikləri ilə tanış edir.

AZƏRTAC xəbər verir ki, məqalə görkəmli fransız yazıçısı Aleksandr Dümanın (ata) ermənilər haqqında yazdığı sözlərlə başlayır: "Ermənilər həmişə başqa dinə qulluq edən hökmdarların hakimiyyəti altında olublar. Nəticədə öz fikir, niyyət və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlara çevriliblər”.

Tərabik yazır ki, XIX əsr fransız səyyahı Arman Pyer de Şölye ermənilər haqqında deyib: "...Mən onlarla (ermənilərlə) heç zaman dil tapa bilmədim. Onların hiyləgərliyi olduqca iyrənc, alçaqlığı olduqca dözülməz, əclaflığı olduqca təəssüfləndiricidir”.

Məqalədə qeyd olunub ki, Fransanın Qafqaz üzrə ali komissarı Damien de Martel 1920-ci ilin iyul hadisələri zamanı Fransa Xarici İşlər Nazirliyinə göndəridiyi məktubda qeyd edib: "…Hərbi əməliyyatlara gəlincə, Ermənistandan yenicə qayıtmış şahidlərdən əməliyyatların necə aparıldığına dair bir sıra məlumatlar əldə etmişəm. İyun ayının axırlarında erməni qoşunları 40 mindən çox azərbaycanlının yaşadığı İrəvanın cənubundakı 25 kəndi mühasirəyə alıblar. Paytaxta yaxın ərazidə yaşayan və hansısa müstəqillik iddiasında olmayan bu sülhpərvər əhali həmişə sakit həyat tərzi sürüb. Onları top atəşləri ilə yaşadıqları kəndlərdən qovaraq Araz çayına töküblər. Boşalan kəndləri isə qısa müddətdə gəlmə ermənilər işğal edib. Bu hadisə zamanı erməni əsgərlər tərəfindən qadın və uşaqlar da daxil olmaqla 4 min azərbaycanlı Araz çayına atılaraq öldürülüb”.

Müəllif fransız alimi De Banın erməni kilsəsinin bir müddət saxta pul düzəldənlərin yuvası olması, Xocalı qırğınının şahidi olmuş fransız jurnalist Jan-İv Yunetin ermənilərin dinc azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, tədqiqatçı Maksim Qoenin qondarma "erməni məsələsi” ilə bağlı 1919-1921-ci illərdə keçirilən beynəlxalq məhkəmədə erməni yalanlarının ifşa olunması haqqında sitatlarını da təqdim edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video