22 Oktyabr 2020 15:50
446
SİYASƏT
A- A+

Nazirlər Kabinetinin Aparatı və BMT-nin Ölkə üzrə İdarə Heyəti Azərbaycana humanitar yardım təşəbbüsünü müzakirə edib

BMT-nin Ölkə üzrə İdarə Heyəti Azərbaycanda zərər görmüş insanlara humanitar yardım göstərməyə hazırdır


Birləşmiş Millətlər Təşkilatının (BMT) Ölkə üzrə İdarə Heyətinin Azərbaycana bir sıra sahələrdə humanitar yardım göstərilməsi ilə bağlı təşəbbüsünün müzakirə edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının və hökumət nümayəndələrinin, həmçinin BMT-nin Azərbaycandakı agentliklərinin rəhbərlərinin iştirakı ilə videoformatda görüş keçirilib. Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Nazirlər Kabinetinin Aparatı tərəfindən Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təxribatı barədə məlumat verilib. Qeyd edilib ki, sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində xeyli sayda mülki şəxs həlak olub və yaralanıb, yaşayış binaları, mülki və digər obyektlər dağıdılıb. Ermənistanın 30 ilə yaxındır ki, dünya ictimaiyyətinin sülh çağırışlarına, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə məhəl qoymadığı bildirilib.

Azərbaycan Ordusunun təcavüzün qarşısını almaq, mülki əhalini qorumaq və Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün əks-hücum tədbirləri görməyə məcbur qalması diqqətə çatdırılıb. Xüsusi olaraq vurğulanıb ki, əməliyyatlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində aparılır və Azərbaycan öz ərazilərində özünü müdafiə edir.

BMT-nin Ölkə üzrə İdarə Heyətinin Azərbaycana bir sıra sahələrdə humanitar yardım göstərilməsi ilə bağlı təşəbbüsünə dair müzakirələrin vacibliyi qeyd edilib.

BMT-nin Ölkə üzrə İdarə Heyətindən bildiriblər ki, məlum hadisələrlə əlaqədar Azərbaycanda zərər görmüş insanların ehtiyaclarının qiymətləndirilməsi, Hökumətin onlara yardım göstərmək istiqamətində səylərinin dəstəklənməsi məqsədilə müvafiq humanitar yardım göstərməyə hazırdırlar. Vurğulanıb ki, bu yardım ərzaq təhlükəsizliyi, səhiyyə, təhsil, təhlükəsizlik, minalardan təmizləmə, həmçinin psixo-sosial dəstək sahələrini əhatə edə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video