22 Oktyabr 2020 13:30
452
SİYASƏT
A- A+

BERNAMA agentliyi Azərbaycan Prezidentinin xalqa müraciəti ilə bağlı məqalə yayıb


Malayziyanın BERNAMA dövlət agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 20-də xalqa müraciətinə dair geniş məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, "Biz 30 il BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini gözləmişik” sərlövhəli məqalədə Azərbaycan Prezidentinə istinadən bildirilib: "Ölkəmiz diplomatik səviyyədə, o cümlədən BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlarla səmərəli iş apararaq, münaqişənin həlli ilə bağlı sənədlərin qəbul edilməsinə, bu istiqamətdə hüquqi bazanın genişləndirilməsinə nail olub”.

Həmçinin qeyd edilib ki, təqribən 30 ildir davam edən danışıqlara baxmayaraq, hər hansı nəticə əldə olunmayıb, üstəlik, bu müddət ərzində işğal edilmiş torpaqlarda Ermənistan tərəfindən qurulmuş istehkamlar Azərbaycan və beynəlxalq vasitəçilərin bu ölkənin rəhbərliyi tərəfindən aldadıldığına əyani sübutdur. Bununla bağlı Azərbaycan Prezidentinin aşağıdakı fikirləri sitat gətirilib: "İşğal edilmiş torpaqlarda Ermənistan tərəfindən qurulmuş istehkamlar onu göstərir ki, onlar bu torpaqları bizə vermək fikrində deyildilər. Sadəcə olaraq, bizi və beynəlxalq vasitəçiləri aldadırdılar”.

Bununla yanaşı, məqalədə Ermənistanın Azərbaycanın Laçın və Kəlbəcər rayonlarında apardığı qeyri-qanuni məskunlaşmaya da diqqət yönəldilib. Qondarma rejimin dünya ölkələri tərəfindən tanınması üçün Ermənistanın cəhdlərini hələ də davam etdirdiyi, lakin bunun heç zaman baş verməyəcəyi vurğulanıb. Bildirilib ki, bunu edən istənilən ölkə artıq Azərbaycan üçün dost ölkə sayıla bilməz və Azərbaycan belə ölkələrlə bütün əlaqələri kəsəcək.

Dövlətimizin başçısının müraciətindən götürülmüş aşağıdakı sitat da vacib məqam kimi malayziyalı oxucuların diqqətinə çatdırılıb: "Biz Ermənistan ərazisində hər hansı bir əməliyyat keçirmirik, - bizim belə planlarımız yoxdur, - baxmayaraq ki, onlar Gəncəni Ermənistan ərazisindən iki dəfə bombalamışdılar. Biz cavab vermədik onların yolu ilə. Biz döyüş meydanında cavab verdik. Mən bildirmişdim ki, biz onların intiqamını döyüş meydanında alacağıq və alırıq”.

Məqalənin sonunda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat verilib, Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonun beynəlxalq səviyyədə Azərbaycanın tərkib hissəsi kimi tanındığı qeyd olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video