22 Oktyabr 2020 12:27
427
SİYASƏT
A- A+

Təhsil Nazirliyi yanında İctimai Şura Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

 
Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şura Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib.

Bu barədə AZƏRTAC-a İctimai Şuranın məsul katibi, fəlsəfə doktoru İlqar Orucov məlumat verib. O qeyd edib ki, Şuranın iclasında bu barədə qərar qəbul olunub və şura üzvlərinin topladığı vəsait Silahlı Qüvvələrə Yardım Fondunun bank hesabına köçürülüb.

Şuranın məsul katibi vurğulayıb ki, dövlətimizin imkanları genişdir və ordumuzun hərtərəfli təminatı istiqamətində Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə diqqət göstərilir. Lakin biz vətəndaş olaraq şanlı ordumuzun, əsgərlərimizin yanında olmaq, onlara dəstək vermək məqsədilə bu nəcib təşəbbüsə qoşulduq: "Əminik ki, Ali Baş Komandanımızın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu düşməni torpaqlarımızdan qovacaq və dövlətimizin ərazi bütövlüyünü təmin edəcək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video