Alternative content

01:57 24 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:57 24.11.2020 Zəfəriniz mübarək!
00:47 24.11.2020 BİLDİRİŞ
00:47 24.11.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Heydər
Heydər
ANA SƏHİFƏ / Mədəniyyət
00:40 22.10.2020


"Azərbaycan” qəzeti redaksiyasına!

Hörmətli Bəxtiyar müəllim!

Ötən həftənin şənbə günü poçtdan zəng vurdular ki, sizə səngərdən teleqram gəlib. Ürəyim dözmədi, xahiş elədim məzmunu desinlər. Sevindim. Sinələri şeir dolu mənim əsgər balalarımdı. Onlar azad etdikləri torpaqlarımızdan məni də xəbərdar edir, irəlilədikcə adımı yazdıqları "Nəriman Həsənzadə” raketlərini atır, öz sevinclərini mənimlə bölüşürlər.

Mən qəlbən igid əsgər balalarımın yanındayam.

Cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun yüksək şücaətini, qəhrəmanlıq ənənələrini tarixi çıxışlarında, müxtəlif dillərdə verdiyi beynəlxalq müsahibələrində həmişə xüsusi qeyd edir.

Bu teleqram, buradakı yüksək qələbə əhvali-ruhiyyəsi bizi də yaşamağa, yaratmağa səsləyən yenilməz qüvvədir.

Hörmətli Bəxtiyar müəllim!

Vətən müharibəsi başlanandan bu günə kimi Sizin qəzetdə cəbhəyə, əsgərlərimizə həsr etdiyim üçüncü şeirimi də dərc etdiyinizə görə minnətdaram.


Heydər


"Qələbə bizimdi, Nəriman müəllim. Gələndə Şuşadan sizə

"Xarı bülbül” gətirəcəm!”

Heydər Quliyev / Səngərdən zəng/

Gələndə, ən əvvəl, bir cansağlığı,

Bir də açıq alın, könül paklığı.

Qalib bir əsgərin ilk qonaqlığı

Mənim bayramımdı, töhfəmdi, Heydər!

Vətən yarasıdı mənim də yaram,

Cəbhədə bu inam, xalqda bu inam!

Sənin hünərinə mən inanıram,

Çəkdiyin hər qiyyə nəğməmdi, Heydər!

Gəncə bombalanır, bu dünya susur,

Ev yanır, çöl yanır, bu dünya susur,

Erməni hey danır, bu dünya susur,

Bir cəza gərəkdi, bir tədbir, Heydər!

Uçulub, sökülüb, dağılıb evlər.

Kəndi - kənd olacaq, şəhəri-şəhər!

Tez açıl ey gecə, tez gəl, ey səhər!

Qızlar igidləri gözləyir, Heydər!

Payızda - Ağdamda bitən "Ağgül”ü,

Şuşadan - dediyin "Xarı bülbül”ü,

Laçında çiçək var, adı "Küsülü”,

İsa bulağından su gətir, Heydər!

Vətəndən-vətənə bu hərbi yürüş,

Asan görünsə də, asan döyülmüş.

O odun içində zarafat, gülüş,

Əsil möcüzədir, ya nədir, Heydər!

Namus davasıdı, bizim davamız,

Bəllidi sözümüz, etibarımız.

Gərək azad olsun torpaqlarımız, -

Ali Baş Komandan əmr edir, Heydər!

Nəriman HƏSƏNZADƏ,

Xalq şairi





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM