Alternative content

02:11 03 Dekabr 2020
ONLINE XƏBƏR LENTİ
00:39 03.12.2020 İLHAM ƏLİYEV dərsləri
00:37 03.12.2020 O gün gəldi
00:25 03.12.2020 BİLDİRİŞ
00:24 03.12.2020 BİLDİRİŞ
00:24 03.12.2020 BİLDİRİŞ
00:22 03.12.2020 BİLDİRİŞ
00:22 03.12.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət və Sənaye Palatasının üzvləri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan ediblər
İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət və Sənaye Palatasının üzvləri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan ediblər
ANA SƏHİFƏ / İQTİSADİYYAT
14:23 21.10.2020

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət və Sənaye Palatasının (ECO CCI) 18-ci Baş Assambleyasının iclasında iştirak edib.

ASK-dan AZƏRTAC-a bildirilib ki, ECO CCI-yə üzv olan ticarət və sənaye palatalarının nümayəndələrinin təmsil olunduğu tədbirdə ECO CCI-nin baş katibi Adem Kula, Türkiyə Odalar və Borsalar Birliyinin prezidenti Rifat Hisarcıklıoğlı, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Hadi Suleimanpour və Pakistan Ticarət və Sənaye Palataları Federasiyasının prezidenti Mian Anjum Nisar son günlər ölkəmizdə Ermənistan silahlı qüvvələri tərəfindən törədilən terror aktlarını pisləyib və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan ediblər.

Tədbirdə çıxış edən ASK-nın vitse prezidenti V.Zeynalov Azərbaycanın haqlı mübarizəsində göstərilən dəstəyə görə görüş iştirakçılarına təşəkkürünü bildirib. O, sentyabrın 27-dən başlayaraq hazırkı dövrə qədər baş vermiş bütün aqressiya aktları, eləcə də Gəncə şəhərinə terror hücumları barədə qonaqlara geniş məlumat verib. V.Zeynalov bu dövr ərzində Azərbaycan sahibkarlarının dövlətimizin yanında olduğunu bir daha vurğulayıb.

Daha sonra tədbirdə çıxış edən nümayəndələr təşkilata üzv dövlətlər arasında pandemiya səbəbindən bir sıra məhdudiyyətlərin tətbiq edildiyini, bunun da öz növbəsində ticarətə mənfi təsir göstərdiyini bildiriblər. Təklif olunub ki, quruma üzv olan ölkələr arasında ticarətin sadələşdirilməsi üçün müvafiq prosedurlar sadələşdirilsin, sektorlar üzrə qarşılıqlı əlaqələr dərinləşdirilsin, kənd təsərrüfatı, enerji və digər sahələrdə birgə müəssisələrin yaradılması istiqamətində səylər artırılsın. Eyni zamanda, post-pandemiya dövründə sektorlar üzrə mövcud vəziyyətin dəyərləndirilməsi məqsədilə ECO CCI tərəfindən işçi qrupun yaradılmasının planlaşdırıldığı bildirilib.

Görüş zamanı özəl sektorun və investisiya yatırımlarının təşviqi məqsədilə üzv dövlətlər arasında viza rejiminin ləğvinin önəmi də qeyd olunub.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM