21:08 12 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

ADA Universiteti Ukrayna tələbələri arasında müsabiqə keçirəcək
ANA SƏHİFƏ / CƏMİYYƏT
13:09 21.10.2020
ADA Universiteti tələbələr arasında "Ukrayna-Azərbaycan diplomatik münasibətləri” mövzusunda Ümumukrayna esse müsabiqəsi keçirəcəyini elan edib. Oktyabrın 25-dən noyabrın 25-dək keçiriləcək müsabiqənin qalibi ADA Universiteti adından Bakıya dəvət olunacaq, 2-10-cu yerləri tutan iştirakçıları mükafatlar gözləyir.

AZƏRTAC xəbər verir ki, bu müsabiqə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun dəstəyi ilə keçirilir. Müsabiqənin Ukrayna tərəfindən kuratoru ictimai xadim, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukraynadakı nümayəndəsi Marina Qonçaruk olacaq.

Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Valeri Kopeyka bildirib ki, bu müsabiqə diplomatiya sahəsində mütəxəssislər yetişdirilməsi sahəsində ölkələrimiz arasında əməkdaşlıq üçün böyük əhəmiyyət kəsb edir. V. Kopeyka deyib: "Tamamilə əminəm ki, Azərbaycan və Ukrayna təhsil, mədəniyyət sahələrində və humanitar sahədə birgə layihələrdə bundan sonra da davamlı və səmərəli ikitərəfli münasibətlər quracaqlar. Ümidvarıq ki, ADA Universiteti ilə gələcək əməkdaşlığımız da səmərəli olacaq”.

Müsabiqənin kuratoru Marina Qonçaruk deyib: "Ukraynalı tələbələr təhsil sahəsində Ukrayna-Azərbaycan birgə layihələrinə xüsusi diqqət yetirirlər. Azərbaycan bizim gənclər üçün çox mühüm və perspektivli istiqamətdir. Buna sübut kimi qeyd edim ki, bizim dövlət universitetlərində Azərbaycan dili, Azərbaycan mədəniyyəti və tarixi profil fənlər kimi öyrənilir. Məsələn, Taras Şevçenko adına Kiyev Milli Universitetində və Kiyev Milli Linqvistika Universitetində bu fənlər profil fənlər kimi öyrənilir. Qarşıdakı müsabiqə Ukraynanın bütün guşələrindən olan tələbələrə Ukrayna-Azərbaycan münasibətləri barədə daha çox bilik əldə etmək və müsabiqə tapşırığının yerinə yetirilməsinə yaradıcı şəkildə yanaşmaq imkanı verəcək”.

Müsabiqə çərçivəsində Ukrayna-Azərbaycan diplomatik münasibətlərinə dair onlayn mühazirələr və tələbələrlə görüşlər keçiriləcək. Müsabiqədə bir neçə min ukraynalı tələbənin iştirak edəcəyi gözlənilir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM