21:57 12 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ukrayna telekanalında Ermənistanın işğalçılıq siyasətindən bəhs olunan reportaj yayımlanıb
ANA SƏHİFƏ / SİYASƏT
13:02 21.10.2020

Ukraynanın ATR telekanalında Zəngilan şəhəri də daxil olmaqla, Azərbaycanın 24 yaşayış məntəqəsinin işğaldan azad olunması ilə bağlı reportaj yayımlanıb.

AZƏRTAC xəbər verir ki, reportajda Prezident İlham Əliyevin bununla bağlı xalqa müraciəti, Zəngilan şəhərində Azərbaycan bayrağının ucaldılması prosesi və ölkəmizin Ukraynadakı səfiri Elmira Axundovanın müsahibəsi yer alıb.

Zəngilan şəhərinin azad olunmasının Azərbaycanın böyük qələbəsi olduğunu bildirən səfir deyib: "Azərbaycan Ordusu öz torpaqlarının azad olunması uğrunda döyüşür. Bütün təzyiqlərə baxmayaraq, Azərbaycan öz ərazilərini işğalçılardan azad edəcək. Beynəlxalq təşkilatlar 30 ildir Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistana təzyiq etməli idi ki, ölkəmizin ərazi bütövlüyü təmin olunsun. Ermənistan işğalçılıq siyasətinə görə bütün qlobal iqtisadi layihələrindən kənarda qalıb”.

Diplomat Ermənistanın Gəncə, Tərtər, Mingəçevir şəhərlərini raket və artilleriya atəşinə tutduğunu xatırladaraq, bunun müharibə cinayəti olduğunu deyib.

Elmira Axundova Azərbaycanın haqlı mübarizəsinə göstərdiyi dəstəyə görə Ukrayna dövlətinə təşəkkürünü bildirib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM