21 Oktyabr 2020 11:45
491
SİYASƏT
A- A+

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Türkiyə Xarici İşlər Nazirliyində görüş keçirib


Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyətinin Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) dəvəti əsasında Ankara şəhərinə səfəri davam edir.

AZƏRTAC xəbər verir iki, Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü, partiyanın Türkiyə və AKP üzrə əlaqələndirici koordinatoru Ramil Həsənin rəhbərlik etdiyi heyətə Azərbaycan parlamentinin digər deputatı, YAP Siyasi Şurasının üzvü Ramin Məmmədov daxildir.

Türkiyə Xarici İşlər nazirinin müavini Yavuz Səlim Kıran ilə keçirilən görüşdə iki qardaş ölkənin beynəlxalq təşkilatlar və xarici ölkələrdəki diplomatik nümayəndəliklərimiz çərçivəsində birgə fəaliyyət imkanları müzakirə olunub. Vurğulanıb ki, Azərbaycan və Türkiyə həqiqətlərinin dünya birliyinə olduğu kimi çatdırılmasında hər iki ölkənin parlamentariləri ilə diplomatlarının koordinasiyalı fəaliyyəti səmərəli nəticə verər.

Görüşdə, həmçinin Milli Ordumuzun cəbhə xəttində qazandığı böyük uğurlar və Azərbaycanın haqq işində Türkiyənin verdiyi mənəvi dəstək yüksək dəyərləndirilib. Türk diplomatlarını amansızcasına qətlə yetirən erməni terrorçularının cinayətlərindən bəhs olunub, Ermənistanın terrorçu fəaliyyətinin qarşısının alınması istiqamətində görülən işlərin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video