Alternative content

11:10 29 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:18 29.11.2020 DƏMİR YUMRUQ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Paşinyan ümidini qocalara bağlayıb
Paşinyan ümidini qocalara bağlayıb
ANA SƏHİFƏ / SİYASƏT
00:40 21.10.2020


Ermənistanda orduya cəlb edilən mülki şəxslərin əksəriyyəti ahıllar və qadınlardır


Azərbaycan Ordusu cəbhədə düşmənə getdikcə daha ağır zərbələr vurur. Düşmənin hərbi-texniki potensialı əhəmiyyətli dərəcədə sıradan çıxarılıb. Eyni zamanda Ermənistan canlı qüvvə sarıdan da ciddi korluq çəkir. İşğalçının Qarabağdakı ordusunun şəxsi heyətinin və xaricdən gələn muzdluların böyük qismi ordumuz tərəfindən məhv edilib. Bu səbəbdən Ermənistan artıq 60-70 yaşlı qocaları döyüşə göndərir.

Ermənistan hərbi birləşmələrində canlı qüvvə ilə bağlı yaranan problemin kökündə təkcə Azərbaycanla döyüşdə olan itkilər dayanmır. Bunun bir səbəbi də odur ki, minlərlə erməni ordu sıralarında xidmətdən boyun qaçırır. Erməni gəncləri illərdir ki, hərbi xidmətdən yayınmaq üçün ölkəni tərk edirlər və bu proses son günlər daha da intensivləşib. Hökumətin səfərbərlik barədə qərarına baxmayaraq, müxtəlif bəhanələrlə çağırışçı yaşında olan ermənilər xidmətdən yayınır, imkanı olanlar isə ölkəni tərk edirlər. Bu səbəbdən Ermənistanda yaşlıların orduya cəlb edilməsi daha da sürətlənib. İşğalçı ölkədə bunu yaşlıların təcrübələrinin çox olması səbəbindən könüllü şəkildə ordu sıralarına qoşulması kimi təbliğ edirlər. Amma təcrübə göstərir ki, yaşlı insanlar fiziki göstəricilərinin və çevikliyin aşağı olması səbəbindən elə döyüşə gəldiyi ilk andan həyatla vidalaşırlar.

Bu günlərdə Fransanın "Liberation” qəzeti yazmışdı ki, Ermənistan ordusunda əsgər çatışmazlığı yaşanır. Buna görə hətta Fransada yaşayan erməniəsilli qocaları da Qarabağda döyüşməyə razı salmaq üçün iş aparılır. Qəzet erməniəsilli 64 yaşlı Fransa vətəndaşı Qilbert Minasyanın Qarabağ döyüşlərində vuruşmaq üçün Yerevana yola düşməsi barədə material yayımlayıb. Məqalədə həmin şəxsin 1990-cı illərdə də Azərbaycana qarşı Ermənistan ordusunda döyüşdüyü bildirilib.

Hazırda işğalçı ölkənin hərbi-siyasi rəhbərliyi əsgər çatışmazlığını əsasən xaricdən gələnlərin hesabına kompensasiya etməyə çalışsa da, bu sahədə ciddi fiaskoya uğrayıb. Yayılan məlumatlarda vurğulanır ki, xaricdə yaşayan ermənilər koronavirusla əlaqədar sərhədlərin bağlı olduğunu bəhanə edərək, Ermənistana gəlməkdən boyun qaçırırlar.

Ona görə indi işğalçı ölkənin rəhbərliyi əsasən Yaxın Şərq ölkələrindən olan muzdluların döyüşlərə cəlb edilməsinə köklənib. Amma bu sahədə də ciddi problemlər yaşanır. Çünki muzdlulara pul ödəmək lazımdır. Ermənistanın daxili imkanları isə heç vaxt muzdluların maliyyələşdirilməsinə imkan verməyib. İndiki çətin iqtisadi vəziyyətdə isə bütün imkanlar tükənib. Diasporun topladığı vəsait Ermənistanın kiçik problemlərini belə ödəmək iqtidarında deyil. Tükənən iqtisadi imkanlar fonunda yaxın vaxtlarda bu ölkədə ərzaq qıtlığının baş verməsi də gözlənilir.

Ona görə indi Ermənistanda səfərbərliyə qocalar alınır. Onlar hətta qadınları məcburi şəkildə buna cəlb edir və rəsmi təbliğatda qəhrəmanlıq nümunəsi kimi qələmə verirlər. Səfərbərliyə alınan yaşlıların döyüş qabiliyyəti isə yoxdur. Ordunun anbarlarında onlara verməyə hərbi geyim də tapılmır.

Bu günlərdə Ermənistan müdafiə nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan "Facebook” sosail şəbəkəsində yazıb ki, qadın batalyonu yaradılıb.

Göründüyü kimi, Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə cəbhədə vurduğu ardıcıl ağır zərbələr düşməni çətin vəziyyətə salıb. İşğalçı ölkə kişi döyüşçü tapmaqda çətinlik çəkir. Bütün bunlar Ermənistan ordusunda canlı qüvvə çatışmazlığını həll etməyin mümkünsüzlüyünü göstərir. Video və fotofaktlar, eləcə də sosial şəbəkələrin erməni seqmentində yayılan məlumatlar da bunu təsdiqləyir.

Azərbaycan Ordusunun zərbələri nəticəsində minlərlə itki verən düşmən ordusunda yaralıların sayı da çoxdur. KİV Xankəndidə bütün mülki və hərbi xəstəxanaların çoxdan dolduğunu, bu səbəbdən yaralıların Ermənistanın müxtəlif bölgələrinə aparıldığını yazır. Ölkənin səhiyyə nazirliyi xəstəxanalarda yer olmadığı üçün koronaviruslu xəstələrin qəbulunu məhdudlaşdırıb. Başqa bir problem isə Ermənistanda həkim və digər tibbi personalın çatışmazlığıdır. Görünən odur ki, Ermənistan bu fəlakətdən heç cür xilas ola bilməyəcək.

Elçin CƏFƏROV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM